Partizan dəstəsi yaradıldı və onun rəhbərliyi İbrahimlə
Cavad Əfrasiyabiyə tapşırıldı. Uşaqların təklifi ilə dəstəyə
Doktor Behiştinin adı verildi. Lakin Ayətullah Behişti
bölgəyə baxış keçirərkən bunu öyrənib dedi: "Siz partizan
işi görürsünüzsə, dəstənin adını Şəhid Əndərzqu qoyun.
Çünki islami partizan hərəkətlərinin banisi odur".
İbrahim İmam Xomeyninin, Ayətullah Behiştinin və
Böyük Rəhbərin şəkillərini dəstənin qərargahına vurdu və
bununla rəsmi fəaliyyət başlandı.
Bu nizamsız partizan dəstəsinin üzvləri adından
göründüyü kimi, nizamsız idilər, orada hər cür adam vardı;
yeniyetmədən tutmuş qocaya, savadsızdan tutmuş fəlsəfə
doktoruna, çox dindar və gecə namazı qılanlardan tutmuş
namazı yeni öyrənənlərə, hövzə təhsili almış uşaqlardan
tutmuş tövbə etmiş kommunistlərə qədər. Beləliklə,
müxtəlif zümrələri təmsil edən insanlar çox səmimi və
sevimli bir ortamda bir araya gəldilər.
Üzvlərinin sayı təxminən 40 nəfərə çatan dəstənin ortaq
xüsusiyyəti qorxmazlıq və ruh yüksəkliyi idi. Praktik
olaraq dəstəyə başçılıq edən İbrahim həmişə deyirdi:
"Bizim komandirimiz yoxdur". O, dəstəni dostluq və
qardaşlıqla çox yaxşı idarə edirdi.
Dəstənin idarə sistemi elə qurulmuşdu ki, bütün işlər
könüllü şəkildə görülürdü və təxminən heç kim başqasına
bir söz demirdi.
90
Bütün işlər ümumi razılıqla görülürdü. Cavad
Əfrasiyabi və Rza Qudini İbrahimin həmişəki yoldaşları
idilər.
***
Dəstənin gündəlik işlərindən biri yerli əhaliyə kömək
etmək idi. Gilanqərb sakinlərindən çoxu bu yolla dəstəyə
qatıldı.
Əndərzqu dəstəsinin fəaliyyəti daha çox kəşfiyyatdan
ibarət idi. Onlar dağlardan keçib düşmənin nəzarət etdiyi
yerlərə dair dəqiq xəritələr hazırlayırdılar. İbrahimin
kəşfiyyat üsulu çox gözəl idi: gecə yarısı bir neçə nəfərlə
birgə düşmən mövqelərinə keçib onların yerləşdiyi yerlərə
və imkanlarına dair çox dəqiq məlumatlar əldə edirdilər. O
deyirdi ki, kəşfiyyatımız doğru və dəqiq olmasa,
əməliyyatlarda uğur qazana bilmərik.
İbrahim öz üsulunu digər kəşfiyyatçılara da öyrədib
deyirdi: "Qəlbində qorxu olan adam uğurlu kəşfiyyatçı ola
bilməz". Sonra da kəşfiyyatda dəqiqliyin sirləri haqda
danışırdı. Buna görə də, dəstədə çox yaxşı və seçilmiş
kəşfiyyatçılar, hətta cəsarətli komandirlər yetişdi.
Nəcəf qərargahının kəşfiyyat qanadı olan Hürr
briqadasının komandiri deyirdi: "İbrahim öz üsulları ilə bu
briqadanın əsasını qoydu, lakin briqada yaranmazdan öncə
şəhadətə qovuşdu".
Şəhid Əndərzqu partizan dəstəsi özünün birillik
fəaliyyətində 52 əməliyyat keçirdi. Onlar İraqın qərbdəki
dördüncü diviziyasını təngə gətirdilər və ağır itkilərə
məruz qoydular.
Bu kiçik dəstədə böyük insanlar yetişdi. Bizim
müqəddəs müdafiə dövrümüz onların rəşadətlərinə
borcludur. İbrahimdən öyrənib onunla eyni dəstədə
olduqlarına görə fəxr edən cəsur döyüşçülər bunlardır:
91
Həzrət Rəsul diviziyasının komandiri Şəhid Rza Çıraği,
diviziyanın komandir müavini Şəhid Rza Dəstvarə,
istiqamət komandiri Şəhid Həsən Zamani, Meysəm
batalyonunun komandiri Şəhid Seyid Əbülfəz Kazimi,
Hüneyn batalyonunun komandiri Şəhid Rza Qudini,
Müslim ibn Əqil briqadasının komandir müavini Şəhid
Məhəmmədrza Əlövsət, Malik batalyonunun komandiri
Şəhid Daryuş Rizəvəndi, Miqdad batalyonunun komandir
müavinləri Şəhid İbrahim Hisami və Şəhid Haşim Kəlhür,
diviziyanın kəşfiyyat komandirlərindən Şəhid Cavad
Əfrasiyabi və Şəhid Əli Xürrəmdil, həmçinin müqəddəs
müdafiə dövrünün hazırda yaşayan və İslam qurluşunun
fəxrlərindən olan bir neçə böyük komandiri.
|