Plitədaxili okean qalxıntıları abissal düzənlik-lər üzərində 2- 3 km və daha çox hündürlüyə yüksə-lərək sualtı bankalar, adalar və ya bütöv ada arxipe-laqlarını əmələ gətirir. Bütün bu qalxıntılar ikinci lay hesabına qalınlaşmış olur. Bəzi hallarda bu qabığın qalınlığı 25- 30 km- ə çatır.
Okeanların və materiklərin mənşəinin öyrənil-məsi məsələsi insanları hələ antik dövründə mara-qlandırmışdı. Yerin bütün səthini örtən okeanlar qədim okeanların törəməsi olduğu hesab edilir. Bu təsəvvürlər XIX əsrin dördüncü rübünə qədər və hətta sonralar, bu günə qədər öz tərəfdarlarını sax-lamışdır. Ancaq bununla bərabər dünya okeanlarının suyunun mənşəi haqqında olan fikirlər və materik-lərin yaranması səbəbləri dəyişmişdir. Okeanların yaranması haqda çox fikirlər mövcuddur. Kant- Laplas kosmoqo-niyası, Q.Yuri və A.Vinoqradovun, M.Lomonosovun və Ç.Xattonun və s. Bu sahədə fikirlər və mülahizələr çoxdur.
Vayn- Metyuza hipotezi, bununla yanaşı “spre-dinq” hipotezi dərinlik quyularının qazılması ilə öz yerini daha da möhkəmləndirdi. Quyu materialları göstərdi ki, aralıq silsilələrindən hər iki tərəfə doğru
uzandıqca okean qabığının ikinci layın yaşı artır. Bununla bərabər, geofiziki tədqiqatların nəticələri və qazma quyularının kern materialı göstərdi ki, okean qabığının bir sıra xüsusiyyətləri qanunauyğun olaraq aralıq massivlərinin oxundan başlayaraq qitələrə do-ğru dəyişir: istilik axımı azalır; dibin dərinliyi artır, bəzən sərt olur; daha qədim layların peyda olması hesabına çökmə örtüyün qalınlığı artır; müvafiq olaraq ikinci layın tavanının yaşı azalır.
Dostları ilə paylaş: |