Kirənişin. Hələ də özünü qoruyursan, qonşu? Hər vaxtın xeyir!
İkinci qonşu. Bu gün kiminsə xeyrinədir, kiminsə də yox.
Kirənəşin (furqonun yanında dayanıb baxır). Qonaqlar da var. Görünür uzaqdan gəliblər. Qonşu, deməzsən, sən kimdən qorunursan belə?
İkinci qonşu.Hamıdan.
Kirənəşin. Yaxşı, haçanacan belə qorunmaq fikrindəsən?
İkinci qonşu. Nə qədər qayda-qanun yaratmayıblar, oçağacan.
Kirənişin. Qayda-qanunu kim yaratmalıdır?
İkinci qonşu. Müsəlmanlar.
Kirənişin. Sənə necə qayda-qanun lazımdır?
İkinci qonşu. Adicə qayda-qanun olsa yetər.
Kirənəşin.Onda sabaha kimi səbr eləyəsən gərək.
İkinci qonşu. Sabah nə olacaq ki?
Kirənəşin. Qayda-qanun olacaq.
İkinci qonşu. Sən hardan bilirsən?
Kirənəşin. Ürəyimə damıb.
İkinci qonşu. Ürəyinə başqa bir şey də dammayıb ki?
Kirənişin.Çox şeylər damıb ürəyimə, ay qonşu. Sənə danışardım, ancaq çox uzaqda oturubsan.
Birinci qonşu küçəyə çıxır. Kirənişini görüb evə qayıtmaq istəyir. Kirənişin. Hər vaxtın xeyir, ağa. Nəsə baş verməyib ki? Rəngin niyə belə qaçıb?
Birinci qonşu.Yox, daha doğrusu hə. Oğlum qayıdıb. (furqonu göstərir.) Bir neçə nəfərlə qonaq gəliblər.
Kirənişin (Birinci qonşuya şübhəli bir nəzər yetirib). Yaxşı, elədirsə onda mən hələlik başqa bir yerdə yaşayaram, yeriniz darışlıq olmasın. (Getmək istəyir.)
Birinci qonşu. Bəli... daha doğrusu yox. Siz hara gedirsiniz?! (Kirənişinin dalınca gəlib onu saxlayır.) Bu heç yaxşı olmadı axı... Siz axı ev kirəsini qabaqcadan vermisiniz...
Kirənəşin. Heç eybi yoxdur. Sən buna görə özünü darıxdırma.
Birinci qonşu (onu gecikdirməkdə davam edir). Bəs şey-şüyləriniz necə olsun?
Kirənişin. Sonra gəlib götürərəm. (Yavaşdan soruşur.) Məni soruşub eləyən olmayıb ki?
Birinci qonşu. Yox. And olsun bütün imamlara, o gün işığına kor baxım yalan deyirəmsə... Ancaq siz getməyin, qalın.
Kirənişin cəld uzaqlaşmaq istəyir. Birinci qonşu özünü yetirib onu dayandırır.