Саиб тябризи



Yüklə 13,18 Mb.
səhifə26/27
tarix07.01.2022
ölçüsü13,18 Mb.
#83294
1   ...   19   20   21   22   23   24   25   26   27
- Mövləvi yazdığı ol şerə javabdır bu qəzəl,

Sən nə gövhərsən axı Kəsrada tayın olmamış.
Şerdə adı çəkilən Kəsra İran şahlarının Keylər sü­la­ləsindəndir. Saib bu qəzəli böyük filosof-şair Jəlaləddin Rumidən (Mövləvidən), Mövləvi isə Nizami Gənjəvidən təxmis etmişdir.
- Mənsurun mövqeyinə çatdı yüzündən birisi,

Lalələr, söylə, bərabərmi şəhidlər sayına?!
MƏNSUR – bütöv adı Hüseyn Həllaj ibn-Mənsur­dur. Ərəblərin orta əsrlərdə yaşamış filosof şairlərindən olub, Şərqdə panteizmin yaradıjılarındandır. İlk dəfə in­sa­­­nı Allah mənzələsində görüb, “mən allaham” dediyi üçün din xadimlərinin fitvası ilə dara çəkilmişdir.

Saib bu beytində sufi təriqəti yolunda ölənlərin yü­zündən birisinin Mənsur mövqeyinə çatmadığını söylə­mək­lə onu şəhidlər içərisində xüsusi qiymətlən­di­rir. İkinji misrada çöllərdə bitən lalələrin sayının şəhid­lə­rin sayın­dan az olduğunu deməklə öz əqidəsi yolunda ölənlərin nə qədər çox olduğunu xatırladır.


- Davudun nəğmələri pərdədə qalmışdı daha,

Orda ki, Saib oxur şeri, qəzəlxanlıq edir.
DAVUD – Süleyman peyğəmbərin atasıdır. Rəva­yə­tə görə, Davudun o qədər gözəl səsi var imiş ki, o oxu­yanda bütün janlılar heyran qalıb onu dinləyərmişlər. Şərq ədəbiyyatında Davudun səsinin tərifinə həsr olun­muş çoxlu beytlər və qəzəllər vardır.

Saib bu beytdə poeziyasının gözəlliyini söyləmək üçün Davudun nəğmələrini yada salmışdır.


- Səddi-İsgəndər olubdu bu dönük taleyimiz,

Qurumuş çay kimi südsüz belə püstan olmaz.
Şerdə adı çəkilən İsgəndər dünyanı fəth etmək is­tə­yən məşhur Makedoniyalı İskəndərdir. Rəvayətə görə, Uzaq Şərqdə Yəjuğ və Məjuj adlı çox davakar bir tayfa olmuşdur. İsgəndər onların ölkəsinə gedib çıxarkən bu tayfanın qonşu xalqların üzərinə etdiyi hüjumlara mane olmaq üçün böyük bir sədd tikdirmişdir.
- Dünyaya od yayan o eşq də bir gün soyuyar,

Onda İbrahim üçün od da dönüb reyhan olar.
Dini rəvayətə görə, İbrahimxəlil peyğəmbər də, ata­sı Azər də dülgər olmuşlar. İbrahim əvvəllər taxtadan büt­­lər düzəldərmiş, sonra özünün düzəltdiyi bütlərə sita­yiş etmək istəməmiş, onları sındırıb və təkallahlılıq ide­ya­sına düşmüşdür. Hətta oğlu İsmayılı Allah yolunda qur­ban kəsmək istəmişdir.

Belə bir rəvayət də vardır ki, İbrahimxəlil pey­ğəm­bərə qəzəblənmiş Babil hökmdarı Nəmrud böyük bir ton­qal qalatdırır və İbrahimi ora atdırır. Guya Allahın əmrilə haman od güllü-çiçəkli bir çəmənə dönür, İbrahimxəlil pey­ğəmbəri yandırmır. Saib haman hadisəyə işarə etmiş­dir.


- Gördüyün aləm onun hüsnünə bir pərdə olub,

Turda o yanmış odu kim salajaq pirəhənə?
TUR – Qırmızı dənizin şimalında Sina yarımada­sın­dakı dağın adıdır. Dini rəvayətə görə, Musa peyğəmbər Misir fironlarının təqibindən qaçıb səkkiz il qürbətdə qa­landan sonra qadını və iki uşağı ilə yenidən Misrə qayı­darkən Turi-Sinada borana düşür. Ojaq qalamaq üçün ətrafı gəzərkən bir az aralıda bir ağajdan parlaq nur ujaldığını görür və ona tərəf gedir. Bu zaman ağajdan səs gəlir: “Musa, mən dünyaları yaradan tanrıyam”. Dəh­şətə gələn Musa huşunu itirir.

Saib də bu beytdə haman hadisəyə işarə edərək de­mək istəyir ki, bu aləm Allahın hüsnünün pərdəsidir, kim o pərdəni qaldıra bilsə, Allahı hər yerdə görə bilər.


- Köksüm dağını gənji-Firiduna vermərəm,

Üryan tənimi ətləsi-gərduna vermərəm.
FİRİDUN – İranın əfsanəvi şahlarından Jəmşidin nəvəsidir. O, zülmkar padşah Zöhhakı dəmirçi Gavənin köməyi ilə öldürüb hakimiyyəti öz əlinə almışdır.

Saibin bu beytinin mənası belədir:

Sinəmdəki eşqin yaraları mənim üçün Firidun şahın xəzinəsindən qiymətli, üryan gəzməyim zəmanənin ətləs libasını geyməkdən yaxşıdır.
- Zərdən əzizdi zər kimi olmuş üzüm mənə,

Bu künji mən ki, dövləti-Qaruna vermərəm.
QARUN – Musa peyğəmbərin zamanında yaşamış çox dövlətli bir adam olmuşdur. Qarun Musa peyğəm­bə­rin ondan tələb etdiyi dini vergini ödəmədiyi üçün pey­ğəm­­bər onu qarğımışdır. Rəvayətə görə, guya ondan son­­ra Qarunun bütün dövləti yerə batmışdır.

Saib bu beytində bir künjə çəkilib tənha qalmasını Qarunun dövlətindən, həsrətdən saralmış üzünü qızıldan qiymətli hesab edir.


- Mişgidən bilmək olar ki, bu Xütən ahusudur,

Yun libasda dolanan kəslər ilə ülfət elə.
Sufilər bu dünyada özlərinə fiziki əziyyət vermək üçün yalxı bədənlərinə qaba yundan toxunmuş köynək geyərdilər. Saib deyir ki, Xütən jeyranını onun göbəyin­dən hazırlanan ətirdən tanımaq olar. Bu yun paltar ge­yən­lərin kimliyi onların libasından bəllidir, onlarla dostluq etmək lazımdır.
- Vəqf olan yerdə görübsənmi könüllər şad ola?

Xeyri yoxdu sən üçün, bil, o məkanın, getmə.
VƏQF TORPAQLARI – sahibi olmayan yerlər. Mü­səlman ölkələrində belə yerlər məsjidin, dini dairələrin, bəzən də dövlətin və ya sarayın ixtiyarında olur. Bu tor­paq­lardan gələn gəlirlər haman idarələrin xeyrinə topla­nır. Ona görə də vəqf yerlərində işləyənlər başqalarından daha çox istismar olunurlar. Saib də bu məsələyə toxu­nur və oxujusuna belə yerlərə getməməyi məsləhət gö­rür.
- Zəifin gözdən axan yaşlarına hörmət elə,

Qarının təndiri tufan salajaq Şərqə yenə.
KUFƏ QARISI – Nuh peyğəmbərin dövründə yaşa­mış bir qadındır. Rəvayətə görə, Nuh dövründə baş ver­miş tufan onun təndirindən başlamışdır. Saib deyir ki, zə­if­lərin göz yaşları qarının təndiri kimidir, ona hörmətlə yanaşmaq lazımdır. Yoxsa bu göz yaşları bir gün tufan qopara bilər.
- Onun əliylə bu ölkə büründü al qumaşa,

Çaharbağ oldu gülüstan, o verdi fərmanı.
Birinji Şah Abbas İranın paytaxtını İsfahan şəhərinə köçürəndən sonra burada böyük abadlıq işləri aparır. Öl­kənin müxtəlif yerlərindən, xüsusən Təbrizdən gətirilən sə­nətkarlar İsfahanda gözəl sənət nümunəsi olan bina­lar, saraylar, məsjidlər, karvansaralar və s. tikirlər. On­lar­dan biri də injə zövq ilə salınmış Çaharbağdır ki, Saib Şah Abbasa həsr etdiyi qəsidəsində onu tərif edir.


Yüklə 13,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin