Qəzəldən göründüyü kimi, şair həm ijtimai mühitdən, həm də şahdan narazıdır. Saib özünü «eşq əhli», yəni həqiqəti, sənəti sevən, hökmdarı isə «qəflət əhli» adlandırır. Qəzəlin axırınjı beytindən məlum olur ki, Saib Hindistana hər şeydən əvvəl injik qəlbini, bir də qiymətli şerlərini aparır.
Saib İsfahandan Herata, oradan da Kabilə getmişdir. O zaman Kabil şəhərinin hökmdarı Mirzə Əhsənullah Nəvvab idi. Zəfər xan ləqəbi ilə məşhur olan bu şəxs bəzən «Əhsən» imzası ilə şerlər də yazırdı. O, Saibi böyük hörmətlə qəbul edir və öz sarayında qonaq saxlayır.
Saib Kabildə yazdığı qəsidələrində dəfələrlə Zəfər xanın ədalətindən, səxavətindən söhbət açmışdır. Zəfər xan da öz qəzəllərində dönə-dönə Saib üslubunda şerlər yazdığını iftixarla qeyd etmiş, onu özünün ustadı adlandırmışdır.
1630-ju ildə Zəfər xan Şah Jahanı təbrik etmək üçün Dəkənə gedərkən Saibi də özü ilə aparır. Şah Jahan böyük şairi hörmətlə qəbul edir, ona fəxri ad və ənam verir.
Saib Zəfər xanla Hanpurda olduqları vaxt atasının onun ardınja Əkbərabada gəldiyini eşidir və hökmdardan ona atası ilə birlikdə İsfahana qayıtmasına ijazə verməsini xahiş edir. Şairin şəxsiyyətinə və sənətinə sonsuz hörmət bəsləyən Zəfər xan ondan ayrılmaq istəmir.
1633-jü ildə Zəfər xan Kəşmir hökmdarı təyin olunur. Bu zaman o istər-istəməz şairin vətənə qayıtmasına ijazə verir.
Saib Hindistanda olarkən yazdığı şerlərdə ona bəslənən sonsuz hörmət və qayğıdan söhbət açdığı kimi, qürbətin onun şair qəlbini sıxan əzablarından, vətən həsrətindən də ürək yanğısı ilə danışmışdır.