Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


QABIĞIN QIRIŞIQLIQ VƏ PARÇALANMA STRUKTURLARI



Yüklə 0,75 Mb.
səhifə77/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

QABIĞIN QIRIŞIQLIQ VƏ PARÇALANMA STRUKTURLARI
Dağ süxurları, yer qabığının üst hissəsində yatan üstəgəlməkərin ağırlığı altında yerləşir ki, burada müəyyən səviyyədə gərginlik yaranır. Hesab

edilir ki, dağ süxurlarında gərginliyin əmələ gəlmə-sinə səbəb olan plastik deformasiyalar ancaq bir is­ti­qamətli təzyiqin olması zamanı mümkündür. Peyda olan qırışıqlıqların forması və ölçüləri bir çox səbəblərdən asılıdır. Bu zaman sü­xurların fiziki xassələri, kinematik və dina­mik şərait, süxurlarda yaranan gərginliyin xü­su­siyyətləri və xarici aləmin təsiri mühüm əhə­miyyət kəsb edir. Deformasiyalar baş verən zaman ma­te­rialın fasiləsiz yerdəyişməsi baş verir və bu halda əksər halda yenidən kristallaşma gedir. Qırışıqlıq əmə­­lə gəlmənin intensivliyi süxurların fiziki xüsusiyyətlərindən asılıdır. Burada özüllülük əsas rol oynayır. Özüllülük aşağı olduqca qırışıqlar daha mürəkkəb və kiçik olur, və əksinə özüllülük yüksək olduqda quruluşca sadə və böyük qırışıqlar əmələ gəlir. Çox qalın örtük lavalarında və tam kristallik süxurlarda qırı­şıqlıq nadir hallarda rast gəlir. Qırışıqlığın əmə­lə gəlməsi üçün nisbətən əlverişli şərait sıxılmadır. Sıxılma zamanı süxurların həcmi kiçilir və onun plastikliyi artır.

Qırışıqlıq əmələgəlmədə temperatur amili böyük əhəmiyyət kəsb edir. Temperaturun artması

plastikliyin də artmasına səbəb olur. Beləki, bir neçə yüz dərəcə temperatur şərai­tində müxtəlif tərkibli süxurlar xırda qırı­şıq­lara çevrilir.

Qırışıqlıqların çoxluğuna baxmayaraq onlar arasında mexaniki nöqteyi- nəzərdən ancaq üç tip ayrılır: uzununa bükülən qırışıqlar, eninə bükülən qırışıqlar və axımlı qırışıqlar.

Yer qabığında tutduğu vəziyyətə görə iki növ qırışıqlıq forması ayrılır: endogen qırışıqlıqlar, ekzo-gen qırışıqlar.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin