Referati 2023 Mündəricat Xülasə Giriş Əsas hissə



Yüklə 55,43 Kb.
səhifə1/5
tarix09.12.2023
ölçüsü55,43 Kb.
#138516
növüReferat
  1   2   3   4   5
Hüseynova Münəvvər


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti

Əl yazması hüququnda

Hüseynova Münəvvər
(Magistrın soy adı, adı, atasının adı)

222828 – Ətraf mühitin idarə olunması
(İxtisasın şifri və adı)
Biznesin Təşkili və idarə edilməsində (ətraf mühitin idarə olunması üzrə)
(İxtisaslaşmanın adı)

Qarabağda bərpa olunan enerjinin davamlı inkişafında ekoloji-iqtisadi araşdırmalar
(Disertasiyanın mövzusu)

Magistr dərəcəsi almaq üçün təqdim edilmiş
disertasiyanın

REFERATI


2023
Mündəricat


  1. Xülasə

  2. Giriş

  3. Əsas hissə

  4. Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrindən İstifadə

  5. Qarabağda Bərpa Olunan Enerji Mənbələrinin İnkişafı Üzrə Tədbirlər Planı

  6. Qarabağda “Yaşıl Enerji” Zonası

  7. Dağlıq Qarabağ Və Ətraf Regionların Enerji Potensialı

  8. Nəticə


Xülasə
XIX əsrin sonunda dünyada ilk dəfə elektrik eneıjisinin istehsal başlanmışdır[1]. Bu dövrə qədər Azərbaycanda artıq neft çıxarılmasıq başlandığı vaxtdan elektrik eneıjisindən istifadə olunmuşdur. I dövrdə (1898-ci il) Bakının neft sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil etmişdir. Neft mədənlərini elektriklə təmin etmək üçün ilk dəfə olaraq 5-50 kvt-lıq elektrik stansiyalan quraşdırılmışdır. Neft sənayesinin intensiv inkişafi elektrik eneıjisini yüksəltməyi tələb edirdi. Bu problemin perspektivliyini və mənfəətliyini bilən bir sıra xarici elektrotexniki firmalar - «Simens ± Qalske», «AEQ» və başqaları Bakıda daha güclü elektrik stansiyalan tikmək barədə müraciət etdilər. Bu məqsədlə 1898-ci ildə «Elektrik gücü» aksioner (səhmdar) cəmiyyəti yaradılır.1900-cu ilin martında «Elektrik gücü» AC Bakıda iki elektrik stansiyası layihələşdirir və onların tikilməsinə başlanır: «Belqorod» - 6000 L.s., və Bibi-Heybət - 1000 l.s. (sonralar o «Krasnaya zvezda» İES və Krasin adına İES adlandınldı).1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında «Zulcer» firmasının hər birinin 1000 l.s gücü olan dörd buxar maşım, «Lezner» firmasının 2000 l.s. gücü olan buxar maşını, AEQ firmasının 6000 v gərginlikli generatoru quraşdırıldı. Bibi-Heybət elektrik stansiyasında «Simens - Qalske» firmasının 500 l.s. gücündə olan iki buxar maşını qoyuldu. Belqorod və Bibi - Heybət elektrik stansiyaları o dövr üçün Rusiyada ən böyük stansiyalar idi.1912-ci ildə Bibi - Heybət və Belqorod elektrik stansiyalarının lövbəti genişləndirilməsinə başlandı. İşə AEQ firmasının 8000 kvt gücündə olan turbogenerator daxil edildi. Belə turbogeneratorun daxil edilməsi Bibi - Heybət elektrik stansiyasının gücünü 10800 kvt-a çatdırdı.1914-cü ildə Bibi - Heybət və Belqorod stansiyalan arasında əlaqə ıradıldı. Bu tarixi Azərbaycanda elektrik sisteminin yaranması tarixi hesab etmək olar. 1915-1917-ci illərdə Bibi - Heybət stansiyası Rusiyada ən böyük və Avropada ən faydalı stansiyaya çevrildi. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47000 kvt-a çatdırıldı.1913-cü ildə Respublikanın Gəncə, Şəki, Quba və Lənkəran şəhərində ümumi gücü 635 kvt olan bir sıra kiçik elektrik stansiyaları tikildi.1920-ci ildə «Elektrotok» energetika kompaniyası qabaqlar xüsusi firmalara məxsus olan daha beş mədən elektrostansiyasım (Romanı - 4000 kvt, Zabrat- 720 kvt, Sabunçu - 700 kvt, Suraxanı - 900 kvt və Artyom adası - 1420 kvt -) birləşdirdi. «Elektrotok» elektrik stansiyasının ümumi gücü 56000 kvt-a çatdırıldı. Bakının mədənlərində neft istehsah dünyanınkinin 17,8%-ni və SSRİ-nin neft hasilatının 80%- qədərim təşkil etməsini nəzərə alaraq 1 QOELRO-nun plamnda Bakı sənaye rayonunun elektrikləşdirilməsinə xüsusi diqqət ayrıldı. Elektrik stansiyalarının, genişləndirilməsi ilə yanaşı elektrik şəbəkələri də inkişaf etdirildi. 1935-ci ildə elektrik sisteminin gücü 176 min kvt-a qədər artırıldı. Layihəyə uyğun olaraq «Krasnaya Zvezda» İES-də hər birinin gücü 25000 kvt olan iki terlofikasiya turbini, Krasin adma İES-ə isə 25000kvt gücü olan bir kondensasiya turbini qoyuldu. 1939-cu ildə bütün aqreqatlar işə salındı. Sistemin gücü 251.6 min kvt-a çatdırıldı. 1941-ci ildə Sumqayıtda İstilik Elektrik Mərkəzi yaradılaraq gücü 24000 kvt olan kondensasiya turbini və gücü 25000 kvt olan AP-25-1 tipli teplofıkasiya turbini işə salındı.1940-cı ildə Azərbaycan energetika sisteminin gücü 251000 kvt-ə çatdırılaraq 1920-ci il sistemindən 5 dəfə çox təşkil etdi. 1940-cı ildəyarımstansiyaların sayı - 139, 20 - 110 kvt-lıq hava xəttlərinin uzunluğu 651 km, güc transformatorlarının ümumi gücü 589600 kvt təşkil edirdi. Bu illərdə «Sevemaya» İES-i və Mingəçevir SES-i işə salındı, fəaliyyətdə olan elektrik stansiyalarında rekonstruksiya işləri apanldı. «Sevemaya» İES-də yeni eneıji bloku montaj edildi, Əli-Bayramlı İES-i tikildi. 22 MVt gücündə olan Araz Su Elektrik Stansiyası 1970-ci ildə, ümumi gücü 50 MVt olan Tərtər Su Elektrik Stansiyası 1976-cı ildə və ümumi gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası 1982-ci ildə qurulmuşdur. Həmin vaxt elektrik stansiyalarının tikintisi ilə yanaşı, elektrik şəbəkələri də sistematik şəkildə inkişaf etmiş və ölkənin davamlı enerji sistemi yaradılmışdı. Bu illərdə 330 kV-lıq "Əli Bayramlı" İstilik Elektrik Stansiyası – "Ağdam – Gəncə - Ağstafa", "Əli Bayramlı – Yaşma – Dərbənd", 5-ci Mingəçevir, 500 kV-lıq 1-ci və 2-ci Abşeron, "Muxranis – Vəli" , "Yaşma", "Gəncə", 330/110/10 kV-lıq "Ağstafa", 330/110/10 kV-lıq İmişli, 500/330/220 kV Abşeron, "Hövsan", "Nizami", "Müşfiq" "Səngəçal", "Masallı", "Ağsu" və "Babək" 220/110/10 elektrik yarımstansiyaları istifadəyə verilmişdir. 1983-cü ildə Azərbaycan İES- də iki aqreqatın montaj işləri qurtardı. Hazırda Azərbaycan İES-in (Mingəçevirdə) 2400 mvt- gücünə malik olub Cənubi Qafqazda ən güclü elektrik stansiyası sayılır. O, respublikamızın yarısının tələbatını ödəyir. 1990-cı ilin əvvəlində Azərbaycan İES-nin axırıncı 7 və 8-ci enerji bloklan istismara verildi. Ermənistanla olan münaqişə Azərbaycanın energetikasına mənfi təsir göstərdi, «Azərbaycan İES - Ağdam- İmişli» elektrik enerjisinin məsafəyə verilməsi sıradan çıxarıldı.Hazırda «Azərenerji» AC- tinin kollektivi tərəfindən konkret işlər yerinə yetirilir. Bir çox xarici banklar Azərbaycan iqtisadiyyatının gələcək inkişafina etibar edərək ona xeyli kreditlər ayınr. Belə ki, 1995-ci ildə Yenikənd SES-nın tikilməsi üçün Azərbaycana 53,4 milyon ABŞ dolları miqdarında kredit verildi. «Sevemaya» İES-nin rekonstruksiyası üçün Yaponiya 160 milyon dollar miqdarında kredit ayırdı. Planlaşdırılmış işlər başa çatdıqdan sonra müəyyən edilmiş güc daha 400 mvt artacaqdır. Hazırda 500 və 300 kv gərginlikli elektrikin məsafəyə ötürülməsi müvafiq olaraq 594 və 1025 km təşkil edir. Bütün kompleks işlər yerinə yetirildikdən sonra Respublikanın eneıji sisteminin gücü xeyli artacaq və sonralar Azərbaycan elektrik eneıjisini Avropaya ixrac edə biləcəkdir. Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 1995-ci ilin dekabrında Yenikənd Su Elektrik Stansiyasının tikintisi üçün Azərbaycana 53 milyon dollar həcmində kredit verilib və ümumi gücü 150 MVt olan Yenikənd SES-i tikilib. Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulması, 330 kV-lıq Ağcabədi, 110 kV-lıq Bərdə hissəsi və 330 kV-lıq "Ağcabədi-İmişli" elektrik ötürücü xəttləri Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankı tərəfindən qurulmuşdur. Kredit ilə Almaniyanın bankı – Bayerische Landesbank Girozentrale hesabına Bakı istilik Elektrik Stansiyasında hər biri 53,5 MVt olan 2 ədəd qaz turbinli qurğu və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının hesabına "Şimal" elektrik stansiyasında 400 MVt buxar qaz zavodu 2002-ci ildə istifadəyə verildi. 14 fevral 2005-ci ildə dövlət başçısı "Azərbaycan Respublikasında Yekun Enerji Kompleksinin (2005–2015) İnkişafı" Dövlət Proqramını təsdiqləyib. Ölkə iqtisadiyyatının elektrik tələbatını tamamilə Azərbaycan İES, Şirvan İES, Şimal İES, Bakı İES, Naxçıvan İES, Astara, Xaçmaz, Şəki, Naxçıvan, Bakı, Quba, Səngəçal elektrik stansiyaları kimi 12 İstilik Elektrik Stansiyası və Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Araz, Vayxır SES-ləri kimi 6 Su Elektrik Stansiyası ödəmişdir. Onların ümumi gücü təxminən 5900 meqavat idi. Azərbaycanda elektrik enerjisinin 90 faizi İES-lərin, 10 faizi isə Su Elektrik Stansiyalarının payına düşür. Enerji Nazirliyinə daxil olan Enerji Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Enerji Nazirliyinin Dövlət Enerji və Qaz Nəzarəti Departamenti əsasında yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Dünya İqtisadi Forumu tərəfindən tərtib olunmuş Global Enerji Memarlığı Performans İndeksi 2017 hesabatına əsasən, Azərbaycan 127 ölkə arasında 0,67 bal ilə 36-cı yerdədir. Təşkilatın 2016-cı il tarixli hesabatına əsasən, 126 ölkə arasında 0.68 bal ilə Azərbaycan 32-ci yerdədir. İqtisadi böyümə və inkişaf 0,68 bal, ətraf mühitin davamlılığı 0,57 bal, enerjiyə qənaət və təhlükəsizlik 0,79 bal olmuşdur.
GİRİŞ
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Bu sahədə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.

Yüklə 55,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin