Paleozoy mərhələsi (0,7- 0,2 mld. il)- platfor-ma- geosinklinal mərhələsi. Bu mərhələnin başlan-ğıcı Şimali Atlantika, Monqol- Oxot və Aralıqdənizi geosinklinal qurşaqlarının sürətlə formalaşması ilə səciyyələnir. Özünün nisbətən yetişmiş mərhələsində bu qurşaqlar Şimali Atlantika tipli okeanları təmsil etməli idilər. Bunlarla eyni zamanda və ya bir qədər sonra Sakit okean kənarlarında aktiv geosinklinal prosseslər başlamış və ya güclənmişdir.
Qitələrarası geosinklinal qurşaqların yaranması ilə bərabər şimal cərgəsi platformaları özünün müa-sirə yaxın cizgilərini götürmüş oldu. Bunlara qarşı cənubda bu zaman Qondvana superplatforması dur-muşdu. Paleoproterozoyun sonunda- Mezoprotero-zoyda və ya Neoproterozoyda şimal platformalarının erkən avlakogen inkişaf mərhələsi əvvəlcə sinekliz, sonra isə plitə mərhələsini keçmişdir. O zaman Qon-dvana erkən paleozoyda okean səviyyəsindən yuxa-rıda qaldırılmış vəziyyətdə tam olaraq saxlanılmışdı (Avstraliya istisna olmaqla). Ancaq orta paleozoyda
qismən çökmə başlamışdır. Artıq neoproterozoydan qabaq, tektonogenezin baykal epoxasında, sonra isə gec kembri- ordovikin əvvəlində (salair, sard, qram-pian epoxaları) geosinklinal qurşaqların kənarları boyu qitə qabığının akkresiyası başlamış və buna paralel olaraq qurşaqların mərkəz zonalarında spre-dinqlə davam etmişdir. Ordovikin sonunda (takon epoxası) gərilməyə nisbətən, sıxılma üstünlük təşkil etmişdir. Silurun sonu- devonun əvvəlində kaledon tektonogenezi özünün ən yüksək mərhələsinə çatmış, geosinklinal mərhələni bağlamış, qitələrarası qur-şaqların yetərli sahələrində və Sakit okean qurşağı kənarlarının bəzi sahələrində orogenezə keçmişdir. Devonun sonu- karbonun əvvəlində Asiyanın bir- çox sahələrində ofiolitlərin yeni əmələgəlmələri ilə müşaiət olunan spredinqin bərpa olunması baş verir. Bu prosses Şimali Amerikanın cənubunda və Asiyanın şərqində gec permə qədər ləngimişdir. Bu zaman Qərbi və Mərkəzi Avropada artıq permin ortasında platforma rejimi bərpa olunmuşdu.
Dostları ilə paylaş: |