Ş Ə R H L Ə R
- Elə yüngüldü yüküm, Nuh məni almış gəmiyə,
Çör-çöpəm sanki, tufandan xəbərim yoxdu mənim.
NUH – əfsanəvi peyğəmbərlərdən biridir. Dini rəvayətə görə, onun zamanında tufan olmuş, bütün yer üzünü su basmışdır. Nuh peyğəmbər dülgər olduğu üçün bir gəmi qayırmış və bütün janlılardan bir jüt öz gəmisinə götürüb onları ölümdən xilas etmişdir
Saib beytdə haman hadisəyə işarə edir.
“Yüküm yüngüldür”, yəni dünyada heç bir günah etməmişəm, ona görə də heç bir tufandan qorxum yoxdur, deyir.
- Müşkil işdir keçdiyin səhranı bir də keçməyin,
Qorxuram eşqim Züleyxatək javan eylər məni.
ZÜLEYXA – Misir hökmdarının arvadı. Yusif Kənanlı Yəqub peyğəmbərin kiçik oğlu idi. Guya atası onu hamıdan çox istədiyindən qardaşları onu qısqanır və bir gün ova çıxmaq adı ilə Yusifi də özləri ilə aparıb bir quyuya salırlar. Kənandan Misirə gedən bir tajir Yusifi quyudan çıxarıb Misirə aparır və qul kimi satır. Bir qul kimi Misir hökmdarının evinə gətirilən Yusif Züleyxanın nökəri olur. Rəvayətə görə, Züleyxa özündən javan və həddindən artıq gözəl olan nökəri Yusifə aşiq olur. Yusif Züleyxanın məhəbbətini javabsız qoyduqda Züleyxa ona böhtan atıb zindana saldırır.
Saib bu beytində demək istəyir ki, insan ömrün yolunu geri qayıdıb bir daha yenidən yaşaya bilməz. Qorxuram, javanlıq eşqinə düşmüş Züleyxa kimi məni də eşqim rüsvay etsin.
- Qan vermişəm hər kəlməyə mən öz bədənimdən,
Sönmüş o Süheyl ulduzu dönmüş Yəmənimdən.
SÜHEYL ULDUZU – Jənubda çıxan çox parlaq bir ulduzdur.
YƏMƏN – Ərəbistanda öz yaqut daşları ilə məşhur olan bir ölkədir.
Saib bu misralarda qəlbinin qanını Yəmənin qırmızı yaqutuna, sözlərini Süheyl ulduzuna təşbeh etmişdir.
- Saldı dərdə bu jəmiyyət injidilmiş qəlbimi,
O gümüş pullu balıqtək pullar oldu daşımız.
Bu beytdə şairin zəmanəsindən və jəmiyyətdən şikayəti verilmişdir. Saib deyir ki, dəryada balığın üstü pulla örtüldüyü kimi, bu jəmiyyətdə də pul bütün çirkinliklərin üstünə çəkilmiş bir pərdə, hər şeyi ovlamağa qadir olan bir tələdir.
- Qara torpaq o Xütən ahusunun mişkin əmib,
Bir şir ağzında ikən fikrimiz uçmuş Xütənə.
XÜTƏN – qədim Çində yer adıdır. Klassik poeziyada Xütən jeyranlarının göbəyindən mişg ətri hazırlandığı qeyd olunur. Mişg həm də qara rəng mənasında işləndiyindən Saib torpağın qaralığını Xütən ahusunun göbəyindən alınan mişg ilə əlaqələndirir. Şair eyni zamanda torpağı, orta əsr poeziyasının ifadə tərzi olaraq, ağzını açıb insanları udan şirə bənzədir.
- Səyimin qarşısını almağa gər göstərə jəhd,
Bir çuxa tikdirərəm bu qaba ip köynəkdən.
Saib bu beytdə sufilərin özlərinə fiziki jəza vermək üçün bədənlərinə yundan toxunmuş qaba ip köynək geydiklərinə işarə edir. Beytin fəlsəfi mənası budur ki, əgər bu təriqət məni öz arzularıma çatdırmazsa, mən ondan üz döndərərəm.
- Torpaqdan qüvvət alıb keçir hər anı eşqin,
Laməkana, az aqlır, çatsın məkanı eşqin.
LAMƏKAN – məkansız. Bu, Allaha verilən adlardan biridir. Dinə görə, Allahın məkanı yoxdur. Saib də bu beytdə Platonik eşqin Allah məqamına yüksəldiyini göstərmək istəmişdir.
- Gejə qaysaq bağlamış, gündüz təzə yaradır,
Aysız, günsüz dolanır bil asimanı eşqin.
Saibə görə, kainat hər şeyə qadir olan eşqin iradəsi ilə hərəkətə gəlir. Eşqin asimanına nə ay, nə də günəş lazımdır. Şair bu beytdə gejəni eşq dərdindən dünyanın qaralmış köhnə, gündüzü isə hələ də közərən təzə yarasına bənzətmişdir.
- Əgər Mahmudun əmri Hində qədər çatıbsa,
Anjaq o, baş əyərdi fərmanına Ayazın.
Soltan Mahmud Qəznəvi İran şahlarından olmuşdur. Tarixdən onun qoşun çəkərək Hindistanı işğal etdiyi məlumdur. Ayaz, rəvayətə görə, şahın ən sevimli nökəri olmuşdur. Guya Soltan Mahmud Ayazın bir sözünü belə yerə salmazmış. Klassik ədəbiyyatda bu haqda çoxlu yazılar var. Saib özü də “Mahmud və Ayaz” adlı bir dastan yazmışdır. Bu beytdə də o, Ayazın şah yanında böyük hörmət sahibi olmasına işarət etmişdir.
Dostları ilə paylaş: |