Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


OKEANLARIN QURULUŞU VƏ MƏNŞƏİ



Yüklə 0,75 Mb.
səhifə85/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

OKEANLARIN QURULUŞU VƏ MƏNŞƏİ
Kənar dənizlər də daxil olmaqla okeanlar Yer səthinin 71 %- ni tutur. Bunun 23 %- i qi-tə­lə­rin sualtı kənarlarının payına düşür.

Okeanların öyrənilməsinə hələ XV- XVI- cı əsr­lə­rin so­nunda- Dirçəliş epoxasında başla­n-­­mışdır. O zamanlar Vasko de Qamanın, F.Makellanın, S.Dejnevin, Con Franklinin səyahətləri dünya okea-nının bütövlüyünü isbat etdi. Ancaq ayrı- ayrı okean-ların dəqiq cizgiləri ancaq XX əsrin orta­larından başlayaraq xəritə üzərinə köçürüldü.

Dünya okeanlarında 1960- ci illərdən başlaya-raq ABŞ- ın “Qlomar Çelen-cer” elmi- tədqiqat gə-misi və digər gəmilərdən dərinsu qazma işləri aparılır. Bu gəmidən bütün dünya okeanla­rında 1000- dən artıq tədqiqat quyusu qazılmışdır.

Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qitələrin sualtı kənarları 3,5- 4,0 km dərinliyə qədər düşür. Buradan isə xüsusi okean qabığının inkişaf vilayəti başlayır. Okean qabığı, əvvəllər qeyd olun-duğu kimi, qitə qabığından öz çöküntülərinin tərki-binə və həm də qalınlığına görə tamamilə fərqlənir. Burada o üç laydan ibarətdir; iki üst lay dərinsu qazması ilə açılıb, üçüncü lay isə draqa ilə öyrənilib. Üst lay çökmədir. Okeanın mərkəz hissələrdə onun qalınlığı çox azdır (1 km- ə qədər). Ən böyük qalınlıq qitə yamacındadır (15-18 km). ikinci lay bazalt tərkiblidir. O Atlantik və Sakit okeanlarda yaxşı öyrənilib. Orta qalınlıq 0,8-1,2 km- dir. Bu lay hər yerdə yekcins az faizli kalium toleit bazalt-larından ibarətdir. Qeyd olunan tərkibdə tuf lay-cıqları, foraminifer lilləri və serpentin­ləşmiş perido-ditlərin brekçiyaları da rast gəlir. Atlantik okeanının çökmə laycıqlarından təyin edilmiş foraminiferlərə görə müəyyən edilmiş­dir ki, bu layın yaşı çökmə örtüyün bazalt laylarının yaşından fərqlənir. Bu göstərir ki, ikinci layın bazaltlarının toplanması çox sür­ətlə gedib (bir milyon ildən çox olmayan zaman ərzində).


İkinci layın alt hissəsi regional metamor­fizmin əlamətlərini özündə saxlayır. Burada üst hissədə seolit, alt hissədə isə yaşıl və hətta epidot- amfibolit fasiyası ınkişaf etmişdir.

İkinci layın bünövrəsində doleritlərin para­lel daykalarından təşkil olunmuş dayka kom­pleksi yer-ləşib. Bu kompleks ya ikinci layın ən alt hissəsinə, ya da üçüncü layın üst hissəsinə aid edilir. Onun qalınlığı 1 km- ə çatır. O yaşılgil və ya amfibolit fasi­yasında meta­morfikləşib.

Okeanlarda aparılmış draqa işlərinin nəticə­si gös­tərib ki, okean qabığının üçüncü layı (Arktika istisna edilməklə) tam kristallik əsasi tərkibli maq-matik süxurlarla, əsasən, perido­dit­lərlə, piroksenlərlə quru­lub. Hesab edilir ki, bu kompleks üçüncü layın alt hissəsini təşkil edir. Üçüncü layın üst hissəsi massiv qabbrodan təşkil olunub. Bunun qalınlığı 3-5 km- ə çatır. Bəzi yerlərdə üst mantiyanın serpentin-ləşmiş peridoditləri iri çatlar boyu okean qabığı səthinə çıxır. Okean dibi quruluşunda iki başlıca element ayrılır: okean plitələri (okean platformaları) və ortaokean qalxıntıları (silsilələri).

Keçən əsrin 50- ci illərində müəyyən edilmişdir ki, okean dibində uzunluğu 60 000 km- dən artıq olan və eni 2000 km- ə çatan ortaokean silsilələri sistemi yerləşir. Bu bütün okeanların ərazisinin 1/3 hissəsini təşkil edir. Bu sistem üçün nisbətən tipik olanı Aralıq Atlantik silsiəsi sistemidir. O bütün Atlantik okeanı boyu uzanır və Şimali buzlu okeanın içərilərinə daxil olur. Eninə istiqamətdə aralıq silsi-lələrin üç tip zonası ayrılır: yan, bel və ox hissələr. Yan hissələr daha geniş olub, yüz km- lərlə məsafə-yə uzanır. Bel zonanın eni 50- 100 km- ə çatır. Onlar uzununa çatlarla ensiz bloklara parçalanmışdır. Ox zonanın tipik növləri riftlərlə əks olunub (25- 30 km). Bu qalxıntı nisbətən cavan bazalt daxilol-maları ilə təşkil olunub.

Aralıq okean silsilələrinin ətəkləri və qitələrin sualtı kənarları okean plitələri ilə tutulmuşdur. Bu plitələr dibdə 4,5- 6,0 km dərinlikdə abissal düzən-liklər şəklində əks olunmuşdur. Okean plitələri ayrı- ayrı az- çox izometrik quruluşa malik xırda çökək-liklərlə bölünmüşdür. Bu Atlantik okeanında özünü daha yaxşı göstərib. Plitələrin qabığı quru­luşuna və qalınlığına görə okean tiplidir.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin