Erkənarxey mərhələsi (4,0- 3,5 mld. il). Bu mərhələyə xas olan süxurlar praktiki olaraq bütün materiklər üzərində aşkar edilmlşdir. Öz ümumi tərkibinə görə onlar yekcinsdir, natrium qneyslərinə,
daha doğrusu tonalit qneyslərinə uyğun gəlir. Kana-da geoloqu Vini- Edvards bunları boz qneyslər ad-landırmışdır. Baltik, Ukrayna və Aldan qalxanla-rında bu tərkib süxurlar aşkar edilmişdir. Erkənarxey mantiyasından tonolit tərkibli maqmanın kimyəvi əriməsi, nəticəsində ərintilərin, o cümlədən suyun peyda olmasına gətirib çıxarmalı idi. Qərbi qrenlan-diyanın erkənarxey seriyasının çökmə süxurlarının öyrənilməsi göstərdi ki, bu mərhələdə artıq hidrosfer və atmosfer mövcud olmuş, müasir prosseslərə bən-zər denudasiya və sedimentasiya prossesləri getmiş-dir.
Dostları ilə paylaş: |