Sadə görkəm
Şəhidin dostları
Müharibənin ilk günlərində İbrahim çoxlu döyüşçülər
üçün örnəyə çevrilmişdi. Çoxları onunla dost olmağa can
atırdı. O isə tərif və şöhrətdən həmişə qaçırdı.
O, hərbi geyimə fikir vermir, uzun köynək və kürd
şalvarı geyinirdi. Bununla həm yerli əhaliyə bənzəmək,
həm də sadə görünməklə öz nəfsini ram etmək istəyirdi.
Mən onu ilk dəfə görəndə qulluqçu sanmışdım.
İbrahim necə deyərlər, stereotipləri sındırırdı. O, zahiri
görkəmdən çox məsələlərin məğzinə fikir verirdi. Uşaqlar
da ondan öyrənirdilər.
O həmişə deyirdi: "Uşaqlara eyni hərbi forma
verməkdən çox onların bilik və mənəviyyatları haqda
düşünməli, onlarla yaxın dost olmalıyıq”.
Bu düşüncənin nəticəsi partizan əməliyyatlarında aydın
görünürdü; hərçənd bəziləri onun düşüncələrini qəbul
etmirdilər.
***
Kamifulyaj parça alıb bir dəst kürd paltarı tikdirmişdi.
Geyinəndə çox yaraşıqlı göründü. Qərargahdan getdi. Bir
saatdan sonra qayıdanda isə əsgər geyimində idi. Yeni
paltarının harada olduğunu soruşdum. Dedi ki, kürd
uşaqlardan birinin xoşu gəldi, mən də hədiyyə verdim.
Saatını da başqa birinə vermişdi. O adam saatı
soruşmuşdu, İbrahim də saatını ona bağışlamışdı. Bu sadə
işləri yerli kürdlərin onu sevmələrinə və Əndərzqu
dəstəsinə qoşulmalarına səbəb oldu. İbrahim sadəliklə
yanaşı siyasi məsələlərdən tam məlumatlı idi, siyasi
cərəyanları yaxşı tanıyırdı.
95
İmam Xomeyninin və Şəhid Behiştinin şəkillərini
qərargaha vurandan bir müddət sonra ozamankı prezident
Bəni-Sədrin nəzarəti altında olan baş qərargahdan dəstənin
buraxılmasına və ərzağının kəsilməsinə dair sərəncam
verildi. Lakin bölgədəki ordu komandiri dəstənin
qalmasını lazım bildi. Bizim bütün hücumlarımız bu dəstə
vasitəsilə icra olunurdu. Həmin komandirin səyləri
nəticəsində bir müddətdən sonra sözügedən sərəncam ləğv
olundu.
Bir gün (xain prezident) Bəni-Sədrin Kermanşaha baxış
keçirdiyini söylədilər. İbrahim, Cavad və başqa bir neçə
nəfər Hacı Hüseynlə birgə Kermanşaha getdilər.
Hərbi komandirlər yaraşıqlı hərbi geyimdə Bəni-Sədri
gözləyirdilər. Əndərzqu uşaqlarının görkəmi isə maraqlı
idi. Onlar həmişəki geyimdə və enli kürd şalvarında
prezidenti qarşılamağa getmişdilər. Əslində isə məqsədləri
başqa idi. Onlar deyirdilər ki, biz bu adamla danışmaq
istəyirik, görək hansı hərbi baxışla müharibəni idarə edir.
Həmin gün çox gözlədik, axırda elan etdilər ki,
prezident
helikopterdəki
texniki
nasazlığa
görə
Kermanşaha gəlməyəcək.
Bir müddətdən sonra həzrət Ayətullah Xamenei
Kermanşaha gəldi. O zaman o, Tehranın cümə imamı idi.
İbrahim bütün uşaqları özü ilə apardı. Onlar eyni sadə
görkəmlə ağa ilə görüşdülər, bir-bir onu qucaqlayıb
öpdülər.
|