Əsğər Vüsalinin şəhadəti
Əli Müqəddəm
1980-ci ilin məhərrəmliyində mühüm bir hadisə baş
verdi. Əsğər Vüsali və Əli Qurbani şəxsi heyətləri ilə birgə
Sərpol Zəhabdan Gilanqərbə gəldilər. Qərara alındı ki,
düşmən mövqelərini öyrənəndən sonra şəhərin şimal
istiqamətindən əməliyyat hücumu olsun.
O günlərdə Əndərzqu partizan dəstəsi yeni təşkil
olunmuşdu və onlar düşmən mövqelərinin bir qismini
öyrənmişdilər. Aşura gecəsi bütün uşaqlar korpusun
qərargahına toplaşdılar. Möhtəşəm əzadarlıq keçirildi.
İbrahimin o məclisdəki məddahlığını uşaqların çoxu
xatırlayır. O, qəribə şövqlə oxuyurdu, Əsğər Vüsali də
əzadarların nizamlayıcısı idi. Aşura günü Əsğər uşaqların
bir neçəsi ilə birgə Bəraftab bölgəsinə kəşfiyyata getdi.
Günortaya yaxın xəbər gəldi ki, onlar İraqın bir pusqusu
ilə döyüşə girmişlər. Uşaqlar özlərini çatdırdılar, düşmən
qüvvələri də tez geri çəkildi. Lakin Əli Qurbani orada
şəhadətə qovuşdu, ağır yaralandığına görə Əsğərin sağ
qalacağına da ümid yox idi.
Əsğər Vüsalini tez geriyə yolladıq, amma o da şəhidlər
karvanına qoşuldu.
Əsğərin şəhadətindən sonra İbrahim ucadan ağlayıb
deyirdi: "Heç kim bilmir ki, necə komandiri əldən verdik.
İnqilabımızın Əsğər kimilərə çox ehtiyacı vardı".
Əsğər, şəhid qardaşının qırxı çıxmamış Aşura günü
şəhadət məqamına nail oldu.
İbrahim dəfn üçün Tehrana getdi və Əsğərin
Gilanqərbdə qalmış peykan avtomobilini də apardı.
Maşına o qədər qəlpə dəymişdi ki, demək olar, sağlam bir
yeri qalmamışdı.
93
Şəhid Vüsalini dəfn edəndən sonra tez cəbhəyə
qayıtdıq. İbrahim deyirdi ki, Əsğər şəhadətindən bir neçə
gün qabaq qardaşını yuxuda görübmüş. Qardaşı ona
demişdi: "Əsğər, sən Aşura günü Gilanqərbdə şəhid
olacaqsan".
Ertəsi gün dəstənin uşaqları Əsğərə yas məclisi
keçirdilər, əzadarlıq etdilər. Sonra söz verdilər ki, son
damla qanlarına qədər cəbhədə qalıb Əsğərin intiqamını
alsınlar.
Cavad Əfrasiyabi və uşaqların bir neçəsi dedilər:
"Səddamı cəzalandırmayana qədər əzalı adamlar kimi
saqqalımızı qırxmayacağıq".
|