Qırışıqlıq tikililərinin quruluşu fərqli-dir. Bütöv qırışıqlıq tikililəri hüdudunda, eləcə də onların əmələ gəlməsinə səbəb olan geosinklinal sistemlər arasında iki əsas tip ayrılır: kənar- qitə (liminar) və qitələr arası (kolliziya). Kənar- qitə tikililərində bir qanad okeana və ya kənar dənizə tərəf istiqamətlənib və onun altına okean qabığı soxulub. Okean qabığı transfor çatlarla parçalanıb, digər qanad isə qitəyə tərəf uzanıb. Bu qanad altına qitə qabığı soxulub. Hər iki halda subduksiya qeyd olunur. Bir qayda olaraq qitə qanadının qırışıqları bünövrədən üzülüb.
Qitələr arası tikililər iki qitə plitəsinin kolliziya məhsuludur. Burada bir qitə plitəsi digərinin altına itələnmişdir. Müvafiq olaraq onlar adətən kəskin asimmetrik struktura malikdir. Bu tip tikililər qarşı-dan ön çökəkliklərlə, arxadan isə nisbətən dayaz ar-xa çökəkliklərlə haşiyələnib. Üstəgəlmələr və örtük-
lər əsasən ön hissədə və ümumiyyətlə örtük hissədə kolliziya orogenləri üçün daha tipikdir.
Çox sayda kolliziyon orogenlər praktiki olaraq örtüklər yığımından ibarətdir. Buna misal olaraq Alp, Karpat, Dinarid, Himalay və s. dağlardakı örtükləri göstərmək olar. Az intensivliyə malik eninə sıxılma-lar şəraitində örtük tikililəri örtük- qırışıqlıq və üstəgəlmə-qırışıqlıq tikililərinə keçir. Meqatikililərin bu sonuncu ümumi strukturunda ayrı- ayrı antiklinorilər və sinklinorilər ayrılır. Antiklinorilər və sinklinorilər erkən orogen inkişaf mərhələsində müvafiq olaraq ada qövslərindən və onların çökəkliklərini haşiyəyə alan və ayıran strukturlardan formalaşır. Bunlar isə gec orogen mərhələdə meqaantiklinorilərdə birləşirlər. Belə tikililər mürəkkəb daxili strukturlu qalxıntılardır.
Dostları ilə paylaş: |