R. R. Denktaşa bağışlayıram



Yüklə 0,73 Mb.
səhifə7/11
tarix21.10.2017
ölçüsü0,73 Mb.
#7839
1   2   3   4   5   6   7   8   9   10   11

Gəzİntİlər
Konfrans iştirakçılarının Lefkoşaya səyahəti, necə deyərlər, ayaqüstü oldu. Şəhərə yaxınlaşanda özümdən asılı olmayaraq, Mehmet Leventin keçən dəfə gələndə eşitdiyim və nəqəratı elə həmin andaca yaddaşıma hopmuş “Lefkoşa” şerini pıçıldamağa başladım. Ətrafımdakılar mənim şer deməyimə hay-küylə cavab verdilər. Danışanların, söhbətə qoşulanların çoxu Mehmet Leventin yeni şerinə - “Lefkoşa, beni duyuyor musun?”a üstünlük verirdi. Sonra bildim ki, mənimlə bir avtobusda olanlar 1998-ci ilmartın 4-də Doğu Akdeniz Üniversitesi Kıbrıs Araştırmaları Merkezinin keçirdiyi I Uluslararası Kıbrıs və Balkanlar Türk Edebiyyatları Sempozyumunun iştirakçılarıdır. Orada oxunan şerləri də İsmail Bozkurt, Ayşen Dağlı və M.Kansu “Şiir gecesi” adlı bir topluda çap etdiriblər. Toplu da konfrans iştirakçılarına bağışlanıb. Mənim isə vaxtım olmadığından o kitabları gözdən keçirə bilməmişdim. Toplunu tələsik açıb Mehmet Leventin “Lefkoşa, beni duyuyor musun?” şerini oxuyuram:
Bırakıp gitsem seni

kılın bile kıpırdamaz bilirim

benimse gözüm arkada kalır

bir boşluğa yuvarlanır giderim
hasretine en çok on gün dayanırım

on gün sonra basmaz mı bir efkar

deliler gibi canım çeker seni
aşkı sende tattım

çocuk masumluğunda

kar beyazlığında

hep sevda içinde çırpınıp durdu

küçük bir kuş gibi yüreğim

tahta parçalarına şiirler yazıp

kapısının önüne bıraktığım günler

ona hep böyük aşklardan söz ederdim

gizli gizli arzular uyanırdı içimde

utanır söyleyemezdim
Derken

cinselliğe ilk uyanışım

Ömerge mahallesi

7 numaralı ev

balık eti sarışın bir kadın

adı Mariya

omuzlarına dökülen sarı saçları

içimi gıdıklayan kıvrımları

ve şakağında simsiyah beniyle

onu hala unutmadım
sonrası bildiğin gibi

barikatlar, kum torbaları, uykusuz geceler

yasemin ve barut kokusu sinmiş buruk sevdalar

evlilik, çoluk-çocuk, ekmek kavgası

meyhanelerinde çakırkeyif sarhoşluğum

yarım yamalak söylediğimiz şarkılar

olmaz ilaç sine-i sad pareme



çare bulunmaz bilirim yareme”

sırası mıydı şimdi deme

nereden aklıma geldiyse

böyle ayrıntılara takılıp kalmak

ama ayrıntı deyip de geçme

Çünkü ayrıntılar

molekülleridir yaşamın
bırakıp gitsem seni

arkamdan bir kova su bile dökmezsin

yine de dönüp dolaşıp

bir gün sana döneceğimi bilirsin

domuz gibi de bilirsin ya

derdin bana söyletmek

hasretine en çok on gün dayandığım

on gün sonra efkarına düştüğüm

deliler gibi canımın çektiği...

Kıbrısda Lefkoşa dənizdən kənarda, adanın Mərkəzində yerləşdiyindən limanı yoxdur. Burada şəhərlərin əksəriyyəti dəniz sahilindədir.



Gİrneyə Doğru
Lefkoşadan Girneyə yol alırıq, adanın Quzeyi boyu uzanan Karpaz silsiləsinin Beşbarmaq dağlarına Doğru qalxırıq. Dərədəki kiçik bir dəryaça diqqətimi çəkir. Bu, adada Gördüyüm yeganə sututardır. Təxminən, Naxçıvandakı Sirab dəryaçası böyüklükdə olar. Ətrafında kolluqlar, təkəm-seyrək ağaclar var. Sıx meşə örtüyünə rast gəlmirik. Karpaz dağ silsiləsinin Quzey yamacı ormanla örtülubmüş. Bir neçə il öncə baş vermiş yanğın nəticəsində məhv olub. Mütəxəssislərin fikrincə, şam ormanını öncəki görkəminə qaytarmaq üçün azı yüz il vaxt gərəkdir.




Girne qalasında yerləşən “Batık gəmi” muzeyinin eksponatlarından

Batmış gəmi qalıqları arasından

tapılıb çıxarılmış saxsı qablar.
Beşbarmaq dağının yaxınlığındakı sututardan söhbət açarkən adanın su probleminə də toxunmadan keçinmək olmaz. Buraya su əsasən Türkiyədən gətirilir. Adadakı su qıtlığını müxtəlif cür yozurlar. XX yüzilin ortalarınadək adanın təbii su ehtiyatları əhalinin su ehtiyatını ödəyirmiş. İndi isə çətin vəziyyət yaranıb. Bunu kimi son illər yağıntının azalması ilə, kimi ingilis müstəmləkəçiliyi dönəmində çoxlu evkalipt ağaclarının əkilməsi ilə bağlayır (evkalipt ağacları çoxlu su buxarlandıran bitki­lərdəndir. Belə güman edir­lər ki, evkaliptin kökləri yer­altı su laylarına çatıb, oradan suyu sorub buxarlandırdığın­dan kəhrizlər qurumuşdur). Bundan əlavə, müstəmləkə dönəmində ingilislər kəhriz­lərə, quyulara güclü nasoslar qoyub suyu sorduğundan su­tu­tar layların uçması ilə də əlaqələndirirlər. Əlbəttə, bun­ların hər birində həqiqət var. Amma o da nəzərə alınmalıdır ki, adanın əhalisi XX yüzilin əvvəlinə nisbətən bir neçə dəfə artıb. Hər bir insan da yüz il öncəkindən 20-30 dəfə çox su işlədir. Elmi-texniki tərəqqinin də susuz başa gəlmədiyini nəzərdən qaçırmaq olmaz.

Girne şəhərini keçib sahilboyu uzanan yalla batıya, Kovucan burnu yönündə irəliləyirik. Karaoğlanoğlu burnunda dayanıb buradakı mehmetcik məzarları önündə fatihə oxuyuruq. 1974-cü ildə adadakı Türklər son nəfəsini yaşayanda Türkiyə əsgərləri havadan və dənizdən adaya atıldılar. Onlar Girnedən 10-15 km. aralıdakı sahilə çıxmağa çalışarkən yunanların güclü atəşilə qarşılaşdılar. Kiçik komutan Karaoğlanoğlu və bir neçə əsgər şəhid olsa da, mehmetciklər sahilə çıxıb magistralyolu nəçarət altına aldılar. İndi həmin yerdə qəbirüstü abidə kompleksi ucaldılıb, heykəllər qoyulub, limon, portağal bağları salınıb. Adsız buruna da şəhid olmuş kiçik komutan Karaoğlanoğlunun adı verilib.

Oradan yenə Batıya Doğru irəliləyib adanın ən gözəl turistik guşələrindən olan Alsancak restoranında nahar edirik. Dəniz qırağında ürəkoxşayan bir guşədə qurulmuş restoranın yalnız bir salonunda 250-300 nəfərin əyləşib nahar etməsi üçün şərait var.



Girne qalası R.Denktaşın fotoaparatından belə görünür.
Nahardan sonra Girne qalasını, burada təşkil edilmiş muzeyi maraqla gəzirik. Dənizdə batmış gəmiləri və gəmidəki əşyaları su altından çıxararaq muzeydə sərgiləyiblər. 3-4 min il bundan öncə döçəldilmiş gəmiləri və əşyaları seyr edərək, elmi-texniki tərəqqinin tarixi yolunu göz önünə gətirmək olur. Dənizdən çıxarıl­mış arxeoloji qazıntılardan əldə edilmiş əşyalarla yanaşı, muzeyin divarlarını tarixi mövzuda çəkilmiş maraqlı tablolar bəzəyir. Bu tabloların əksəriyyətinin altında Ədalət Dadaşov imzası qoyulub. Bələdçimiz Azərbaycanlı rəssam Ədalət Dadaşovun muzeydə çalışdığını, buranın bədii tərtibatını da onun verdiyini söylədi.

Axşam alatoranında Girne qala divarında dəniz sahilində əyləşib qəhvə içirik. Limanda onlarla kiçik qayıq yırğalanır. 1992-ci ilin avqustunda da burada əyləşib qəhvə içmişdik. Yadıma Feyyaz Bozkurtın bir rübaisi düşür:



- Ahmet C.Gazioğluna şükranla —
Kuş olduk, konduk adaya, ulaştık şükür

Beyaz şarap, limon çiçeği, Akdeniz, bir de Harid Usta,

Girne’de bu gece, bir daha, bir daha anladım ben,

Dört mevsim yeniden doğmak mümkün Kıbrıs’ta.
1990, Girne, KKTC.

Amma bizim yanımızda nə Harid Usta var, nə A.Gazioğlu, nə Mahmut İslamoğlu, nə də Əhməd Günəş Bəydilli. Kıbrısa çox-çox uzaqlardan gəlib burada görüşən dostlar-tanışlarla birlikdə sahildə əyləşib qəhvə içə-içə dərdləşirik.

Girne ətrafındakı limon, portağal, naringi bağlarında meyvələr sap-sarı saralıb adama gəl-gəl deyir. Mənim diqqətimi keçibuynuzu adlı qəribə bir ağac özünə çəkir. Həvəslə ağacdan bir neçə keçibuynuzu üzürəm. Bunlar bizdəki akasiya Ağaclarının meyvələrini xatırladır. Akasiyanın meyvəsindən fərqli olaraq, keçibuynuzunun meyvələri ləzzətlə yeyilir. Görünür, bir az bərk, qaramtıl olan bu meyvələr keçinin buynuzuna oxşadığına görə ona bu adı veriblər. Keçibuynuzu meyvəsinin içərisindəki dənələr olduqca möhkəm, həm də zəhərlidir. Onu yemək həyat üçün təhlükəlidir. Buna baxmayaraq, bu möhkəm və acı dənələrdən istifadə edilir. Bağırsaqlardakı parazitlərdən qurtul­maq üçün insanlar az miqdarda bu dənələrdən yeyir, eyni məqsədlə heyvanlara da yedirirlər.

Bellorais monastrının həyətindəki restoranda şam edirik. Monastrın həyətindəki Huzur ağacı, eləcə də müqəddəs bulaq və s. haqqında bilgi verirlər. Öyrənirik ki, Bellorais monastrı adada fəaliyyətini dayandıran son monastırdır. İndi istirahət, əyləncə Mərkəzinə çevrilib. Hər il minlərlə turist olur burada. Gecənin qaranlığında Karpaz dağ silsiləsini aşıb Lefkoşanın işıqlarını seyr edə-edə Gazimağusaya qayıdırıq.



Son toplantı
Kasımın 27-də Doğu Akdeniz Üniversitesində son oturum oldu. Bütün bölmələrdəki məruzələr dəyərləndirilir. Kıbrıs Araştırmalar Merkezinin başkanı İsmail Bozkurt hesabat verir. 156 məruzənin dinlənilməsi planlaşdırılıbmış. Müxtəlif səbəb­lərdən Bəzi məruzəçilər iştirak edə bilməyiblər. Öncədən nəzərdə tutulmamış qonaqlar da olub. Beləliklə 38 oturumda 156 məruzə dinlənilib. Bozkurt ayrı-ayrı bölmələrdə oxunmuş məruzələrin sayı və keyfiyyəti haqqında bilgi verərək qeyd etdi ki, məruzələrin ümumi həcmi 1600 səhifəyə yaxındır. Onların 4 kitab şəklində çap olunması planlaşdırılıb. Yekun toplantısında QKTC cumhurbaşkanının, Məclis başkanının, Türkiyə Cümhuriyyətinin Lefkoşa böyük elçisinin və başqalarının konfransa təbrikləri oxundu. Bütöv Azərbaycan Birliyinin və Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin təbrikinin alqışlarla qarşılanması xoş bir əhval-ruhiyyə yaratdı. Düşündüm ki, kaş Azərbaycanın iqtidar nümayəndələri də konfransa təbrik məktub­ları göndərəydilər. Yekun toplantısında Türkiyədən Dr. Mehmet Önder, Azərbaycandakı Asiya Universiteninin rektoru, Prof. Dr. Cəlil Qərib oğlu, Qaqauz Yerindən Komrat Dövlət Univer­sitetinin rektoru Stephan Varban, Kanadadan Prof. Dr. Mehmet Özay, Rumıniyadan Carolina İlicu, Hindistandan Prof. Dr. Arshi Khan, İngiltərədən tarixçi, yazar Prof. Dr. Salahi Sonyelvə b. Qaqauzlar demişkən pay aldılar.

Bu böyük toplantının əsas ağırlığını çəkən İsmail Bozkurtun çevikliyi və təşkilatçılığı məni heyrətləndirdi. İsmail bəylə 6 ay sonra Bakıda görüşdük. Ali Diplomatiya Kollecinin Doğu Akdeniz Üniversitesi ilə birlikdə “Şimali Kipr - Tarix və Müasirlik” mövzusunda 1999-cu ilin 21-24 mayında keçirdiyi Beynəlxalq Elmi-Praktik Konfransda məruzə oxumağa gəlmişdi. Onun oxuduğu “Kıbrısda Türk mədəniyyətinin inkişafı” məruzəsi maraqla qarşılandı. Proqramının sıx olmasına baxmayaraq iş yerimə – Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyinə gəldi. Hazırladığımız kitablarla tanış oldu. Birlikdə İçəri Şəhəri gəzdik. Miniatür Sərgi Salonunda milli geyim eskizlərinə həsr olunmuş sərginin açılışında iştirak etdik. Azərbaycandan çox duyğulu döndüyünü söylədi.

Həmişə olduğu kimi, yenə də mən Kıbrısdan macərasız dönə bilmədim. II Uluslararası Kıbrıs Araştırmaları Konqresindən qayıdarkən Türkiyədəki Bəzi işlərimi də sahmana salmağı qərara almışdım. Tərslikdən Türkiyədən Gazimağusaya həftədə bir dəfə – cümə günü gəmi işləyirdi. Ona da mən çata bilmədim. Girnedən Taşucuna isə hər gün gəmi işləyirdi (Adadan İstanbul, Ankara, Adana, Antalya şəhərlərinə təyyarələr uçur. Xidmət mədəniyyəti də olduqca yüksək səviyyədədir. 30-35 dəqiqə çəkən bu yolçuluqda təyyarədə yemək də verirlər. Bizim Hava Yollarında isə bu məsafədə yemək nədir, çox vaxt su verməyi belə unudurlar. Adadan təyyarə ilə uçmaq nə qədər gözəl və ürək açan olsa da, cibimə uyğun olmadığına görə gəmi ilə getməyi qərara almışdım).

Səhər tezdən Gazimağusa-Girne avtobusuyla yola düşdüm. Girne limanı qapısında avtobusdan endim. Liman işçiləri mənə tələsməyi məsləhət gördülər. Kassaya yaxınlaşıb bilet almaq istəyəndə kassir qız: Gemiye mi, otobüse mi? – deyə xəbər aldı. Mən: Gəmiyə – cavabını verdim. Bileti alıb, tələsik hərəkət etməyə hazırlaşan katerə qaçdım. Körpünü katerdən aralayırdılar. Birdən hay-küy qopdu. İşi dayandırdılar, məni düşürüb, körpünü araladılar. Sən demə mənim mindiyim katerə, yəni bizim kater dediyimiz kiçik gəmilərə burada feribot, dəniz otobüsü və ya qısaldılmış şəkildə otobüs deyirmişlər. Mən də elə bilmişəm otobüs deyəndə limanla şəhər arasında işləyən avtobusları nəzərdə tutur. Bu yanlışlığın nəticəsində onların gəmi, bizim bərə dediyimiz nəhəngdə əyləşib üç saat yük və minik maşınlarının dolmasını, adamların minməsini gözlədim. Otobüs adlandırdıqları katerlərin 3 saata keçdiyi dənizi, mən gəmi bərədə 5 saata keçdim.




Türklər Koreya savaşında
Taşucuna şər qarışanda çatdım. Ankaraya avtobuslar bir də saat 22.00-dən sonra yola düşəcəkdi. Tələsən gərək 80-90 kilometr aralıdakı Mersin şəhərinə gedib oradan keçən avtobuslarla Ankaraya yollanaydı. Düşündüm ki, bir də bu yerlərə yolum düşə-düşməyə. 3-4 saat bu kiçik liman şəhərində keçirim, buranı gəzim, tanıyım. Amma yağış buna imkan vermədi. Məcbur qaldım balaca avtobus dayanacağında vaxtın ötməsini gözləyim.

Bəxtimdən Quzey Kıbrısa nəvələrini görməyə gedən Selahattin Sundur və xanımı gəminin hərəkətetmə vaxtını gözləyirdilər. İstanbuldan gəlmiş bu insanların xoş ünsiyyəti və söhbətlərinin mövzusu məni özünə çəkdi. Uzun illər hərbi həkim işləmiş, Koreya savaşının iştirakçısı olmuş Selahattin Sundurun söhbətlərinin gənclərimiz üçün maraqlı ola biləcəyini düşünüb burada verməyi məqsədəuyğun sandım.

İkinci Dünya savaşının sonunda Koreya 38-ci paraleldən iki yerə bölündü. SSRİ, ABŞ və B.Britaniya dövlətləri xarici işlər nazirliyinin Moskva Müşavirəsinin (1945, dekabr) qərarına əsasən, 38-ci paraleldən ikiyə bölünən Koreyanın Quzeyi Sovetlər Birliyinin, güneyi ABŞ-ın işğal zonasına daxil oldu. SSRİ bu bölgü ilə razılaşmaq istəmir, özü də açıq müdaxiləyə girişmirdi. 1948-ci ilsentyabrın 9-da Sovet işğal zonasında Koreya Xalq Demokratik Respublikası yaradıldığı elan edildi. Sonra da SSRİ ilə iqtisadi, mədəni, hərbi əməkdaşlıq haqqında anlaşma imzalandı. SSRİ KXDR-i silahlandırıb, ordu hissələrinə təlim keçirib döyöşə hazır vəziyyətə gətirəndən sonra, 1950-ci il iyunun 25-də süni qarşıdurma yaratdı və bunu müharibəyə çevirdi. Sonra öz işğalı altında olan sosialist ölkələrini KXDR-ə köməklik göstərməyə məcbur etdi.

ABŞ işğalı altında olan Cənubi Koreya Respublikasına isə BMT qoşunları çıxarıldı. Savaş 3 ilə qədər davam etsə də, sərhədlər dəyişməz qaldı. Həmin savaşda BMT qoşunları sırasında döyüşən orduda Türkiyədən göndərilmiş əsgəri bölüklər də vardı. Mənim tanış olduğum Selahattin Sundur da 1950-ci ildə Koreyada döyüşən ilk Türk alayının hərbi həkimi olub. Qarabağda gedən döyüşlərdə Azərbaycan ordusunun geri çəkildiyindən, torpaqlarımızın yüzdə 20-nin işğal altında qaldığından üzüldüyünü söyləyən Selahattin bəy 1950-ci ildə Koreyada şahidi olduğu bir olayı belə danışdı:



- İstanbulun Bakırköy səmtində iqamət ediyordum. Gəncliyimdə 1950 sənədə Koreyə (Koreyaya - Ə.Ş.) gedən ilk qafilədə mən də vardım. 600 kişilik bu askeri qafilənin komutanı Türk general Tahsin Yazıcı və albay Celal Doraydı. Cəbhədəki ilk savaşımızda ingilislər cinahdan xəbərsiz çəkildiyinə görə, Kore tərəfində savaşan Çinlilər bizi çəmbərə aldılar. Türk tuqayı çəmbəri yarıb çıxdı. Bu savaşda 485 əsgər itirdik. Tahsin Yazıcı yaralandı. 115 kişi ilə qarnizona döndük. İngilislərin hamısı burada idi. Əsgərləri bira, cəbhə komutanı isə viski içirdi. Türk tuqayının albayı Celal Dora ingilis cəbhə komutanı olan generala yaxınlaşıb sordu:

- Niyə bizim yan tərəfimizdən çəkildiniz?

O, sakit və saymazyana:

- Çəkildik - dedi.

Albay Celal Dora bir də sordu:

- Niyə bizə xəbər etmədiniz?

O, yenə soyuqqanlılıqla:

- Xəbər vermədik - dedi.

Celal Dora da eyni soyuqqanlılıqla çəkdi tapançanı, ingilis generalının alnının ortasından üç kurşun vurdu. Onu həbs etdilər.

Türkiyədən orgeneral Şahab Göler gəldi. Bizim əsgəriyyə kanunumuzu gətirdi. Orada cəbhədən qaçmaq yasaqdır. Qaçanı arkadaşı vurur. Beləliklə, albay Celal Dora bəraət etdi.

Sonra Türkiyədən takviyə (əlavə qüvvə) gəldi, bir daha heç kimsənin burnu qanamadı. İlk zərbədə piyanqo bizə vurdu.

Kıbrıs’ıma mektub
Kıbrısın, Türkləri rumlardan ayıran sınırında BMT Təhlükəsizlik Şurasının Qüvvələri dayanıb. Quzey Kıbrısdan Türk Ordusu çıxmayıb. Dünya gücləri Türk Ordusunu oradan danışıqlar yolu ilə çıxarmaq, sonra da rum və Türk xalqlarının birgə dövlətini qurmaq istəyirlər. İlk baxışda demokratik, barışsevər görünən bu siyasətin arxasında tamam başqa məqsədlər durur. Quzey Kıbrısın əhalisi 210 min nəfərə çatmır. Rum kəsiminin əhalisinin sayı köçmənlərin hesabına 850 min nəfəri keçib. Son illərdə keçmiş SSRİ məkanından rum kəsiminə köçənlərin sayının 50 mini keçdiyini də söyləyirlər.

Danışıqlardan məqsəd: vahid və mərkəzləşmiş dövlət qurduqdan sonra əhalinin say çoxluğundan istifadə edib Türkləri yenidən sıxışdırmaqdır. Türklər də bunu yaxşı bilirlər. R.Denktaşın danışıqlarda göstərdiyi hünər təqdirəlayiqdir. Lakin Quzey Kıbrısda hamının R.Denktaşla eyni fikirdə olduğunu düşünmək yanlışlıqdır. Bu kiçik ölkədə 10-a yaxın siyasi partiya və s. təşkilatlar olduğunu yuxarıda yazmışdıq. Özləri Türk olsalar da, Türkiyəlilərə həqarətlə, yuxarıdan aşağıya baxanlar da vardır. Sanki yaxın keçmişin qanlı-qadalı günlərini unutmuşlar. “Rum, Türk adlarını tarixin məzarlığında gömüb Kıbrıs xalqı yaratmaq” istəyənlərlə dartışmasız keçinmək olmur. Nəhəng Sovet İmperiyasının yeritdiyi siyasət və bu siyasətin qısa müddətdə puça çıxması da kosmopolit təfəkkürlülərə bir ibrət dərsi olmayıb. Quzey Kıbrısa Rumların bir neçə dəfə gəlib ata-babalarının məzarlarını, müqəddəs yerləri çiyarət etmələrinə şərait yaratsalar da, rum tərəfi Türklərin o tayda qalmış müqəddəs yerlərini, ata-babalarının qəbirlərini ziyarət etmələrinə icazə verməyib. Hamı yaxşı başa düşür ki, adada bu cür yaşamaq olmaz. Amma normal yaşayışı sahmana salmaq da hələlik mümkün olmayıb.

Fatma Akıl hocanın sanki Kıbrısın tarixini özündə yaşadan “Kıbrıs’ıma mektub” şeri ilə sözümü tamamlayıram. Bu şer mənim də ürəyimdən keçənləri özündə əks etdirir:




DAĞ-də İİ Uluslararası Kıbrıs Araşdırmaları Konqresində — soldan: Ə.Şamil, C.Nağıyev, H.Fedai

ısınmaz oldu gülüşler dudağımda

kahkahamdan eser kalmadı

her sevdaya yaklaşırken bedenim

aramızda korkunç gök gürültüsü

sabaha varmak telaşı yüreğimde

onlarda da...
gözlerimi sana taktım

geçit vermez yollarına

yağmur sonrası

küçük hesaplara

yenik düşen insanına

fidanlarına

umutla diktiğim Beşparmak’larımın
seni ve yarınımızı düşünürüm

uykusuz akşamlarda

alevler gelir üstüme

ben hep koşarım

koşarım bir yerlere

artar kalp atışlarım

dudağımdaki uçuk büyür
yine de

azaltmam merhabayı

güzelden yana

yöreğimden sevgini azaltmam

kucağında göz kırptım güneşe

ilk önce

ciğerlerim doldu kokunla

savaşlar yaptım senin uğruna
unutamam

kim ne derse desin

ne gelecekse gelsin varsın

aşk bu KIBRISIM.
25 oktyabr 1999.

Üçüncü Konqredə
2000-ci ilin noyabrın 13-18-də keçiriləcək III Uluslararası Kıbrıs Araştırmaları Konqresinə qatılmaq təklifini 1999-cu ilin sonlarında almışdım. Neçə illərdi Kıbrısdan yazdığıma, radioda veriliş hazırladığıma, dost-tanışla bu mövzuda çoxlu söhbətimiz olduğuna görə xanımımda o yerləri görmək, yaxından tanımaq istəyi yaranmışdı. Azərbaycan Həmkarlar İttifaqları Konfedera­siyasında mütəxəssis işləyən xanımım Əzizə Ağaəli qızı da Azərbaycan və QKTC sindikaları arasında əlaqələrmövzusunda məruzə hazırlamışdı. Tezisləri və məruzələri göstərilən müddətdə göndərmişdik. Aldığımız ilkin cavaba görə hər ikimizin məruzəsi bəyənilmişdi.

Öncələr konqreyə azı bir ay qalmış dəvətlər gələrdi. Bu il isə vaxt ötür, dəvət məktubundan bir səs-soraq çıxmırdı. Tanışların verdiyi bilgidə isə təşkilat komitəsinin maliyyə sıxıntısında olduğu deyilirdi. Konqrenin baş tutacağına ümidimi tamam üzmüşdüm. Noyabrın 8-də Bakı Dövlət Universitetinin professoru Vaqif Soltanlı zəng vurub Türkiyə Cümhuriyyətinin Azərbaycan­dakı Elçiliyinə — II katib Hasibə xanım Şahoğlunun yanına dəvət olunduğumuzu söylədi.

Hasibə xanımla 1998-ci ilin martında Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyükelçiliyinə gələndən sonra tanış olmuşdum. Gülərüz, xoşxasiyyət, diqqətcil və qayğıkeş insanın şer yazdığından da xəbərdar idim. Onun “Kıbrısı sevmək “ şeri ilk oxunuşda diqqətimi çəkmişdi:
Seviyorum ağacların altında oynayan kuşları...

ötüşlerini daldan dala konuşlarını,

seviyorum ben Adamı

seviyorum denizleri, balıkları,

birde ağlayan martıları, o mavi dalğaları,

dalğaların hırçınlaştığı anları....
Seviyorum sabahı, sabah uyandığımda

birde günesi seviyorum...

günes battığında

akşamları seviyorum..

akşamın güzelliği içime vurduğunda

dağların ihtişamıyla..

günes artık parlak gelmiyor bana,

akşamlar eskisi gibi olmuyor

yaşamak sıradan oldu,

nefes almak bile zor bu dünya üzerinde...

eskiden sen hayatımdın, yaşadığımdın yaşantımda
ama yoksun...olsun yine de canımsın cananımsın

benim gönlümde yüreğimdesin. Ve asla

vazgeçemem ki seni sevmekten!!!
Hasibə Şahoğlu 1953-cü ildə Kıbrısın Limasol qəsəbəsində doğulub. 1969-70-ci illərdə Amerikan Fielo Servizenin təqaüdi ilə ABŞ-da təhsil alıb. 1970-ci ildə Ankara Siyasal Bilgiler fakultesini bitirib. 1975-80-ci illərldə Benqazi, Khoms və Libyada çalışıb. Sonra yenə də Kıbrısa dönüb. 1992-ci ildə özünün dediyi kimi “Uluslararası ilişgiler masteri””. 1994-cü ildən xarici işlər nazirliyində işləməyə başlayıb. Bir oğlu, bir qızı var. Əri bankda çalışır.

Bakıya gələndə təhsil və mədəniyyətlə bağlı keçirilən toplantılarda fəal iştirak edir. Bir çox tədbirlərin isə onun təşəbbüsü ilə keçirildiyinin şahidi olmuşam. Diplomatik işdə çalışmaq onu heç də bədii yaradıcılıqdan ayırmır. Gah Xəzərin mavisini Ağ dənizə bənzədən, gah da Kıbrısdan bəhs edən həsrət dolu şerlərini oxumuşam. O vətəninə həsr etdiyi son şerlərin birində yazır:


Sen öyle bir yer bilirmisin arkadaş

gözünün alabildiğine mavi denizi,

altını çağrıştıran kumsalları,

ve heryerden daha parlak yıldızları.
Sen öyle bir yer bilirmisin arkadaş

kuraklığı sarılığı yeşilli hep yaşayan

rüzgarın tatlı tatlı estiği

yağmurun hep bereket yağdırdığı.
Sen öyle bir yer bilirmisin arkadaş

aşk tanrılarının, Afroditin ülkesi

sakin,sessiz ve huzurlu,

güneşin bahşettiği ten rengi

Sen öyle bir yer bilirmisin arkadaş

uğruna kanların döküldüğü
özgürlük ve egemenliğin

nice zorluklarla edinildiği.
Sen öyle bir yer bilirmisin arkadaş

beni mutluluklara boğan,

bizi kendine bağımlı kılan ve

Akdenizin incisi sayılan.
Sen öyle bir yer bilirmisin arkadaş

benim özlemle yandığım

suyuna toprağına taşına, aşına

hasret kaldığım...
Sen öyle bir yer bilirmisin arkadaş

yeryüzünde küzücük bir mekan

türkün türk kalabildiği vatan!

Kıbrısım benim, Yeşiladam...
Şərtləşdiyimiz vaxt görüş yerində olduq. Bir neçə konfransda bərabər iştirak etdiyim, türkoloq-araşdırıcı Güllü Yoloğlu, Bakı Dövlət Universitetinin müəllimləri professor Yaqub Mahmudov, filologiya elmləri namizədi Cəmilə Əmirova da oradaydı. Hasibə xanım Kıbrıs Araştırmaları Mərkəzindən dəvət gəldiyini bildirdi. Maliyyə çətinliyi ucbatından Konqreyə məruzə göndərənlərin hamısını dəvət etmək mümkün olmadığını söylədi. Hətta professor Kamil Vəli Nərimanoğlunun xanımı, filologiya elmləri namizədi Fatma xanım Vəliyevaya ailə üzvlərindən yalnız bir nəfərin yol xərcini ödəyəcəklərini bildirdilər. Vəziyyətin belə alındığını görən Fatma xanım Kıbrısa getməkdən imtina etdi. Prof. Kamil Vəli Nərimanoğlu isə Ankaradaydı, oradan Kıbrısa uçacaqdı. BDU-nun professoru Musa Qasımov Amerikaya gedəckdi. Ona görə də Kıbrısdakı Konqreyə qatıla bilməyəcəkdi. Beləliklə, biz beş nəfərə noyabrın 13-də Azərbaycan Hava Yollarının təyyarəsi ilə Bakıdan İstanbula uçmaq məsləhət görüldü. Kıbrıs Hava Yollarının təyyarəsinə həmin günə biletimiz hazır olduğu söyləndi. Tələsik səfər çantamı hazırladım. Noyabrın 13-də Vaqif Sutanlı və Cəmilə Əmirova ilə birlikdə İstanbula, oradan da Kıbrısa uçduq. İstər Bakı, istər İstanbulaeroportunda Yaqub Mahmudovu (o bizimlə birlikdə Bakı-İstanbulreysinə bilet də almışdı) və Güllü Yoloğlunu nə qədər gözləsək də gəlib çıxmadılar. Geri döndükdə, Güllü Yoloğlu başqa bir proqramla Ərbilə (İraq) getdiyindən, Yaqub Mahmudov isə millət vəkili seçildiyindən Konqreyə qatılmadıqlarını öyrəndik. Kamil müəllimlə isə Gazimağusada görüşdük.

Keçmiş sosialist düşərgəsi ölkələrindən gələnlərə və Avropa ölkələrindən gələnlərin də bəzilərinə Park hoteldə yer ayırmış­dılar. Maliyyə çətinliyi özünü aydın büruzə versə də konqrenin elmi və təşkilati məsələləri həmişəki kimi yüksək səviyyədə təşkil edilmişdi. Bu dəfə dinlənilməsi nəzərdə tutulan məru­zələr öncədən çap olunaraq iştirakçılara paylanmışdı; bu hər biri 600 səhifəyə yaxın dörd cildlik kitab idi.Öncədən məru­zə­lərlə tanış­lıq seçim imkanı yaradırdı. İstədiyin bölmənin iclasında iştirak edə və maraqlı olan mövzu ətrafında diskus­siyaya girə bilərdin.

Toplantıların keçirilmə vaxtına, fasilələrə də əvvəlki illərdəki kimi ciddi əməl edilirdi. III Uluslararası Kıbrıs Araştırmaları Konqresinə Azərbaycandan məruzə göndərənlərin hamısı qatıla bilməsə də, Azərbaycanlılar sayca Türkiyədən və Kıbrısdan sonra gəlirdilər. Doğu Akdeniz Üniversitesində çalışan həmyerlilərimiz Günəş Bəşirova və Elnarə Bəşirova də məruzə ilə konfransa qatılmışdılar. Doğu Akdeniz Üniversitesində bölüm başkanı işləyən bəstəçi Faiq Sücəddinovun söylədiyinə görə hazırda Quzey Kıbrısda 30-a yaxın Azərbaycanlı ailəsi var. Hamısı da ziyalı ailəsidir. Son illərdə güzəran dalınca oraya gediblər. Bizim üçün səfər nə qədər maraqlı və diqqətiçəkən olsa da həmyerlilərimin darıxdıqlarını açıq-aşkar hiss edirdim. Xüsusilə Faiq Sücəddinovun təkcə söhbətlərində deyil, yerişində, duruşunda da qəriblik aydınca hiss edilirdi.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin