47. (Yusuf) belə cavab verdi: “Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın.
48. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.
49. Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar şirəsini sıxacaqlar.» (Yusuf: 43-49).
Bütün bunlar Yusuf peyğəmbərin zindandan hörmət və səxavətlə çıxmasına səbəb olan amillərdir. Bu yuxunu görən Misirin şahı idi. O yuxusunu əyanlarına və tayfasına danışdıqda heç kəs onu yaxşı mənada yoza bilmədi. Hətta onlar belə deyirdilər: «44. “(Bu gördüklərin) qarmaqarışıq yuxulardır.» yəni bu yuxu heç bir məna daşımır. Amma yenə də biz bunu dəqiq deyə bilmərik. Dəqiq deyə bilmədikləri üçün belə cavab verdilər: «Biz (belə) yuxuların yozumunu bilmirik!» Bu məqamda zindandan çıxıb edamdan xilas olan gənc adam Yusufun ona dediklərini xatırladı. O zindanda olarkən Yusuf ona demişdi ki, buradan çıxandan sonra mənim zindanda haqsızlıqla oturduğumu şaha xəbər verərsən. Amma gənc oğlan bu ana qədər onun dediklərini tamamən unutmuşdu. Bu da Allahın qədəri ilə olmuşdu. Çünki Uca Allahın bu işdə öz hikməti var idi. Gənc adam şahın yuxusunu eşidəndə və heç kəsin bu yuxunu yoza bilmədiyini görəndə Yusufu xatırladı. Uca Allah buyurur: «45. (Zindandakı) iki (cavan) oğlandan (edamdan) xilas olan (şərabpaylayan) bir neçə müddətdən sonra xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana – Yusufun yanına) göndərin!”» O bu sözlərlə şaha və əyanlarına müraciət edirdi. O Yusufun yanına gəlib dedi: «46. “Yusuf! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mənasını) bilsinlər!”» Əhli-Kitabın rəvayətinə görə şərabsüzən Yusufun adını çəkəndə Şah onu hüzuruna çağırtdırdı və gördüyü röyasını ona danışdı. Yusuf da yuxusunu yozdu. Amma bu səhvdir. Daha doğrusu bu cahillərin dəyişdirdikləri deyil, Uca Allahın Qurani-Kərim kitabında hekayə etdiyidir.
Yusuf heç bir şərt kəsmədən öz bildiyini əsirgəmədi. O heç bunun müqabilində zindandan çıxmağı da tələb etmədi. Onların soruşduqlarına cavab verdi. Şahın qarşıdakı yeddi il bolluq, sonrakı yeddi il qıtlıq mənasını daşıyan yuxusunu yozdu. «49. Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar şirəsini sıxacaqlar.» Adamlar əvvəllər şirəsini sıxdıqları: zeytun, üzüm, xurma və s. kimi – meyvələrin şirəsini sıxacaqlar.
Yusuf yuxunu yozdu və onları faydalı istiqamətə yönəltdi. Bolluq və qıtlıq dövründə nə edəcəklərini onlara çatdırdı. Bolluq illərində yeməyə sərf olunandan başqa qalan sünbülü yığıb saxlamağı, qıtlıq olan illərdə isə sünbülün az məhsul verəcəyini bildirdi. Belə məqamda adətən insan düşünür ki, tarladan heç bir məhsul yığmaq olmaz. Amma Yusufun bu barədə tam məlumatı və doğru düşüncəsi var idi.
Dostları ilə paylaş: |