R. R. Denktaşa bağışlayıram



Yüklə 6,07 Mb.
səhifə34/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   30   31   32   33   34   35   36   37   ...   92
Osman türkayın sorAğında
Osman Türkayın poeziyası haqqında az-çox bilgim vardı. Kıbrısda Doğulduğundan xəbərdardım. Məni onun poeziyasındakı milli ruhu cəlb edirdi. Birinci dəfə adada olanda Osman Türkayı xəbər almağa, onunla görüşə cəhd göstərməyə imkanımız olmamışdı.

İkinci dəfə Kıbrısda olanda Osman Türkayı görmək, onunla söhbətləşmək, müsahibə almaq istədim. Çox təəssüf ki, istəyimi reallaşdıra bilmədim. Kimi dedi, burada yoxdur, Londondadır, kimi dedi, onunla görüşmək mümkün deyil, kimisi də laqeydliklə başını yelləyərək — görüşməyə dəyməz, kosmopolit kafalıdan nə öyrənəcəksən. Ümümiyyətlə, mənim Tanıdığım adamlar arasında Osman Türkay haqqında fikir ayrılığı vardı.



Ömrünün çoxunu Londonda keçirən, şerlərini türkcə və ingiliscə yazan, 1995-ci ildə Hindistanda Poeziyanın Sonuncu İmperatoru seçilən O.Türkayın ilk kitabı 1959-cu ildə çap olunubdur. Septet adlı kitabının çap olunması ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etməsi bir olub. Ədəbi tənqid onun poeziyasını kosmik eranın ilk həqiqi poeziyası adlandırıb.

Şairin “Dünya üçün simfoniya” kitabına amerikalı tənqidçi Panos Bardisin yazdığı ön sözdə oxuyuruq: “Bu nəşr elə olmazın təəssürat yaradır və öz nəhəngliyinə elə inandırır ki, biz dünyanı onun gözüylə görməyə məcbur qalırıq, onun musiqili sətirlərini təkrar-təkrar oxuyuruq, o vaxta qədər ki, içimizdəki qara qüvvələr öz yerini nurun gücünə təslim edir və parlaqlığın qamaşdırıcı şəfəqi ilə parçalanır.”

Osman Türkay poeziyası 60-cı illər adamının insan Ağlının dəb olan sərhədsizliyi, hüdudsuzluğu qarşısında heyranlıq deyil. O, əvvəlcədən başa düşürdü ki, yer adamı öz ruhi rahatlığının əsiridir, özü tərəfindən qurulan anlamlı həzz və arzular aləminin məhbusudur. Belə adama kosmosu açmaq onu əbədi qorxutmaqdır. Türkaya görə elə burda poeziyanın gücü lazımdır ki, insanı yeni yollara, axtarışlara yönəltsin.

Şair Cənub Şərqi Asiyaya, Latın Amerikasına, ABŞ-a və dünyanın bir çox ölkələrinə səyahət etmişdir. Səyahətdən sonra: “Mən dünyanı gözlərimlə görənə qədər onun haqqında çoxlu yazılar yazmışdım. Həmin yerləri gözlərimlə görəndə isə heyrətə gəldim ki, mənim görüşlərim necə də həqiqidir, dəqiqdir” — deyə etiraf edir.

Ən son gördüyü Türküstan — Qazaxıstan və Özbəkistan onu yeni şerlər və poemalar yazmağa ilhamlandırmışdı. Kazanı — Tatarıstanı da görmək, gəzmək, o yerlər haqqında yazmaq arzusu vardı.

Osman Türkay iki dəfə sevsə də evlənib ailə qura bilməmişdi. Sonralar o deyirdi: “Mən şair olmaq üçün Doğulmuşam, başqa heç kim ola bilmərəm. Mən Poeziya ilə evliyəm, içimdə başqa heç nəyə hissim qalmır.”

1927-ci ildə Girnedə Doğulan şair kitablarından birinin ön sözündə uşaqlığını belə xatırlayır: “Mən özümü yazda badam, gavalı, nar ağaclarının çiçəkləri arasında anadangəlmə şair hiss edirdim. Yayda dəniz köpüyü günəş işığı və mərmər parıltısı ilə qarışıb mənim dünyamı ağappaq edirdi. Payızlarım uçuşan yarpaqların, soluxan otların qızılı rəngi ilə parıldayırdı. Qışlarım isə Ağdənizin mavisi kimi idi.”

Kıbrısda Ali İngilis Məktəbini bitirən, jurnalistlik edən, “Hürr söz” qəzetinin baş redaktor köməkçisi işləyən O.Türkay ilk şerlərini 14 yaşından yazmağa başlayıb. 1953-cü ildə NATO-ya yenicə daxilolmuş Türkiyə qoşunlarında ingilis və fransız dillərindən tərcüməçi kimi işə girir. Nəticədə bütün Türkiyəni gəzmiş və klassik türk poeziyası və sufi şairlərini — Yunis İmrə, Füzuli, Mövlanə C. Rumini dərindən öyrənmişdir.

Bir müddət sonra dövrünün seçkin ədəbiyyat mühitlərinin diqqətini çəksə də, ruhi müdrikliyi ona heç bir qrupa daxil olmağa imkan verməyib. Qruplararası ziddiyyətlərdən bezdiyin­dən elə o payızda da Londona gedib. London Universitetində ingilis, amerikan şairlərindən çoxlu tərcümələr edib, fəlsəfəni və jurnalistikanı öyrənib. 1958-ci ildə yenidən Kıbrısa qayıdıb. Bu Kıbrısın ən gərgin günlərinə təsadüf edirdi. Siyasi gərginlik, vətəndaş müharibəsi, xaos içərisində olan adanın qəzetləri onu obyektiv və vətənsevər yazar adlandırıb. Şairin tarixi qovuşuq mədəniyyətli iki cəmiyyətin qarşılıqlı hörmət, sülh içərisində yaşaması fikirləri 1961-ci ildə düz çıxmadı. Onun özü də yüz minlərlə məcburi köçkünlərdən birinə çevrildi.

Osman Türkayın şerlərinin tərcüməçisi və tədqiqatçısı Ravil Buxaraev yazır ki, şairin şerləri 60-cı illərdə ruscaya çevrilsəydi Nazim Hikmət qədər məşhur olardı. Nazim Hikmət siyasi qaçqın, solçu və kommunist olduğuna görə ona sovet ədəbiyyatının qapıları açıq idi. Gəncliyində Osman Türkay Nazim Hikmətin şöhrətinə bir az qısqanclıqla yanaşıb. Lakin bu ona müasiri haqqında yazılar, esselər yazmağa mane olmayıb. Hikmətin kommunist fikirlərinə ləng gedişli yaşlılıq xəstəliyi kimi baxıb: “Kim 20 yaşında sosialist deyilsə, onun ürəyi yoxdur, kim 40 yaşında hələ sosialist olaraq qalırsa, onun ağlı yoxdur.” Şair daha çox N.Hikmətin türk xalqları arasında şöhrətinə, geniş tərcümə olunmasına qibtə edib.

Avropa ədəbiyyatşünaslarının fikrincə O.Türkayın ingilisdilli poeziyası o qədər yenidir ki, onu indi belə türkcəyə çevirmək mümkün deyil. O metaforası və dünyagörüşü baxımından müasir türk poeziyasının üfüqlərindən də çox-çox uzaqlardadır.

Ravil Buxaraevə görə, onu tərcüməyə “tatar poeziyasında Hadi Təktaşın və Hasan Tufanın idrakı və ürəyi çatardı. Təəssüf ki, onların hər ikisinin də qanadlarını erkən kəsdilər. Məsələ yalnız dil imkanlarında deyil, həm də dilin inkişaf yönündə və ona xas olan poeziyadadır. Türkay ona görə kosmos şairi deyildi ki, qədim yunan və misir miflərini bilirdi, onun poeziyasında həm də sələflərinin Göy Türklərin göylər, ulduz mənşəli olması mifi də həllolunmuşdu. Yəni, türk dili onun üçün həmişə ilahi dili olaraq qalıb.”

Osman Türkayın iş kabineti Soxonun düz göbəyindəki malika­nə­nin mansardında idi. Bu əlli il əvvəl Kıbrıslı Türklər Assosia­siyasının aldığı bir evdir. Bura o hər səhər “Cyprus Turkish Association Publish jurnalını redaktə etmək üçün gələrdi.

1989-cu ildə Londonda nəşr olunan “Dünya üçün simfoniya” kitabına öncədən Türkiyədən, Madrasdan Argentinaya, Avstrali­ya­ya qədər hər yerdə çap olunan poemaları, şerləri toplanıb. 35 dilə tərcümə olunub, 40 ölkədə yayılıb. Ömrünün son illərində ona ABŞ ədəbiyyatşünasları çox maraq göstərib. “Dünyəvi səya­hət” “Kosmorama” kitabları bir-birinin ardınca çap olunub. “Dünya üçün simfoniya” kitabına görə Amerika Bioqrafik İnstitutu ona 1997-ci ilüçün “ilin adamı” adını” verib. Şair üç dəfə Nobelə namizəd görülüb. 50 beynəlxalq mükafatın, o cümlədən Eynşteyn adına dünya mükafatının və BMT-nin dünya mükafa­tının laureatı, dünyada ən çox tərcümə olunan şair hesab edilir.



Qərb şairləri onu şərqli olduğuna və qərb sivilizasiyasını kor­ko­ranə qəbul etmədiyinə görə sevmədilər. Çünki qəbul etməmək özlərinə aid olmalı idi, yadlara yox. Şərq isə onu Qərb mədəniy­yətinə yaxın olduğu üçün sevmədi. Nəticədə ona körpü olmaq düş­dü. Bu isə o deməkdir ki, səndən keçirlər, həm də ayaqlayırlar.

Şair həmişə vətənə dönəcəyini bilirdi, lakin Londonun ano­nimliyi onu qane edirdi. Çünki London tənhalıqdan qorxma­yan­­lar və özü ilə söhbətdən çəkinməyənlər üçün gözəl sığınacaqdır. Osman Türkay Londonda qalmasını belə izah edirdi: “Burda insan istəsə hər zaman tək qala bilər. Kıbrısda dostlar və qohumlar qapında sonsuz təbil çalacaqlar, məhz həmin vaxt ki, insan yazır, ilhamı isə qaçırtmaq elə asandır ki!”


Müəllifdən: kitab mətbəədə olarkən Osman Türkayın dünyasını dəyişdiyini eşitdik. Qəzetlər və radio-televiziya “3-cü minilliyin lap başlanğıcında poeziyanın sonuncu imperatoru»nun dünyadan köçdüyünü xəbər verdilər.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin