Antarktida plitəsinin mərkəz hissəsi Antark-tida materik massivinin üzərinə düşür. Onun kənar hissələrində dairəvi olaraq Atlantik, Hind və Sakit okeanlar yerləşir. Bu plitə Afrika litosfer plitəsindən Afrika- Antarktida rift zonasının ox hissəsi, Hindistan- Avstraliya plitəsindən isə Qərbi Hindistan okean dağ silsilələrnin rift zonaları ilə ayrılır.
Sakit okean plitəsi okean dibini tutan yeganə litosfer plitəsidir. O Sakit okeanın mərkəz, şimal və qərb hissələrini tutur və hər yerdə okean tipli yer qabığı ilə səciyyələnir. Onun qərb sərhəddi dərin su çuxurları ilə təyin olunur və burada Şimali
Amerika, Avroasiya, Filippin və Hindistan- Avstraliya litosfer plitələri ilə sərhədlənir. Qərb sahilləri boyunca onun sərhədləri şərti olaraq keçirilir. Bu sərhəd şimali Amerikanın Koliforniya
körfəzindən Alyaskaya qədər uzanır.
Sakit okean plitəsinin yer qabığının səthi onun çox sahəsində 4,5- 6 km qaldırılmışdır. Burada vulkan adalarnın xətti düzümü bütün plitə boyu şimali- qərbdən cənubi- şərqə qədər izlənilir, şimali- qərbdə və mərkəzdə yerləşən okean çökəkliklərini bir- birindən ayırır.
Karib plitəsi özünün çox hissəsi ilə Yamayka adasından cənub en dairəsində yerləşən Karib dəniz hövzəsinin geniş sahəsinə müvafiq gəlir. O hər tərəfdən ada qalxıntıları ilə əhatə olunmuşdur. Şimalda Yamayka, Qaiti, Puerto- Riko, şərqdə və cənubda Kiçik Antil adaları və Venesuelanın sahi-lində yerləşən dağ silsilələri, qərbdə isə Qondurasın dağ qalxıntıları yerləşir. Karib plitəsinin yer qabı-ğının səthi kasa formalıdır.
O özünün şərq hissəsində Sakit okean plitə-sindən mərkəzi Amerika çuxuru ilə, Şimali Atlanti-kadan isə Kayman çuxuru ilə ayrılır.
Dostları ilə paylaş: |