Salam olsun İbrahimə


partladı.  Əməliyyatın  uğurlu  alındığına  görə  hamımız



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə41/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   37   38   39   40   41   42   43   44   ...   86
Salam-olsun-İbrahimə-1


partladı.  Əməliyyatın  uğurlu  alındığına  görə  hamımız 
sevinirdik.  Düşmənin  atəşi  daha  çoxaldı.  Bizim  orada 
olduğumuzu bildiklərinə görə raket və fişəng atırdılar. Biz 
də tələsik dağa yollandıq. 
Qarşımızda  bir  təpə  vardı.  Birdən  onun  arxasından  bir 
SUV  avtomobili  bizə  doğru  gəlməyə  başladı.  O  qədər 
yaxında idi ki, fikirləşməyə macal qalmadı. 
Uşaqlar  tez  mövqe  seçib  avtomobilə  atəş  açmağa 
başladılar. Bir az sonra ona yaxınlaşdıq. Yüksək rütbəli bir 
zabitlə  sürücüsü  həlak  olmuş,  rabitəçi  isə  yaralanmışdı. 
Onun ayağına güllə dəymişdi və dayanmadan zarıyırdı. 
Uşaqların biri silahını hazırlayıb rabitəçiyə doğru getdi. 
Rabitəçi dayanmadan deyirdi: "Əl-Aman! Əl-Aman!" 


 
 
108 
İbrahim  özündən  asılı  olmadan  qışqırdı:  "Nə  etmək 
istəyirsən?!" 
– Heç, onu rahatlaşdırmaq istəyirəm. 
–  Dost,  atəş  açanda  o  bizim  düşmənimiz  idi,  indi  isə 
başının üstünə gəlmişik və o, əsirdir. 
Sonra rabitəçiyə yaxınlaşdı, onu qaldırıb çiyninə atdı və 
yola  düşdü.  Hamı  İbrahimin  hərəkətinə  təəccüblə  baxırdı. 
Biri  dedi:  "Ağa  İbrahim,  bilirsən  nə  edirsən?!  Buradan 
bizim mövqelərə qədər dağların arası ilə 13 km. yol var". 
– Güclü bədəni Allah bu günlər üçün verib. 
Sonra  dağa  doğru  getməyə  başladı.  Biz  də  tez 
avtomobilin  içindəki  əşyaları  və  ratsiyanı  götürüb  yola 
düşdük.  Dağın  yamacında  bir  az  istirahət  edib  iraqlı 
yaralının  ayağının  yarasını  bağladıq,  sonra  yenidən 
yolumuza davam etdik. 
Yeddi saat piyada gedəndən sonra təmas xəttinə çatdıq. 
İbrahim  yolda  iraqlı  əsirlə  danışır,  o  da  dayanmadan 
İbrahimə  təşəkkür  edirdi.  Sübh  azanında  təhlükəsiz  bir 
yerdə camaat namazı qıldıq. Əsir də bizimlə namaz qıldı. 
Orada  onun  şiə  olduğunu  bildim.  Namazdan  sonra  bir 
qədər  çörək  yedik,  nəyimiz  vardısa,  iraqlı  əsir  daxil, 
hamıya bərabər böldük. 
Bizdən belə yaxşı rəftar gözləməyən əsir özünü təqdim 
etdi. 
–  Mənim  adım  Əbu-Cəfərdir,  Kərbəla  şəhərindənəm. 
Mən sizin belə olduğunuzu əsla düşünməzdim... 
Çox danışdı, biz yalnız bəzi sözlərini başa düşdük. 
Hələ 
hava 
işıqlanmamış 
yaxınlıqdakı 
Seyran 
mağarasına  gedib  istirahət  etdik.  Rza  Qudini  kömək 
yollamaq üçün öz mövqelərimizə getdi. 
Bir  saatdan  sonra  Rza  maşınla  və  köməkçilərlə  gəlib 
uşaqları  səslədi.  Rzadan  vəziyyəti  soruşanda  dedi: 


 
 
109 
"Mağaraya  qayıdanda  birdən  yerimdə  donub  qaldım. 
Mağaranın  önündə  silahlı  adam  oturmuşdu.  Əvvəlcə 
dedim  yəqin  sizdən  biridir,  yaxınlaşanda  isə  gördüm  ki, 
iraqlı Əbu-Cəfər əlində silah keşik çəkir. Onu görən kimi 
rəngim qaçdı. O isə məni salamladı və silahı təhvil verdi. 
Sonra  da  ərəbcə  dedi:  "Sizin  yoldaşlarınız  yatmışdılar. 
Mən iraqlı keşikçilərin buradan keçdiklərini duyub gəldim 
ki, yaxınlaşsalar, onları vurum”. 
Uşaqlarla  düşərgəyə  getdik.  Əbu-Cəfəri  bir  neçə  gün 
yanımızda  saxladıq.  Yolda  çəkdiyi  əziyyətə  görə  İbrahim 
xəstəxanaya  getdi  və  bir  neçə  gündən  sonra  qayıtdı.  Onu 
görəndə hamı sevindi. Dedim ki, qərb korpusunun uşaqları 
sənə  təşəkkür  etməyə  gəliblər.  Təəccüblə  dedi:  "Nəyə 
görə? Nə olub ki?" Dedim: "Gəl, görəcəksən". 
İbrahimlə birgə korpusun qərargahına getdik. Korpusun 
işçisi  danışmağa  başladı:  "Sizin  gətirdiyiniz  iraqlı  əsir 
düşmənin  dördüncü  diviziyasının  rabitəçisi  imiş.  O  bizə 
olduqca  dəyərli  məlumatlar  verdi.  Bu  əsir  üç  gündür 
danışır.  Verdiyi  məlumatların  hamısı  doğrudur.  O, 
müharibənin  ilk  günündən  bu  bölgədə  olub,  İraq 
hərbçilərinin  keçdiyi  bütün  yolları  və  bütün  ratsiya 
parollarını  bizə  deyib.  Buna  görə  sizə  təşəkkür  etmək 
istədik”.  İbrahim  gülümsəyib  dedi:  "Əşi,  biz  kimik  ki?! 
Bu, Allahın işi idi". 
Ertəsi  gün  Əbu-Cəfəri  əsir  düşərgəsinə  göndərdilər. 
İbrahim  nə  qədər  çalışdısa,  onun  bizim  yanımızda 
qalmasına nail ola bilmədi. Bunu onun özü xahiş etmişdi 
və Bəəs qüvvələri ilə vuruşmaq istəyirdi. 
*** 
Bir  müddətdən  sonra  iraqlı  əsirlərin  bir  qisminin 
Təvvabin (tövbə edənlər) adlı bir qrup yaradaraq cəbhəyə 
gəldiklərini  eşitdim.  Onlar  (mühacir  iraqlılardan  ibarət) 


 
 
110 
Bədr  briqadasının  döyüşçüləri  ilə  birgə  Səddama  qarşı 
vuruşurdular. 
Axşamüstü  idi.  Dəstənin  qədim  uşaqlarından  biri 
yanıma  gəlib  sevincək  dedi:  "Sənə  yaxşı  xəbər 
gətirmişəm: iraqlı Əbu-Cəfər Bədr briqadasında döyüşür". 
Əməliyyatdan  sonra  dostlarla  birgə  Bədr  briqadasına 
getdik.  Fikirləşdik  ki,  nəyin  bahasına  olursa-olsun,  Əbu-
Cəfəri tapıb öz dəstəmizə gətirəcəyik. Briqadanın binasına 
daxil  olanda  isə  yerimizdə  donub  qaldıq.  Divara 
briqadanın  şəhidlərinin  şəkilləri  vurulmuşdu.  Biz  axırıncı 
əməliyyatın  şəhidləri  arasında  Əbu-Cəfərin  fotosunu 
gördük. 
Qəribə  hisslər  idi.  Lal-dinməz  şəklə  baxdıq  və  daha 
binaya girmədik. 
Həmin gecənin bütün xatirələri təsəvvürümdə canlandı: 
düşmənə hücum, İbrahimin fədakarlığı, iraqlı rabitəçi, əsir 
düşərgəsi, Bədr briqadası... sonra da şəhadət. Xoş halına! 


 
 
111 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin