Salam olsun İbrahimə


Güləş  Şəhidin qardaşları



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə9/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   5   6   7   8   9   10   11   12   ...   86
Salam-olsun-İbrahimə-1

Güləş 
Şəhidin qardaşları 
İbrahim  zorxana  idmanına  başlayandan  az  sonra 
dostlarının və Hacı Həsənin tövsiyəsi ilə güləşə də başladı. 
O,  Xorasan  meydanının  yaxınlığında  yerləşən  Əbu 
Müslim  klubuna  adını  yazdırdı  və  53  kq.  çəki  ilə  idmana 
başladı. 
Ağa  Qudərzi  və  ağa  Məhəmmədi  həmin  dövrdə 
İbrahimin  müəllimləri  idilər.  Ağa  Məhəmmədi  əxlaq  və 
rəftarına görə İbrahimi çox sevirdi. Ağa Qudərzi də güləş 
fəndlərini ona çox yaxşı şəkildə öyrədirdi. 
O həmişə deyirdi: "Bu oğlan çox sakitdir, güləşəndə isə 
pələng  kimi  hücum  edir,  xal  almayınca  buraxmır".  Buna 
görə İbrahimə Yatmış pələng ləqəbi vermişdi. 
O  tez-tez  deyirdi:  “Əmin  olun  ki,  bir  gün  bu  oğlanı 
beynəlxalq yarışlarda görəcəksiniz”. 
İbrahim  yetmişinci  illərin  əvvəllərində  yeniyetmələr 
üzrə  Tehran  kubokunda  iştirak  etdi  və  bütün  rəqibləri 
üzərində qələbə çaldı. Bundan sonra 15  yaşında olmasına 
baxmayaraq, ölkə çempionatına vəsiqə qazandı. 
Yarış  oktyabr  ayının  sonlarında  keçirilirdi.  Lakin 
İbrahim  yarışda  iştirak  etmədi.  Müəllimləri  çox  narahat 
oldular. Sonra öyrəndik ki, yarış şahın vəliəhdinin iştirakı 
ilə  keçirilmiş,  mükafatları  da  o,  təqdim  etmişdir.  İbrahim 
buna görə yarışdan imtina etmişdi. 
Növbəti  ildə  təhsil  mərkəzləri  turnirində  iştirak  etdi  və 
birinci  yerə  çıxdı.  Həmin  ildə  Tehran  şəhəri  üzrə  yarışda 
da 62 kq. çəkidə iştirak etdi. 
Bir ildən sonrakı yarışlarda səmimi bir dostunun onunla 
eyni  çəkidə,  yəni  68  kq.-da  yarışdığını  bilib,  bir  sonrakı 
kateqoriya üzrə, yəni 74 kq. çəkidə yarışa qatıldı. 


 
 
28 
O  yarışda  İbrahim  çox  möhtəşəm  çıxış etdi  və 18  yaşlı 
bir gənc 74 kq. üzrə birinci oldu. 
İbrahimin  ayaqla  ilişdirmə  fəndində  xüsusi  məharəti 
vardı.  Güclü  və  uzun  qollarından  zamanında  və  düzgün 
istifadəsi onun əsl güləşçiyə çevrilməsinə səbəb oldu. 
*** 
İbrahim  səhər  tezdən  güləş  çantasını  götürüb  evdən 
çıxdı.  Qardaşımla  mən  də  yola  düşdük.  Hara  gedirdisə, 
arxasınca  gedirdik.  Nəhayət,  indiki  7  Tir  idman  zalına 
girdi.  Biz  də  arxasınca  içəri  girdik  və  tamaşaçıların 
arasında  oturduq.  Zal  dolu  idi.  Bir  saatdan  sonra  güləş 
yarışı başlandı. 
İbrahim həmin gün bir neçə nəfərlə güləşdi və hamısına 
qələbə  çaldı.  Birdən  gözü  bizə  sataşdı.  Tamaşaçıların 
arasında oturub onu alqışlayırdıq. Hirslə bizə yaxınlaşdı. 
– Nə üçün gəlmisiniz? 
– Elə belə. Arxanca gəldik ki, görək hara gedirsən. 
– Necə yəni?! Bura sizin yeriniz deyil. Tez qalxın, evə 
gedək. 
Mən təəccüblə dedim: "Məgər nə olub?" 
– Burada qalmamalısınız. Qalxın! Qalxın, gedək! 
Onun danışdığı yerdə birdən səsucaldandan deyildi: "74 
kq. üzrə yarımfinal güləşi: ağa Hadi və ağa Tehrani". 
İbrahim  bir  döşəyə  baxdı,  bir  də  bizə.  Bir  neçə  saniyə 
dayanıb döşəyə çıxdı. 
Biz də qışqırıb onu alqışlayırdıq. 
İbrahimin müəllimi dayanmadan qışqırıb ona nə etməli 
olduğunu  deyirdi,  İbrahim  isə  yalnız  müdafiə  olunurdu. 
Hərdən bizə də bir göz atırdı. Müəllimi çox hirslənmişdi, 
qışqırırdı: "İbrahim, nə üçün güləşmirsən? At görüm". 


 
 
29 
İbrahim  gözəl  bir  fəndlə  rəqibini  yerdən  qaldırdı,  bir 
dövrə  fırladıb  möhkəm  yerə  çırpdı.  Lakin  hələ  güləş 
bitməmiş döşəkdən bayıra çıxdı. 
Həmin gün bizə çox hirsləndi. Qayıdanda dedi: "Adam 
güclənmək  üçün  idman  etməlidir,  çempion  olmaq  üçün 
yox.  Mən  də  müxtəlif  fəndləri  öyrənmək  üçün  yarışda 
iştirak edirəm, başqa məqsədim yoxdur". 
Mən 
dedim: 
"Məgər 
adamın 
çempion 
olub 
məşhurlaşması pisdir?" 
Bir  neçə  saniyə  dayanıb  dedi:  "Məşhurlaşmaqdan 
önəmlisi adam olmaqdır". 
İbrahim  həmin  gün  finala  çıxdı,  amma  yarış  bitmədən 
bizimlə  birgə  evə  qayıtdı.  O  bununla  şan-şöhrətin  və 
çempionluğun  onun  üçün  əhəmiyyətli  olmadığını  sübut 
etdi. İbrahim İmam Xomeyninin məşhur cümləsini həmişə 
deyərdi: "İdman həyatın məqsədi olmamalıdır". 


 
 
30 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin