Şahlar həSƏNOĞLU


*****             *****           ****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə47/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   43   44   45   46   47   48   49   50   ...   65
2016-2403

 
*****             *****           **** 
 
Orxan  katiblə  görüşüb  razılaşıb,  xəstəxananın  baş 
həkiminin  qaynını  Sadiq  həkimi  öz  yerinə  baş  həkim  tə”yin 
etdirib dost-
tanış duyuq düşməmiş qəfil Bakıya gəldi. Iki həftə 
sərasər Bakıda iş axtardı. Hər yerdə də dedilər iş yoxdur. Bildi 
də özünə qalsa iki il gəzib dolansa yenə iş tapmayacaq, axtarıb 
Adili tapdı. Adil şəhərin mərkəzində köhnə tikililətdən birində 
iki otaqlı bir mənzildə yaşatırdı. Ev sahibi yəhudi qadın onları 
bir  kirayənişin  kimi  götürübmüş.  Sonra  necə  olubsa  qadını  iş 
yerində yük maşını vurub. Adil iki il öz anası kimi qulluq edib 
saxlayıbmış qadını. Lakin aldığı zədədən sağalmayıb ölübmüş 
qadın. Bütün dəfn xərcləri, qəbrinin üstünün götürülməsi Adilin 
boynunda  qalıbmış.  Qocanın  dünyada  bir  kəsi,  bir  qohumu, 
qançəkəri  yox  imiş.  Adilin  də  yenicə  evladı  doğulduğundan, 
ailəlikcə  evə  yazılmış  olduqlarından  ev  qalıb  Adilə.  Onları 
evdən çıxarıb bayıra atmaq qanunla yasaq edildiyindən heç kəs 
də buna cür”ət etməyibmiş. 
Orxan heç 
gözlənilmədən qapını döyüb içəri girəndə Adil 
sevincindən  nə  edəcəyini  bilmədi.  Zərifə  Adildən  betər  əl-
ayağa  düşdü.  Balaca  İlqar  da  heç  başa  düşə  bilmirdi  nə  olub 
ata-
anasına,  niyə  belə  sevinsinlər,  əl-ayağa  düşüblər.  Ilqar  da 
sevinirdi,  atılıb  düşürdü  ortalıqda.  Onun  üzündən  öpən  əmi 
dedi
kləri  bu  kişinin  əlində  gətirdiyi  məzəli  oyuncağa  sevinib 
gülürdü. 


 
246 
Əlbəttə  o  gecə  Adil  onu  heç  yana  buraxmadı,  gecə 
yarıdan keçənəcə oturub şirin söhbət elədilər, bir-birindən hal-
ahval  tutdular.  Orxanın  Elmlər  namizədi  diplomunu  araqla 
yudular.  Bir  şüşə  araq  boşalmayınca  Adil  də  öz  sağlıq 
deməsindən  qalmadı.  Sağlıq  da  hamısı  Orxanın  işlərinə, 
həyatına, gələcəyinə aid sağlıqlardı. Özünü, özlərini unutmuşdu 
Adil.  Orxanın  hələ  də  evlənmədiyini  biləndə  lap  dəli  oldu. 
Uzun  nəsihətlər  edib  danlamağa  başladı. Ha çalışdısa  gördü 
yox, evlənmək söhbəti Orxanın xoşuna gəlmir, əksinə narahat 
edir.  Bunu  da  anlayıb  lap  əsəbiləşdi.  Son  ucu  özünü  saxlaya 
bilməyib açıldı: 
-
Ayə ağlın olsun, nə düşmüsən bu qancığın dalınca. Bir iş 
əvvəldən  düz  gəlmədi,  gəlmədi,  ondan  ötrü  həyatınımı 
korlayacaqsan? Indi də ərə gedibdi, iki uşaq anasıdı. Əriylə də 
mehribandılar  vallah,  can  deyib  can  eşidirlər,  heç  səni  yadına 
da  salıb  eləmir.  Neçə  dəfə  özüm  elə-belə  səndən  sğhbət 
a
çmışam görüm maraqlanarmı, vallah heç maraqlanmayıb da! 
Adil Nate
lla  barəsində  danışırdı.  Ona  elə  gəlirdi  Orxan 
Natellanı  sevdiyinə  görə,  onu  unuda  bilmədiyinə  görə  belə 
subay  qalıb  evlənmir.  “Qoy  elə  belə  bilsin,  Adil,  bilməsin  nə 
yerdədi  iş.”-deyə  Orxan  düşündü.  Ona  görə  də  bir  cavab 
vermədi. 
O ki, var onu danlay
ıb yorulandan sonra Orxan nədən ötrü 
gəldiyini  açıb  dedikdə  Adilin  üzündə  təəccüblü bir istehza 
göründü. Başını bulayıb acı-acı güldü: 
-Hay
ıf o alimlik... İş tapa bilmirsən! Mən sabah taparam 
sənə iş.  
Sabah
ısı  Adil  qabağa  düşüb  bir-bir  dost  tanışlarının 
hüzuru
na  gedərək  Orxana  iş  axtarmağa  başladıqda  mə”lum 
oldu  ki,  doğrudan  da  iş  tapmaq  o  qədər  də  asan  deyilmiş, 
yoxmuş  iş.  Düz  bir  həftə  Adil  işini-gücünü  buraxıb  ona  iş 
axtardı,  axırda  bir  tanışı  vasitəsilə  Orxanı  Semaşko 
xəstəxanasında boğaz-burun- qulaq həkimliyinə düzəltdi. Hələ 
ondan qabaq Tibb institutuna gedib 
dekanla  Orxan  barədə 


 
247 
danışıb  vəd  almışdı:  Yanvar  smestri  başlayan  kimi  instututda 
Orxana  saat  hesabı  ilə  300-350  saat  dərs  verib  İyun-İyul 
aylarında  da  tam  ştata  götürəcəkdir.  Sonra  da  Orxanı 
profess
orun  yanına  aparıb  üçlükdə  söhbət  elədilər.  Dekan 
Orxanın  biliyinə,  savadına,  ixtisasına  bir  yüngülcə  bələd  olub 
çox 
da  məmnun  qaldı.  Adil  zorla  çəkib  professoru  restorana 
apardı,  orada  da  ağız  dolusu  Orxanı  öyüb,  tərifləyib 
professorun “yadına saldı”. O da xatırlayıb, təzədən Orxanla əl-
ələ tutuşub hal bildi. Bundan sonra Adil rahat olub sakitləşdi. 
Lakin  Adili  narahat  edən  yenə  bir  səbəb  vardı  və  o  hər 
gün  bir  dəfə  Orxanın  yanına  gəlib  onunla  intim  söhbətlər 
aparırdı: Natella da burada, Semaşko xəstəxanasında işləyirdi. 
Adil  Natellanı  onun  gözündən  salmaqçın  yazıq  qız  haqqında 
nələr  quraşdırıb  demirdi!  Adilin  danışarkən  üz-gözünü 
çimçişdiməsindən Orxan anlayırdı ki, heç onun özünün də xoşu 
yoxdu Natella haqqında belə nalayiq sözlər danışmağa. Nə var 
o Orxa
nın xatirini həddindən ziyadə istədiyindən məcbur olub 
belə-belə  şeylər  danışırdı.  Orxan  bir  də  hiss  elədi  Adil 
Natellanın da  yanına  gedib gəlir, onunla da bir kənara  çəkilib 
nəsə uzun-uzadı söhbətlər aparır. 
Bir gün Natella gəlib dedi “vallah deyəsən bu Adilin başı 
xarab olub!” mə”lum oldu ki, o Orxan haqqında da Natellaya 
belə  pozuq  cəfəngiyyiatlar  gedib  danışmaqdadır.  Orxan  başa 
düşürdü Adili, onun gün-gündən niyə belə qara yaxan, qiybətcil 
olmasını, gün-gündən bu  fəaliyyətini hələ bir az da artırmasını. 
Adil  görürdü  bir  bu  qədər  pisləməklə  nə  Orxan  çiyrənir 
Natelladan
, nə Natella vecinə alır Adilin sözlərini. Hələ Natella 
axırda dözməyib Orxan haqqında qara danışdığına görə Adillə 
gerçəkli  ağızlaşdıqda  Adilin  öz  düşündüyünə  inamı  lap 
möhkəmləndi.indi  artıq  onun  bir  şəkk-şübhəsi  qalmamışdı: 
Orxanı evlənməyə qoymayan məhz Natelladı. 
Natellan
ın da bir şeydən xəbəri yoxdu. Adilin hərəkətləri 
getdikcə dözülməz gəlirdi ona. Bir dəfə Natella olduqca qəzəbli 
gəldi Orxanın yanına: 


 
248 
-
Ə-ə, səndən nə istəyir  bu Adil? Vallah dəli şeyəm mən 
də,  tay  səbrim  də  tükənib,  qorxuram  bir  xata-zad  çıxararam. 
Özün  danış  onunla,  deynən    əl  çəksin  səndən.  Balam  bəs  siz 
qardaş deyildiniz? Indi nooldu sizə?  
-
Mənim xatirimə belə eləyir!  
-
Sənin  xatirinə  səni  ən  iyrənc,  arvadbaz,  pozğun kimi 
qələmə verir?  
-
Adil məni sənin gözündən salmaq istəyir. 
-
O niyə, ə-ə? 
-
O belə düşünür ki, mən səni sevdiyimə görə evlənmirəm. 
-Axmaq dan
ışma ə-ə! 
-Can
ın  üçün!  O  elə  düşünür  guya  sən  də  məni  sevirsən, 
nəsə bir gizli oyun var aramızda, mən də buna görə evlənmək 
istəmirəm. 
Natella q
ıp-qırmızı  qızardı.  Orxan  onun  bu  qızarmasına 
təəcüb qaldı. “Vallah, təmiz qadındı Natella, saf qadındı! Otuz 
üç yaşın ola, iki uşaq anası olasan, özü də bax yeri gələndə belə 
qıp-qırmızı qızara biləsən!”  
-
Nə  baxırsan  ə-ə,  üzümə  maddım-maddım!  Yoxsa  elə 
doğrudan səfehləmisən?... Ayıb olsun sənə! 
Orxan
ı  gülmək  tutdu.  Nə  desin  indi  Natellaya? 
Qəzəblənməyinə bir bax, gerçəkdən qəzəblənə də bilmir ona! 
-
Ə-ə, bəs Sürəyya haqqında bir söz deməmisən ona? 
Sürəyya  kəlməsi  elə  bil  bir  iynə  olub  Orxanın  qəlbinə 
sancıldı.  Heç  özü  də  bilmədən  gülüşü  üzündə  donub  qaldı. 
Natella dərhal duyub tez sözü dəyişdirməyə çalışdı: 
-
Qoy  elə  belə  bilsin  Adil,  qoy  lap  bir  az  da  çox  gəlib 
dan
ışsın,  əsəbiləşsin.  Mən  öz  işimi  bildim,  indi  qoy  nə  qədər 
da
nışır danışsın. Tay da danışdırıb ləzzət alaram. 
Natella  nə  qədər  istədi  məzəllik  etsin,  Orxanın  halı 
düzəlmədi.  Söz  yamanca  dəymişdi  Orxana,  Sürəyya  kəlməsi 
bütün ruhunu sarsıtmışdı. Uzun-uzun düşünməliydi Orxan. Bir 
son  verməliydi  öz  sarsıntılarına,  bir  qəti  qərara  gəlməliydi. 
əslinə  baxsan  elə  haqlıydı  Adil.  O  gecə  səhərədək  bir  qutu 


 
249 
siqaret  çəkdi.  Di  gəl  düşüncələrinin  axırını  bir  yerə  aparıb 
bağlata bilmədi. 
Sabah  tezdən  Natella  onu  yoluxmağa  gələndə  ellisinin 
gözlərinin  altını  suluqlamış  görüb  onun  bu  gecəki  halından 
baxəbər oldu. Oyunbazlıq çıxarıb onu güldürmək, öz sancdığı 
iynəsini özü dartıb çıxarmaq istədi. Orxanın qəlbindən. Elə bu 
yerdə  Adil  gəlib  çıxdı.  Adil  Natellanı  Orxanla  deyib  gülən 
görcək titrəyib əsməyə başladı: 
-Ay q
ız,  yekə  adamsan,  bir  yığılış  özünə,  nə  gəzirsən 
burda, qoy xalx əlində işini görsün! 
-Noolub ay Adil, balam qoymazsan g
əlib  bilmıdiyimizi 
soruşaq? 
-A
ğız, bildiyin var heç, bilmədiyini də soruşasan? 
-
Paho, təkcə elə sizsiniz alim! 
-
Mən  ölüm  Natella,  sən  oğluyun  canı,  sən  Elxanın  canı 
çıx yeri öz işinə. Orxanla mənim söhbətim var. 
-
Mənim də söhbətim var! Səndən qabaq mən burdayam. 
Sən  gözlə  bayırda,  mən  söhbətimi  eləyim  qurtarım,  sonra  sən 
gəl! 
-
Bir gəl bura, Natella, bir gəl çıxaq bayıra. 
Adil zorla Natellan
ın qolundan tutub bayıra çıxardığında 
Natella  geri  dönüb  gülə-gülə  dilini  çıxardı:  yə”ni  məsələ 
aydındır!  
Bay
ırda  Adil  düz  yarımca  saat  Natella  ilə  çənə  döyüb, 
söhbət edib onu “başa salaraq” yola salandan sonra özü qayıdıb 
içəri girdi: 
-Pah atonnan, zal
ım qızı heç aralaşıb getmək istəmir ə-ə, 
burdan.  
İndi də Adil başladı Natelanın yeddi illik “fəaliyyətindən” 
danışmağa. Hər halda bütün bunlar bir məlhəm olub yaralarını 
sağaldırdı  Orxanın.  Güldürüb  eynəsini  açır,  dostluğa, 
qardaşlığa, inamını artırıb Adili  gözündə qarış-qarış ucaldırdı. 
Sonra Adil də getdi. Aparıb lap darvaza ağzınaca ötürdü Adili. 


 
250 
Bir  də  kabinetinə  gələndə  gördü  Natella  yenə  gəlib  oturub 
burda. Onu görcək uğunub keçməyə başladı:  
-
Bildinmi niyə tovlayırdı Adil məni?  
-Ayd
ın məsələdi. 
-
Əlimi üzünə vurub demişəm bu sən öl bir də Orxan adlı 
adamın heç salamən da almaram! 
-
İnandıra bildinmi barı? 
-
O saat! O qədər sadədil adamdı o saatca inandı. 
-
Bəlkə qəfil qayıdıb səni yenə burda gördü? 
-
Yox ə-ə, sən öl demişəm. 

Onda bax bu qapıdan çıx get. İndicə qayıdıb gələcək! 
-
Ə, nə danışırsan ə? Mən ölüm düz deyirsən?  
Natella cavab gözləmədən çıxıb qaçdı. 
Orxan yenə öz dərdi, öz düşüncələri ilə qaldı. 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin