Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


HƏRƏKƏTLİ- OROGEN QURŞAQLAR



Yüklə 0,75 Mb.
səhifə27/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

HƏRƏKƏTLİ- OROGEN QURŞAQLAR
Qitələr üzərində hərəkətli- orogen qurşaqlar qə-dim platformaları bir- birindən ayırır. Onların daxili hissələrini və ya kənarlarını müəyyən edir. Hərə-kətli- orogen qurşaqlar içərisində erkən kembriyə qədərdərki yaşla iri bloklar ayrılır. Həmin bloklar paleozoy və mezozoy çöküntülərinin platforma ör-tükləri ilə örtülmüş qneys komplekslərindən ibarətdir.
Hərəkətli qurşaqlar- cavan platforma­lar

Ural- Monqol qurşağı şişkin formada şimali- şərqdən başlayaraq Sibir platformasını qərbdə və cənubda qövs şəkilli haşiyəyə alır. Bu qurşaq eyni zamanda Şərqi Avropa və Sibir platformalarını bir- birindən ayırır. Onun cənubunda Çin- Koreya plat-forması yerləşir. Bütün uzanma istiqamətində hər iki

tərəfdə dərinlik çatları ilə müşaiyət olunur. Onun Şərqi Avropa platforması ilə olan sərhəddini Ön Ural kənar çökəkliyinin üst paleozoy yaşlı molass çökün-tüləri təyin edir. Paleozoyun sonu- mezozoyun əv-vəlindən Avropa və Asiya platformalarını bir- birinə birləşdirmiş, özü isə cavan platformaya çevrilmiş-

dir. Qurşağın cənub hissəsi mezozoy və kaynozoyda ümumi enməyə məruz qalmışdır və böyük ərazidə mezozoy- kaynozoy platforma örtüyü ilə (Qərbi Sibir və Timan- Peçura plitələri, Turan plitəsinin şimal hissəsi) örtülmüşdür. Qurşağın şərq hissəsi Mərkəzi Asiya qalxanı ilə birlikdə baxılır. Onun hü-dudları daxilində örtük izolə olunmuş bir sıra çök-əkliklərdə yayılmışdır. Bundan başqa qurşaq hüdud-larında kaynozoyun molass çöküntüləri ilə doldurul-muş çox sayda çökəkliklər vardır. Bunlar müxtəlif yaşlı və müxtəlif strukturlu elementlərdir. Çökəklik-lərin bəziləri özünü qitə daxili rift kimi göstərir. Neogen və dördüncü dövrdə baş verən aktivləşmə prossesi qurşağın şərq hissəsində bir- birindən kəskin fərqlənən dağ relyeflərini yaratmışdır. Bunlar Tyan- Şan, Altay, Sayan, Daxili Monqolustan, Bay-kal dağlıq vilayətlərinin zirvələridir.

Ümumən Ural- Monqol qurşağı mürəkkəb bir struktura malikdir. Hesab edilir ki o erkən- orta pro-terozoyda platforma massivinin proterozoya qədərki qitə qabığının destruksiyası nəticəsində qurulmuşdur. Proterozoya qədərki qitə qabığının qalınlıqları Ural- Monqol qurşağının müxtəlif yaşlı strukturlarında

özünü göstərmişdir. Qurşağın iri massivləri Qa-zaxstanda Tyan- Şan dağlarında, Rusiyada Tuva ərazisində paleozoy qırışıqlığı tikililəri içərisində yerləşir. Yerin geoloji tarixi ərzində qurşağın bir- sıra massivləri yenidən işlənməyə məruz qalmışdır. Örtük kompleksi çox vaxt əzilmiş, sıxılmış qırışıq-lıqlara çevrilmişdir. Bəzi yerlərdə isə paleozoy qranitləri ilə yarılmışdır. Ural- Monqol qırışıqlığı hüdudlarında proterozoya qədərki qabığın blokları ilə yanaşı ofiolit komplekslərinin iri çatları boyu çıxışlarıda müşahidə olunur. Həmin komplekslər hiperbazitlərdən, qabbroidlərdən, Si- lu süxurlardan ibarətdir. Mühum bir amil kimi Ural- Monqol qurşağının bünövrəsinin qoyulduğu zamandan bəri ərazidə dərin su çöküntüləri ilə doldurulmuş çökək-liklər formalaşmış və sonra basdırılmışdır. Həmin çöküntülər okean qabığı üçün tipikdir.

Qurşağın baş qırışıqlığının yaşına görə tektonik ra-yonlaşdırma onun hüdudları daxilində Baykal, Salair, Kaledon və Hersin qırışıqlıq vilayətlərini ayırmağa imkan verir. Bunlardan bəziləri keçid xüsusiyyətinə malikdir. Ona görədə burada Baykal-


Salayir, Kaledon- Hersin, Kaledon- erkən Mezozoy qırışıqlıq sistemləri ayrılır.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin