Saklarin diLİ VƏ ƏDƏBİyyati


SAK DİLİNİN ŞƏRQ (XOTAN) VƏ



Yüklə 1,21 Mb.
səhifə41/52
tarix04.12.2023
ölçüsü1,21 Mb.
#138175
1   ...   37   38   39   40   41   42   43   44   ...   52
saklarin-tarixi-dili-ve-edebiyyati

SAK DİLİNİN ŞƏRQ (XOTAN) VƏ
QƏRB (PARFİYA) ŞİVƏLƏRİ
V.V.Radlovun "Qədim türk" lüğətində "Burxan" antroponimi haqqında ya-zılıb:
"Şəxs adı. Budda-buddist təlimin yaradıcısı.." (14.127).
Alim bir qədər yuxarıda "burxan" terminindən söz açaraq, bu terminin guya çin dilindən türk dilinə keçdiyini və guya həmin terminin əslinin çincə "bvyr" olduğunu yazır (14.127).
Bəri başdan deyək ki, geçəkdən də çindilli buddist mətnlərdə "burxan" əvəzinə "bvyr" yazılır. Hinddilli mətnlərdə isə nə "burxan", nə də "bvyr" kəlmələrinə rast gəlinmir. Deməli, termin ya türkcədən çincəyə keçərək bir qədər təhrif olunmuşdur, ya da əksinə. V.V.Radlov üstünlüyü çin dilinə verir. Fəqət "burxan" kəlməsinə gətirdiyi misalların əksəriyyətini buddizmə heç bir aidiyyatı olmayan türkdilli manixeist (Xuastanift) və türk-müsəlman mənbələrindən (Mahmud Kaşğarlı və Yusif Balasaqunlu) misal çəkir və bu kəlmənin dinindən asılı olmayaraq bütün türklər üçün ümumişlək söz olduğuna, eləcə də Mahnud Kaşğarlı və Yusif Balasaqunlunun həmin kəlməni büt, manixeist mətnlərin isə peyğəmbər mənalarında işlətdiklərinə göz yumur (14.127).
Maraqlıdır ki, eyni terminə türk-şaman mifoloji sistemində də rastlanır və o, Tanrı anlamında işlənir. Məsələn N.F.Katanovun yazdığına görə, tuvalılar inanmışlar ki, ən yuxarı dünyada Burxan (Tanrı) yaşayır. İnsanların sahib olduqları hər şeyi, o cümlədən övladları o verir. Burxan insanlara pislik edən şər ruhları məhv etmək üçün orta dünyaya ildırım və şimşəklər göndərməklə müdaxilə edir (208.47). Türkdilli buddist ədəbiyyatının şah əsərlərindən biri olan "Altun Yaruq"da da Burxan eyni səviyyədə tutulur və "tanrılar tanrısı" adlandırılır:
"Anta ötrü tenqri tenqrisi Burkan inça tipyarlıkadı Ananta..." (118.297)
Tərcüməsi:
"Ondan ötrü tanrılar tanrısı Burxan Ananda belə söylədi..."
Eyni zamanda buddist və manixeist mətnlərdə rast gəlinən "burxanlıq" termini də olmuşdur ki, birinci halda "Buddaya məxsus", ikinci halda isə "müqəddəs" anlamlarında işlənmişdir (14.127). Şübhəsiz ki, bu faktlar, eləcə də tərcümənin türkcədən çincəyə olduğunu sübut edən yuxarıdakı digər faktlar kəlmənin türkcədən çin dilinə keçdiyini sübut edir. Eyni termin Buddanın adı kimi türk dilindən buddizmin şimal qoluna-lamaizmə sitayiş edən xalqların, yəni tibet və monqol xalqlarının da dilinə keçmişdir və bu xalqlar da Buddaya Burxan deyirlər.
Yeri gəlmişkən, qeyd edək ki, türk və çin dillərində ortaq olan kəlmələrdən biri də "ağ" (üzə ağ olmaq mənasında) kəlməsidir ki, V.Radlov bu kəlmənin də guya çincədən türkcəyə keçdiyini iddia edir və həmin sözə nümunə kimi buddist məzmunlu, türkdilli "Kalyanamkara və Papamkara"dan misal çəkir:
"Ol ödün qanqi qan ayıq qılınclıq ağ oqlin inça tep saqıntı." (Eyni zamanda, o, pis işlər görən və üzünə ağ olan oğlu barədə düşünürdü) (14.48).
Bəlkə də bu fikirlər Radlovun öz fikirləri deyil, onun əsərini redaktə etmiş rus-sovet redaktorların əlavəsidir. Doğru cavabı gələcək tədqiqatçıların öhdəsinə buraxırıq.
Eyni kəlmə eyni mənada çin dili ilə heç vaxt təmasda olmayan Azərbaycan türkcəsində də işlənir. Ona ərəb dilində də rast gəlinmişdir. Ərəb dili də çincə ilə heç vaxt təmasda olmamışdır. Lakin bu iki dilin türk dili ilə təması olub. Bu isə o deməkdir ki, kəlmə təmiz türk terminidir və həm ərəb, həm də çin dilinə məhz bizim dildən, yəni türk dilindən keçibdir.
Yeri gəlmişkən qeyd edək ki, Budda buddizmin əsasını qoymuş şəxsin gerçək adı deyil, ona verilmiş ləqəbdir. Belə hesab edilir ki, onun əsil adı Qautana olmuşdur. (86.444). Türk mətinlərində isə onun gerçək adı Burxandır. Astanq Kalam Keysinin şerlərindən isə onun oğlunun adını öyrənirik:
"Burkan oğlu Tolpı Tüzün Uğan arşınınq
Bulunçus yiq ödqilərin üğmiş şlokda
Burk-şark kılıp on edqüsin mən-Astanq özüm
Buyan küsüş özə köşmüş taksut başladı." (118.210).
Tərcüməsi:
"Burxan oğlu Tolpı Tüzün Uğan zahidin
Ələdüşməz müqəddəs yaxşılıqlarını öyən şerdən

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin