Xüsusi tektonik xəritələrə regionun tektonik quruluşunu və inkişafının hər hansı bir aspektini əks etdirən xəritələr aid edilir. Belə tip xəritələrin sayı çoxdur. Bunlardan nisbətən vacib olanı və geniş yayılanı qırışıq və çatların ox xəttlərinin strukturla-rının əks etdirildiyi struktur xəritələrdir. Bu tip xəri-
tələr neftli- qazlı, kömürlü, duzlu, dəmirli hövzələrin daxili strukturunu səciyyələndirmək məqsədi daşıyır.
Xüsusi tektonik xəritələrə aid edilənlərdən biri də kosmotektonik xəritədir. Bu xəritə kosmosdan çə-kilən fotoşəkillər əsasında qurulur. Onların bəziləri üzərində bütün kosmik məlumatlar əks etdirilir. Belə xəritələrdən biri 1982- ci ildə cap edilmiş “SSRİ-nin kosmotektonik xəritəsi”dir . Əksər regionlar üçün Amerika sputniklərindən çəkilmiş çatlılıq xəritələri çap edilmişdir.
Xüsusi tektonik xəritələrin asas kateqoriyası paleotektonik xəritədir. Ümumi tektonik xəritələr üzərində regionun tektonik tarixinin dəqiqliyini vermək mümkün olmadığı üçün paleotektonik xəritələr tərtib edilir. Bu xəritələr 1960-cı illərdən başlayaraq çap edilir. Burada paleotektonik rayon-laşdırmanın əsasını çökmə və vulkan formasiya-larının yayılması və qalınlığı təşkil edir. İntruziv maqmatizmi və qırışıqlıq deformasiyaları da xəritə üzərində göstərilir.
Bu tektonik xəritələr öz əhəmiyyətini platforma əraziləri üçün hələ də saxlayır. Hərəkətli qırışıqlar ərazisində həqiqətə cavab vermir.
Paleotektonik xəritələrin davamı kimi neotek-tonik xəritələr tərtib edilir. Bu xəritələr bütün pale-otektonik mərhələlər üçün tərtib edilir (oliqosen- dördüncü dövr). Neotektonik xəritələr ayrı- ayrı zaman kəsimləri üçün də tərtib edilir.
Dostları ilə paylaş: |