Referat təLƏBƏ: Məlikov İdris faküLTƏ: Biznes və İqtisadiyyat məktəbi kafedra : Maliyyə və Mühasibatlıq uçotu



Yüklə 340,9 Kb.
səhifə3/3
tarix24.02.2020
ölçüsü340,9 Kb.
#102165
növüReferat
1   2   3
Kağızla metallar arasındakı münasibət elə də sadə deyildi. Sonuncunun dominantlığı İngiltərə Bankının 1821 – ci ildə funt sterlinqin azad olaraq istənilən sayda qızıla konvertasiya olunacağı haqda qərarından sonra baş verdi. Qızıl standartını sonrasında ABŞ, Rusiya və digər ölkələr tətbiq etməyə başladılar. Valyutalar bu qərarlardan sonra bir-biriləri arasındakı “exchange” fiks olunmuş kursla keçməyə başladı.

Bir tərəfdən sistem ölkə valyutasının stabilliyini qaldırmağa yardım etsə də, digər tərəfdən, iqtisadiyyata lazım olan səviyyədə pulun çap olunmasına imkan vermirdi. Qızıl ehtiyatlarını pul vahidinə paralel səviyyədə saxlamaq çox çətin idi və nəticədə kağız pul bu mübarizədə qalib gəldi.

1944–cü ildə danışılan Bretton – Vud razılaşması “qızıl – dollar standart” razılaşması qəbul edildi (bütün valyutalar dollara, dollarsa qızıla bağlı idi). 1970–ci illərdə isə ölkələr kütləvi şəkildə üzən məzənnəyə keçməyə başladılar və qızıl “şahlığına” son qoydular.



Nağdsız gələcək

XX əsrin sonlarında dünya informasiya texnologiyalarının sürətli inkişafı ilə tanış oldu. Bu isə öz növbəsində pullara da təsirsiz ötüşmədi. Faktiki olaraq biz, artıq əldən ələ keçən kağız əskinazların azalmasının şahidi oluruq. Bizim gəlirlərimiz çoxu zaman bank hesabında saxlanılır, köçürmələr bir neçə düyməni basmaqla bir neçə saniyə ərzində ünvana çatır, kontaktsız ödəmələr texnologiyalarının inkişafı və.s kağız pulların da son dövlərini yaşadığını göstərir. Nə vaxtsa ilk bank vekselləri tacirlərə özləri ilə bir neçə kisə dəmir pullar götürməməyə imkan verirdisə, indi ticarətə smartfonla getmək kifayət edir. Gələcəklə bağlı nələrin olacağını demək çətindir amma pulun birinci mənası çətin dəyişsin. 2000 il əvvəl olduğu kimi, pul rolunda hər şey çıxış edə bilər, yeyinti məhsulları, qızıl, gümüş, bank kitablarındakı rəqəmlər və ya blokçeyndəki məlumatlar. Pul – insanın görüdüyü iş üçün əvəzində istədiyi ödənişdir sadəcə.



Pul sosial-fəlsəfi fenomen kimi

Pulun insan həyatında oynadığı rol önəmlidir. Buna görə də qazanc və dəyər fəlsəfəsinin predmeti olaraq qalır. Pulun numizmatikası, yəni, onun öyrənilməsi pulun tarixilik funksiyasının öyrənilməsini təmin edir. Pul mədəniyyətin, xalqın və dövlətin tarixi mövcudluğu, ardıcıl inkişafı barədə məlumat verir. Silsilə şəkilində məlumatlar bəxş etmək funksiyasını özündə daşıyır.

Pul dövlətin, xalqın gəlirlərini, məsrəflərini rəqəmlərlə müəyyən edir, kəmiyyəti və miqdarı müəyyənləşdirir.

Pul təsərrüfatın ümumi xaraktreristikasını təsvir edir, gəlirlər və ziyanlar çıxarını müəyyən edir. Dövlət büdcəsinin gəlirləri və çıxarları haqqında ümumi rəqəmlər pul ilə ifadə olunur. Büdcə defisiti, kəsirlər, müsbət və mənfi saldolar rəqəmlərlə pulda öz əksini tapır.

Pul dövlətin vergi siyasətinin əsas müəyyənedici və təyinedici kriteriyasıdır. Dövləti, cəmiyyəti, xalqı və onun mədəniyyətini hörmətə layiq bilən bir elementdir, dəyər ünsürüdür.

Pul iqtisadiyyat əxlaqının formalaşmasında iştirak edir. Şəffaf gəlirlər, şəffaf xərclər, dürüst gəlir mənbəyi, qənaətli xərclər kimi iqtisadiyyat fəlsəfəsinin tərkib elementlərini müəyyən edir. Pulun özünə məsrəf vasitəsi kimi hörmət olunması elə özlüyündə iqtisadiyyat əxlaqının əsaslarını təşkil edir. Lazımi və vacib, zəruri, ehtiyacı olan yerlərə pulun məsrəf olunması və onun kapital kimi dəyərlərinin ölçülüb-biçilməsi məhz özlüyündə pul əxlaqını yaradır. Pula olan münasibət və hörmət özlüyündə pul əxlaqını, əməli davranışı meydana gətirir.

Pul iqtisadiyyat sisteminin əxlaqi dəyərlər əsasında formalaşmasını təmin edir. Pul iqtisadiyyatla mədəniyyət, ümumilikdə insanla onun davranışı, ictimai və iqtisadi davranışı arasında bağlılığı təmin edir.

Pul bir fiziki amildir, vasitədir, əşyadır.  Görünüş baxımdan formadır. Nişanələri olan əskinasdır. Kağız üzərində həkk olunmuş qrafiklərdən, ornamentlərdən, təsviri vasitələrdən ibarətdir.  Bu xassəsinə görə heraldikaya (nişanları, möhürləri öyrənən elm sahəsi) da yaxındır.

Pul özündə əks olunan elementlərlə maddi-mədəni-irsi-ictimai və siyasi kompleksiyadır. Bağlayıcı şərt elementidir.

Pul forma və bağlayıcı element olmaqla yanaşı, xüsusi anlayış vasitəsidir. Anlayış kimi konkret funksiyaları özündə daşıyan və dərk olunan elementdir. Pul konseptual anlayışdır, çünki məxsusi və universal tənzimləməni həyata keçirir. Həyatın bütün sahələrinə sirayət edir. Pul xüsusi anlayışdır, həm də ona görə ki, konkret tətbiqedici və əvəzləyici, əldə edən, qazanan və yer dəyişən ünsürdür. Əldə olunmuş resurslar pul ilə yerini, məkanını dəyişir. Pul resursları ölkədən-ölkəyə hərəkət etdirir.

Pul düşüncə və funksiyalara təsir edir və yönləndirir. Düşüncə və funksiyanı vəhdətləşdirir, əvəzləyir. Düşüncələrin funksiyalar ilə identifikasıyasını yaradır. Pul baxışları və düşüncələri ümumiləşdirir, eyniləşdirir, istək və maraqları rəngarəngləşdirir.

Pul koordinasiyalar yaradır. Onun istinad nöqtələri mövcudur. Pula “əsasən” obyekt kimi baxılır. Pulun fəlsəfi mahiyyətində dialektika, şərtləndirmə güclüdür. Formallıqla məzmun böyükdür. Bu da özlüyündə şaxələnməni yaradır.

Pul yayılan konseptual anlayışdır. Ona görə ki, insanlar-əmək ünsürləri ilə istehsalat, istehsalatla-qeyri-istehsalat, istehsalat və bazar, bazarla tələb və təklif arasında üzvi bağlılıq yaradır.

Pul iqtisadi sistemin strukturlarını ölçülərlə, kəmiyyət və miqdarla dinamikada saxlayır. Pul iqtisadi sistemlərin daxilində, ictimai və mədəni sistemlərlə iqtisadi sistemin vəhdətində tənasüblüyü şərtləndirir.  Pulun fiziki məqsədi, fiziki funksiyası formal tənzimləmədir. Ancaq fiziki tənzimləmənin bir maddi əsası da var. Bu, maddi kompleksiya yaratmaqdan ibarətdir. Eləcə də sosial-mənəvi funksiyanı pul tənzim edə bilir. Bu baxımdan da insani dəyərləri onun maddi dəyərləri ilə vəhdətləşdirir.

Pul dəyər nominantı olaraq güc yaradır. İqtisadiyyatın bütün hallarına təsir edə bilir və səmtlər, yönlər, axarlar və cərəyanlar formalaşdırır. Bu baxımdan da güc və nəzarət ünsürüdür. Pul dəyişmələr, çevrilmələr yaradır. Qazanc ünsürü kimi pulu əldə etmək məqsədilə insanlar təyinatlı modellər, formulalar üzərində işləyirlər. 

Pulun hərəkətə gətirici, mərkəzləşdirici, böyüdücü, genişləndirici, təbəqələr yaradıcı, dalğalar formalaşdırıcı, kompleksləşdirici, komplektləşdirici, təsnifedici, ayırdedici, sərhədləyici, ölçüləri təyinedici, istiqamətləndirici kimi fiziki funksiyası; eyniləşdirici, uyğunlaşdırıcı, harmoniyalaşdırıcı, sintezləşdirici, vəhdətləşdirici kimi fəlsəfi funksiyaları  və digər bu kimi  sistemlilik funksiyaları var.

Pulun fəlsəfi funksiyalarına bərkidici, nüfuz yaradıcı, mədəni elementləri özündə daşıyıcı funksiyaları da aid olunur. Pulun təsiredici funksiyası, təzyiq və asılılıq kimi funksiyaları da var ki, onları neqativ (mənfi) funksiyalar kimi dəyərləndirmək olar.

Pulun maddi-fiziki zərbələri və fəsadları mövcud olur. Buna pozucu funksiya kimi də ad vermək olar. Bu halda pul iqtisadiyyatda əxlaq pozan ünsür rolunu ifadə edir.

Pul aktivliyi və passivliyi mövcuddur. Bu iki amil pulun hərəkət dövriyyəsində özünü büruzə verir. Pul resursların çevrilməsini (istehsalı) və dövriyyəsini – xammal və hazır məhsul kimi – aktivləşdirir. Buradan onun şərtləndirici aktivlik funksiyası meydana gəlmiş olur. Pulun aktivliyi kapital kimi çevik dövriyyəsində və kapital kimi sərmayə şəkilində əhəmiyyət kəsb etməsində özünü büruzə verir. Pulun passivliyi isə onun fondlar təşkil etməsindədir. Ehtiyat fondları aktiv kapitalın bazası kimi çıxış edə bilir.

Pulun fəlsəfəsində iki mühüm funksional kriteriya dayanır: qiymətləndirmə (eyniləşdirmə, yığcam, bütöv kəmiyyətləndirmə, bütöv hesablama və nominallaşdırma); dəyərləndirmə (maddi elementlərin dəyərləndirilməsi, ehtiyacların, tələbatların dəyərləndirilməsi, nəyinsə qədrinin bilinməsi, mənəvi həyatın dəstəyi olan maddi həyatın dəyərləndirilməsi, maddi-mənəvi körpünün və müstəvinin dəyərləndirilməsi). Hər ikisi seçimdir, ayırd etməkdir. Tərkibləri müəyyənləşdirməkdir. Birinci kriteriya daha çox fiziki xarakter kəsb edir, formaldır. İkincisi isə daha çox məzmundur, maddidir. Pul bir əskinas kimi fizikidir. Lakin onun əvəzləmə, xüsusilə, haqqı əvəzləmə funksiyası maddidir. Eləcə də mənəviyyat, şəxsiyyət amilləri ilə əlaqəlidir. Pulun fəlsəfəsində onun fiziki-formal əsasları maddi-mənəvi mahiyyəti ilə çulğaşır.

Pul insanın gələcəyini müəyyən edən vasitələrə aid olur. Belə ki, pulun əvəzləmə funksiyası onun saxlanc funksiyasını şərtləndirir. Məlumdur ki, pul istənilən anda öz məhsul və xidmət dəyərini əvəzləyə bilir. Yəni, qiymətlər transfer olunur və pul lazım olan əldə edə bilir. Buna görə də həyatda qazanc kriteriyasıdır.    

Pulun fəlsəfi mənası onun nominal dəyəri etibarilə tətbiqi sahələrinin forma və məzmunundadır. Pul tətbiq sahələrində əməyin zamana görə kəmiyyətini, əldə edilən məhsulların dəyərini, qiymətini əvəzləyə bilən ən ümdə vasitədir. Pul öz dövriyyəsi baxımından dünyada ən böyük vasitədir.

Pul nominallaşdırıcı, müəyyənedici vasitə kimi məhsul istehsalında tərkib vasitələri dəyərləndirən elementdir. Yəni, hazır məhsulun tərkib elementlərini şərti olaraq qiymətləndirir və yekun qiymətlər əldə edir. Pul istehsalı şəbəkələndirir, buna görə də elementləri sahələrdən-sahələrə keçirir.

Pul dövlətçilik anlayışının tərkibində qərarlaşır. Atributlardan biridir. Tanıtım funksiyasını yerinə yetirir. Pul dövlətin dünya siyasətində çəkisini artırır. Məsələn, ABŞ valyutası bu dövlətin dünya iqtisadiyyatında hədsiz gücünü yaradır. ABŞ pulun əvəzləyici funksiyasından yararlanaraq dünyanın fiziki-maddi resurslarını özünə çəkə bilir. Eyni zamanda istehsal ünsürlərini özünə cəzb edir. Pulun əvəzləyici funksiyasi zənginliyi, maddi təminatın yüksək dərəcəsini meydana gətirir. Pul kütləsinin iqtisadi vasitələrə nisbətdə çoxluğu həyatın maddi təminatının yüksək səviyyəsini yaradır. Bu amil də özlüyündə pul mərkəzinin (burada iqtisadi mərkəzlər) ətraf elementləri özünə cəzb etməsini sürətləndirir. Bu baxımdan da iqtisadi resurslar artır, iqtisadi renovasiyalar, iqtisadiyyatı yenidən qurma prosesləri genişlənir. Həyat özü maddi baxımdan yüksəlişə, dirçəlişə səbəb olur. Pul dəyərləri özünə cəzb etməyə başlayır. Bu baxımdan da iqtisadi inkişaf yolunda olan dövlətlərə beyin axını, ixtisaslı kadr axınları sürətlənir. Bu axınlar, cərəyanlar kapital və innovasiya aktlarının silsilə formasını meydana gətirir. 

Pul dövlətin xalqla olan iqtisadi-sosial münasibətərini də tənzim edir. Strateji ünsür kimi dövlətlə xalq arasındakı ictimai sistemlərdə qiymətqoymada əsas vasitə rolunu oynayır.  Pul universallaşdırıcı, yığıcı vasitələr olduqda büdcələr və fondalar üçün əvəzləyici vasitələr kimi önəm kəsb edir. Büdcənin tərkibi, sahələri pul ilə müəyyən olunur. Məbləğlər iqtisadi kapitalın əsaslarını formalaşdırmış olur. Pul elə bir vasitədir ki, onunla cəmiyyət üçün iqtisadi elementlərin bütün tərkibini əldə etmək olur. Pul hərəkət müəyyənedici, hərəkət istiqamətləndirici, vasitələri hərəkətəgətirici, əməyi yönləndirici, istehsalı stimullaşdırıcı vasitə kimi mühüm funksiya daşıyır. Pul makro iqtisadiyyatın tərkibini nominallaşdırır, eləcə də mikro iqtisadiyyatın nominal dəyərini qiymətlərlə ifadə edir.

Pulun fəlsəfəsində ölçü, kəmiyyət, keyfiyyət, sərfiyyat, qazanc, saxlanc, artım kimi kriteriyalar pul anlayışında fəlsəfi məzmunları ifadə edir.    

Pul özü də mənbə kimi tarix vasitəsidir. Ölkənin, dövlətin, xalqın  milli-mədəni elementləri, simvolları pul əskinaslarında nişan olaraq həkk edilir. Buna görə də pul məzmunca tarixi əks etdirir. Pul ilə tarixi hadisələr, ölkələr haqqında məlumat əldə etmək olar. Pulda həm də onu buraxan ölkənin dili yazılır. Buna görə də pulun tarixi öyrətmək funksiyası mövcuddur. Pul mənbəşünaslıq vasitəsidir.

Pul münasibətlərdə möhkəmləndirici ünsürdür, həmçinin  münasibətləri və əlaqələri yaradan  əsas vasitədir. Məsələn, sosial-əmək münasibətləri, ticarət, istehsal və istehlak münasibətləri pul vasitəsilə meydana gələ bilir. Pul bir vasitə kimi şəxslər arasında sosial bağlılığı yaradır.  Sosial kriteriyaları, vahid ölçüləri ifadə edir. Cəmiyyətin iqtisadi bütövlüyünü formalaşdırır. Hər kəsin əməyini qiymətləndirmə və fəaliyyətini dəyərləndirmə funksiyasını daşıyır. 

Pul maddi vasitə olmaqla bərabər, ictimai münasibət vasitəsidir. Məsələn, xidmətlər üzrə olan ödənişlər, haqqı vacib olan ödənişlər pul ilə həyata keçirilir. Zehni əməyin əvəzi pul ilə ödənilir.  Zehni əməkdən maddi əməyə keçiddə və bağlayıcılıqda pul önəmli rol oynayır.

Pulun fəlsəfəsi onun iqtisadi dərinliklərdə hərkət etməsidir. Pulun fəlsəfəsi onun iqtisadiyyatla mədəniyyətin, sosial tələbatların arasında bağlayıcı funksiyalar kəsb etməsindədir. Pul funksiyası çoxtərkiblidir. Cəmiyyətin strukturları arasında əlaqə yaratmaqla maraqları, əmək fəaliyyətini, ümumilikdə yaşam tərzini uyğunlaşdıran və bununla da universal mənalar kəsb edən elementlər və normalar yaratması ilə pulun fəlsəfəsi də formalaşır.  

Pul qazanc ünsürüdür. İnsanlar həyatda məcmu halında olan əşyaları pul ilə qazanırlar. Bu qazancın içərisinə maddi və sosial elementlər məcmusu aid olunur. Maddi və sosial elementlər arasında əlaqələr uyğunluğunu və nisbətini pul müəyyən edə bilir. Pul əmək bölgüsünü ümumiləşdirir. Əmək bölgüsünü şərtləndirir. Əmək bölgüsü arasında harmonik əlaqələr yaradır. Əmək sahələri arasında bağları, telləri yaradır. Pul iqtisadiyyatın sahələrini şaxələndirir. Eyni zamanda şaxələri bağlayır və ümumi, məxsusi qaydalar yaradır. Pul eyni şərtləri təmin edir. Sahələr arasında eyniləşmiş, oxşarlaşmış şərtləri meydana gətirir. Pul əmək sahələri ilə xidmət və sosial sahələri bağlayır. Bu sahələrin nisbətini müəyyən edir. Pul sahələr arasında bağlılıq yaradan amillər kompleksini meydana gətirir.

İnsanlar bu gün dəyərləyicilər, qiymətləyicilər, əvəzləyicilər, ölçülər, kəmiyyətlər və onların axınları, sxematik hərəkət tabloları, şkalaları (cədvəlləri)  ilə yaşayırlar. Əvəzləyici vasitələr qismində fiziki amillər iştirak edə bilirlər.  Həyat sistemləyici müstəvidən və sistemdaxili əvəzləyicilərdən ibarətdir. Həyat ölçmə və hesablama sistemləri ilə yaşanılır.  Həyatda əvəzləyici ünsürlər çoxluq təşkil edir. Lakin onların içərisində pul ən mühümüdür. Həmçinin əvəzləyici kimi ən asan tətbiq edilənidir. Pul modul tipli əvəzləyicidir. Pul yığıcıdır, toplayıcıdır. Pul iqtisadiyyatın əvəzləyicisidir. Pul nominal nişandır və öz əlamətləri olan qiymətləndirici əskinasdır.

Pul mütləq-konkret və mücərrəd əvəzləyici funksiyasını yerinə yetirir. Mütləqliyi onun konkret nominal əvəzləyicisindədir. Mücərrədliyi isə pulun inam və etibar kimi saxlanc, qazanc funksiyalarını yerinə yetirməsindədir. Pul mücərrəd varlıqdır, həm də ona görə ki, onun çoxluğu istəniləndir, arzu ediləndir. Pul və qazanclar xəyali təsvirin, təsəvvürün elementini təşkil edir. Pul insanların gələcək ümid və arzularını qruplaşdırır, gələcək qazanclar üçün həvəsi yaradır.

Pulun fəlsəfi mahiyyətində qərarlaşan saxlanc amili pulun qənaətlə xərclənməsini zəruri edir. Pulun maddi dəyəri onun qənaətlə xərclənməsini şərtləndirir. 

Pul həmçinin maddi-mənəvi əxlaq ünsürlərindəndir. Pul nişanları özünə hörməti tələb edir. Çünki insan dəyərlərinin əvəzləyicisidir.

Pul fəlsəfi, məzmunlu, mahiyyətli və mənalı  bir nişan elementidir. Pul forma olmaqla yanaşı, hörmət modeli və simvoludur.  Pul insanların kollektiv dəyərlərini yaradan elementdir, mərkəzləyici, toparlayıcı forma və məzmundur. Pula sahib olmaq sərvətə, mala-mülkə sahiblikdir. Digər tərəfdən də iqtisadi, maddi, sosial şöhrətdir. İnsan şəxsiyyətinin formalaşmasını təmin edir.  Ancaq gərək pulda böyük məna görüb onu dəyərlə, ehtiyatla hərəkət etdirmək lazımdır.

Pul milli və beynəlxalq mədəni elementdir. Ona görə ki, iqtisadiyyat özü yaradıcılıq və quruculuqdan ibarət olan əmək fəaliyyətidir. Pul milli mədəniyyətin tərkibi olan təsərrüfat və xidmət sahələrini təşkil edir. Mədəni quruculuğa rəvac verir, təkan verir. İqtisadi tərəqqi üçün mədəniyyəti səfərbər edir, stimullaşdırır.

Xalqın mədəni həyatını əks etdirən elementlər pulda nişan olaraq həkk olunur. Pul mədəni irsin davamlılığını təmin edir. Mədəniyyət elementlərini tarixən daşıyır.

Əvvəlcə də qeyd olunduğu kimi, pulun fəlsəfi funksiyaları genişdir – tarazlayıcı, mərkəzləşdirici və əhatələndiricidir. Yığıcıdır, səpələyicidir, sahəlidir, strukturludur, mexanizmi yaradandır, hərəkətə gətirəndir.

Pul qazancların toplandığı fondların cəmiyyətdə nüfuzunun artmasını və formalaşmasını təmin edir. Pul “Bankomən”liyin formalaşması üçün təsirləri meydana gətirir. 

Pul cəmiyyətin resurslar balansını tarazlaşdıran amil rolunu oynaya bilir. Resursları tərəflər arasında nisbi tarazlayıcı əsaslarla bölüşdürür. Bununla da pul cəmiyyətdə fərdləri bir-birinə bağlayır. Cəmiyyətin qayğı və diqqətini universallaşdırır. Pul sosial əxlaqın yüksəlməsində iştirak edir. İnsanların ləyaqətli məzmunlarda yaşamasını təmin edə bilir. Pul yaxınlaşdırıcı, bərkidici amil rolunu oynaya bilir. Pul iqtisadi-təsərrüfat sistemində ortalayıcı, koordinasiyalaşdırıcı funksiya kəsb edə bilir. Yəni, əvəz dəyərləndirən, əvəz ödəyən, qiymət ödəyən nominal şərt olan pul bir vasitə kimi taraz qolu yaradır. Bu taraz qol da elə mərkəzləşdirici, uyğunlaşdırıcı funksiya daşıya bilir.

Pulun mahiyyətində, pulun hərəkətində sistemlilik var. Pul bütövlüklər və tərkiblər arasında bağlayıcı bir vasitədir.  Onun bu aidiyyat və bağlayıcı funksiyası iqtisadi bütövləşməni (üfiqi və şaquli trayektoriya müstəvisi üzrə) yaradır. İqtisadi müstəvini qalınlaşdırır. Bununla da iqtisadi güc yaradır. İqtisadi simmetriyanı, harmoniyanı formalaşdırır. Bunun sayəsində bütövləşmə meydana gəlir. İqtisadi bütövləşmə sayəsində strukturlar yaranır və strukturlar mərhələləşir. Bununla da iqtisadi bütövlük ortaya çıxır. Pul resursları bir araya cəmləşdirir və cəm halda hərəkətə gətirir. Pul iqtisadi passivliyi lazımi anlarda iqtisadi aktivliyə keçirir. Bu aktivlik sayəsində iqtisadi dönərlilik meydana gəlir.



Pul renovasiya (yenilənmə) proseslərinə təkan verir. Axınları daxildən təzələyir. Məsələn, çoxlu pul qazanmaq istəkləri insan yaradıcılığına təsir edir və yeni düşüncələr və yeni əməlləri şərtləndirir. İqtisadi yenilənmə dalğalanmada olan yeni görünüşlü, yeni ölçülü və yeni məzmunlu halları yaradır. Pul yeni tətbiq metodlarını da şərtləndirir.
Yüklə 340,9 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin