Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə12/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Avroasiya massivi sahəsinə görə ən iri massi-

vdir. Sahəsi qitə üzərində 51 mln. km2- ə çatır. Çox mürəkkəb quruluşa malikdir. Asiya qitəsində onun hündürlüyü okean səviyyəsindən orta hesabla 300 m- ə, Avropa hissəsində isə 950 m- ə çatır.




Avroasiya massivi Afrika qitə massivindən Aralıq və Qırmızı dənizlərin dərin su çökəklikləri və rift tikililəri ilə ayrılır. Massiv şərqdə Çukot və Berinq dənizlərinin suları altında Şimali Amerika massivi ilə təmasdadır. Qərbdə və şimalda Atlantik və Şimal Buzlu okeanların çökəklikləri ilə sərhəd-lənir.

Avroasiya massivinin şərqdə Sakit okeanla sərhəddi mürəkkəb quruluşa malikdir. Burada Sakit okeanın kənarı boyu çox sayda kənar dənizlər yerləşir. Hesab edilir ki, bu dənizlərin dibi okean tipli qabığa malikdir (Oxot dənizinin qərb hissəsi, şərqi Çin dənizi, cənubi Çin dənizinin qərb hissəsi və.s.).

Avroasiya qitə massivi hüdudlarında dörd böyük qədim platforma yerləşir: Şərqi Avropa, Sibir, Çin- Koreya, Hindistan.

Afrika- Ərəbistan platformasının şimali- şərq hissəsi də bu massivə aid edilir. Qeyd olunan bu platformalar bir sıra orogen- hərəkətli qurşaqlarla sərhədlənir.

Avroasiya massiv ərazisi daxilində çox sayda xırda ölçülü aralıq massivləri qeyd olunur. Bu mas-

sivlərə Rusiya ərazisində mövcud olan Tarım, Taymır- Severnaya Zemlya, Omolon, Oxotsk, Çukotsk və digər ölkələr ərazisində yerləşən çox sayda xırda massivləri göstərmək olar. Qeyd olunan bu massivlər fanerazoyda özünü göstərmiş kaledon və hersin qırışıqlıq əmələ gəlmə prosesi nəticəsində formalaşmışdır. Materikin şelf zonalarında paleozoy yaşlı bünövrəyə malik iri massivlər də mövcuddur (Barens, Berinq və. b.). Avropa qitəsinin şimali- qərb sahilləri boyu şimali Atlantika qurşağının qırışıqlıq strukturları izlənilir (İsveç, Norveç, Böyük Britaniya və Şotlandiya əraziləri). Massivin cənub qərb hissəsi Şərqi Avropa platformasından cənubda yerləşən Aralıqdənizi hərəkətli- orogen qurşağına müvafiq gəlir (Qərbi və Şərqi Avropa, Kiçik Asiya, Yaxın şərq). Bu qurşaq Himalay dağlarından keçərək İndoneziya sahillərinə qədər uzanır.

Bir çox tədqiqatçıların fikrinə görə Avroasiya massivi özündə bir sıra iri və xırda litosfer plitələrni cəmləşdirmişdir (Çin, Egey, Hindistan- Avstra-liyanın bir hissəsi və.s.). Qitələrin üzərində bunların sərhədləri bir sıra üstəgəlmələr və rift zonaları ilə müəyyən olunur. Avroasiya massivinin şimali-qərb

Sərhəddi Avroasiya litosfer plitəsinə görə müəyyən edilir. Massivin mərkəz hissəsində Ural- Monqol hərəkətli- orogen qurşağının struktur­ları yerləşir. Bu qurşaq şərqi Avropa və Sibir platformalarını bir- birindən ayırır. Ondan cənubda isə Çin- Koreya platforması yerləşir.

Ural- Monqol qurşağı cavan epipaleozoy platformadır. O mezozoyda, neogen və dördüncü dövürdə tez- tez tektonik- maq­matik aktivləşmə ilə müşaiət olunmuşdur. Massivin şimali- şərq kənarında mezozoy və kaynozoy strukturları yerləşir. Bu hissə tədqiqatçılar tərəfindən Sakit okean hərəkətli- orogen qurşağına aid edilir.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin