- Bir yol gedər həyatdan sadiq olan aşiqlər,
İldə bir yol köç eylər qafiləsi Hijazın.
Məlum olduğu kimi, müsəlmanlar ildə bir dəfə Məkkəyə ziyarətə gedirlər. Bu o zaman olur ki, ziyarətə gedənlər qurban bayramında Məkkə şəhərində olurlar və orada qurban kəsib dini mərasimi yerinə yetirirlər. Saib də lirik qəhrəmanına öz sevgilisi yolunda bir dəfə qurban getməyi məsləhət görür.
- Ye şəkərdən də şirin sən Əbu Jəhl qarpızını,
Qaş-qabaq sallama ki, heç şəkərim yoxdu mənim.
ƏBU JƏHL – Qüreyş tayfasının başçılarından olub, Məhəmməd peyğəmbərin zamanında yaşamışdır. Yersiz mübahisə edən, jahil adam olduğuna görə, əsl adı Əbu Həkəm olmasına baxmayaraq, xalq arasında və din tarixində Əbu Jəhl kimi məşhurdur.
Rəvayətə görə, o, jəhl edərək xiyarı qarpız adlandırmışdır. Bu beytdə Saib haman məsələyə işarə etmişdir.
- Hamı bilmir, gejələr yatmayanın həsrətini,
Xosrov istər ki, bilə Şəbdizinin qiymətini.
Xosrov Pərviz İran şahlarından olmuşdur. Şəbdiz onun atının adıdır.
- İsanın iynəsini sən yaxana taxma nahaq,
Bir tükün siqlətinə tab eləməz, bil, o bədən.
Dini rəvayətə görə, İsa göyə, Allahın yanına gedərkən əynindəki yun köynəkdə dünya malından anjaq bir iynə olmuşdur. Saib burada haman rəvayətə işarə edir və mübaliğə tərzilə öz lirik qəhrəmanının nə qədər zəif, injə olduğunu, hətta yaxasında bir iynəni daşımağa belə qadir olmadığını söyləyir.
- Çıxarıb Bicəni Rüstəm quyudan verdi nəjat,
Səni eşq azad edər bu fələyin qeydindən.
Rəvayətə görə, Bicən Keykavusun oğlu Siyavuşun oğludur. O, Turanın əfsanəvi padşahlarından Əfrasiyabın qızı Mənicəyə aşiq olmuşdur. Mənicənin Bicəni öz sarayında gizlədib saxlamasından atası Əfrasiyab xəbər tutmuş və onu 7 il quyuda həbs etmişdi. Bu əhvalatdan xəbər tutan Rüstəm tajir paltarında Turana gəlmiş, Mənicənin köməyilə Bicəni həbsdən azad etmişdir.
Saib bu beytdə haman hadisəyə işarə edir.
- Yunisi uddu balıq, dəryada da qaldı oyaq,
Dövrənə mavi sular çəksə hasar, yatmaginan.
YUNİS – əfsanəvi peyğəmbərlərdən biridir. Rəvayətə görə, dəryada onu balıq udmuş, neçə vaxt balığın qarnında qalandan sonra azad olmuşdur.
- Hər adam hər nəyə kim, layiq idi, aldı onu,
Jamı Jəm aldı, Xızr çeşmeyi-heyvan tapdı.
JƏMŞİD – Qədim İran şahlarından biridir. Jəmşidin (ona çox zaman Jəm deyilir) haqqında yaranmış rəvayətlərdən birində deyilir ki, bu böyük hökmdara divlər xidmət edirmiş; guya şərabı o ijad etmişdir və s. Rəvayətə görə, Jəmin qiymətli daşlarla və şarabı tərif edən yazılarla bəzənmiş gözəl bir jamı var imiş. Jəmşidin şərab içdiyi bu qədəh klassik ədəbiyyatda Jami-Jəm adı ilə məşhurdur.
XIZR – əfsanəvi peyğəmbərdir. Rəvayətə görə, o, qaranlıq dünyada olan dirilik suyunu tapmışdır.
- Bu fikirlərlə daha söyləmə, Saib nə tapıb?
Onu tapmış ki, nə Hatəm, nə Süleyman tapdı.
HATƏM – rəvayətə görə, çox dövlətli və hədsiz dərəjədə səxavətli olan bir şəxs olmuşdur. Xalq arasında və ədəbiyyatda səxavət rəmzi kimi məşhurdur.
SÜLEYMAN – əfsanəvi bir peyğəmbər və hökmdar olmuşdur. Rəvayətə görə, dünyada olan bütün janlıların ixtiyarı onun əlində imiş.
Saib bu beytində özünün sənətini, fikir aləmini həm Süleymandan, həm də Hatəmdən yüksək tutur.
- Ürfi ilə Talibin tərifin eylə hər zaman,
Eybidir, Saib, sənə, dosta kitabın yoxdusa.
Ürfi və Talib Saibin müasirləri olub, onun üslubunda şerlər yazmışlar. Beytdən məlum olur ki, Saib onların haqqında ayrıja əsər yazmadığına təəssüf edir.
- Şadam, hər surət ilə çapsa atın indi fələk,
Fələyin əbləğ atı yorğa çapanımdır mənim.
ƏBLƏĞ AT – tükü iki rəngdə olan ata deyilir. Klassik Şərq ədəbiyyatında bu ifadə gejə-gündüz mənasında işlənir. Saib də bu beytdə “fələyin yorğa çapan əbləğ atı” dedikdə günlərin sürətlə ötüb keçməsinə işarə edir.
Dostları ilə paylaş: |