Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə55/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   51   52   53   54   55   56   57   58   ...   133

YUXU REJİMİ


Əgər rəvayətlərdəki göstərişlərə əməl etsək, az yatmaqla yuxuya olan ehtiyacımızı təmin edə bilərik. Yuxunun əsas hissəsini gecə yarıdan əvvələ salmaq çox faydalıdır. Təəssüf ki, bu günki həyat şəraiti yuxunun əsas hissəsini gecə yarıdan sonraya saxlamağa vadar edir. Peyğəmbər (s) və məsum imamlar dövründə əksəriyyət dini göstərişlərə əməl etdiyindən, gecənin proqramı belə idi: məğrib namazını cəmiyyətlə qılıb evə gedərdilər. Şam yeməyini yeyib işa namazını qılmaq üçün məscidə qayıdardılar. Məsciddən qayıdıb yatardılar. O dövrün həyat şəraiti belə bir proqramın gerçəkləşməsi üçün yardımçı idi. Məsələn, elektrik olmadığından gecənin qaranlığı tez yatmağa səbəb olurdu.

Gecənin əvvəl vaxtında yatmaqla yuxuya olan ehtiyac ödənir, insan rahatcasına yuxudan oyanıb sübh namazını qılır. Təbii ki, gecə yarıyadək televizora baxan insan üçün sübh namazına durmaq problemə dönür.

Bir zaman müsəlmanlar gecə yuxusuz qaldıqda gündüz günortadan qabaq yarım saat yatardılar. Bu yuxu «qəylulə» adlanardı. Bu yorğunluğu aparar, günorta namazı üçün xoş əhval-ruhiyyə yaradardı. Belə bir rejim az yatmaqla yuxuya olan ehtiyacı təmin etməyə imkan yaradır.

Bu günki həyat şəraiti fərqli olsa da insan proqram tutmaqla vaxtdan səmərəli istifadə edə bilər. İnsan öz vaxtını çox vaxt səmərəsiz, bəzən isə günaha səbəb olan filmlərin tamaşasına sərf etməməlidir. Xüsusi ilə tələbələr nəzərə almalıdılar ki, gecənin əvvəl vaxtı mütaliədən gecənin sonundakı mütaliə daha faydalıdır. Gecə yarıdan gündoğanadək olan müddətdə insanın zehni aydın olduğundan həmin vaxtda mütaliə, eləcə də, gecə namazı və Quran qiraəti üçün münasib fürsət yaranır.

Əsas məsələ az yatmaq yox, səmərəli işlər üçün daha çox vaxt əldə etməkdir. Əgər insan gecəni oyaq qalıb faydasız və günah işlərlə məşğul olacaqsa, şəksiz ki, oyaq qalmağa dəyməz. «Gecənin bir qismində Ona səcdə et, Ona həmd oxu»1. «Gecənin bir vaxtı durub sənin üçün faydalı olan gecə namazı qıl»2.

Rəvayətə görə İslam Peyğəmbəri (s) gecələr bir neçə dəfə oyanarmış. Möminlər üçün müstəhəbdir ki, gecə yarıdan keçmiş oyanıb dörd rəkət nafilə namazı qılıb yatsınlar. Sonra yenidən durub daha dörd rəkət nafilə qılsınlar… Sözsüz ki, belə bir proqram hər möminin qüvvəsi daxilində deyil. Bəziləri gecə namazına durduğu üçün sübh namazını qəzaya verir. Belə olmaz. Ömrünü hədərə vermək istəməyənlər oyaq qaldıqları vaxtda hansı işi görəcəklərini dəqiqləşdirməlidirlər. Amma vaxtın necə keçməsindən xəbərsiz qalmağı xoşlayanlar şeytan tələsindən qorunmalıdırlar. Şeytan şadlanar ki, insan gecəni oyaq qalıb əxlaqsız filmlərdən, boş-boş söhbətlərdən feyziyab olsun.

Fərdi ibadət üçün əlverişli olan gecədən fərqli olaraq gündüz ictimai işlər, təhsil, tədris və s. işlər üçün daha uyğundur. Cəmiyyətin ehtiyaclı olduğu hər hansı bir iş böyük ibadətdir. Həzrət Peyğəmbər (s) imam Əli (ə) və sair imamların gündəlik işlərindən biri insanlara yardım idi. Əgər gecə ibadətləri kimin üçün çətindirsə də heç olmasa gündüz ehtiyaclılara kömək əli uzadaq.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin