Nə üçün İbrahim Hadi?
2007-ci ilin yayı idi. Tehranın Əminüddövlə məscidində
şam namazımı qılırdım. Orada qəribə ab-hava vardı.
Namaz qılanların hamısı din alimləri və ruhanilər idi. Mən
ikinci sıranın sağ tərəfində axırda dayanmışdım.
Şam namazından sonra ətrafıma baxanda hər tərəfdə su
gördüm. Məscid dənizin ortasındakı bir ada kimi olmuşdu.
Namaza başına ağ əmmamə qoymuş nurani bir qoca
imamlıq edirdi. O, yerindən qalxıb üzünü camaata çevirdi
və danışmağa başladı. Yanımdakı qocadan soruşdum:
"İmamı tanıyırsan?"
– Hacı Şeyx Məhəmməd Hüseyn Zahiddir, Hacı ağa
Həqşünasın və Hacı ağa Müctəhidinin müəllimi.
Şeyx Hüseyn Zahidin mənəvi məqamı barədə çox
eşitdiyimdən diqqətlə qulaq asmağa başladım.
Məsciddə qəribə sükut vardı. Hamı ona baxırdı. O, irfan
və əxlaq mövzusunda danışandan sonra buyurdu: "Dostlar,
yoldaşlar! Camaat bizi irfan və əxlaqda böyük adam zənn
edir, amma əzizlər, əməli irfan və əxlaq böyükləri
bunlardır".
Sonra yerdən böyük bir şəkil götürdü. Yaxşı görməkdən
ötrü bir qədər boylandım. Əyninə qəhvəyi köynək
geyinmiş uzun saqqallı bir adamın fotosu idi.
Şəkilə diqqətlə baxıb tanıdım. Mən onu dəfələrlə
görmüşdüm. Əmin idim ki, odur - İbrahim Hadi.
Onun sözləri mənə çox maraqlı gəldi. Çoxlu din
aliminin irfan və əxlaq müəllimi olmuş Şeyx Hüseyn
Zahid görəsən, nə üçün belə danışırdı?! O, İbrahimi əməli
əxlaq müəllimi adlandırırdı.
Bu halda öz-özümə düşündüm: Axı Şeyx Hüseyn Zahid
illər öncə dünyasını dəyişib!
6
Həyəcanla yuxudan diksindim. Gecə saat 3 idi: 2007-ci
il, 27 rəcəb - həzrət Peyğəmbərin (s) məbəs
1
günü.
Bu sadiq röya vücudumu silkələdi. Tez bir kağız
götürüb görüb-eşitdiklərimi yazdım.
Daha gözlərimə yuxu getmədi, İbrahim Hadi haqda
eşitdiyim xatirələr bir-bir yadıma düşdü.
***
Yadımdadır, 1994-cü ilin ramazan ayının son gecəsində
Şəhidlər məscidində idim. Qədim cəbhə uşaqları ilə birgə
Şəhid İbrahim Hadigilə getdik.
Şəhidin anasının yas məclisi idi. Evləri Şəhid Müvafiq
küçəsindəki məscidin arxasında yerləşirdi.
Hacı Hüseyn Allahkərəm Şəhid Hadi haqda danışmağa
başladı. Onun xatirələri maraqlı idi. Mən o zamana qədər
heç kim barədə belə sözlər eşitməmişdim.
Həmin axşam Allahın lütfü mənə şamil oldu. Mən
müharibəni görməmişdim. O, şəhid olanda cəmi yeddi
yaşım vardı. Ancaq Allahın istəyi ilə həmin məclisdə
iştirak edib xalis bəndələrindən birini tanıya bildim.
O söhbətlər illərlə məni düşündürdü. İnana bilmirdim
ki, bir döyüşçü bu qədər qəhrəmanlıq etmiş və bu həddə
tanınmaz qalmışdır.
Daha maraqlısı odur ki, özü Allahdan tanınmaz
qalmasını istəyibmiş. İllər ötsə də, hələ cəsədi tapılmamış
və barəsində heç nə yazılmamışdı.
Və mən bütün dərslərdə uşaqlara ondan danışırdım.
***
Hələ sübh azanına qədər vaxt var idi. Yuxum da
qaçmışdı. Bilmək istəyirdim ki, Şeyx Zahid nə üçün
İbrahimi əməli əxlaq nümunəsi kimi təqdim etdi. Ertəsi
1
Həzrət Məhəmmədə (s) peyğəmbərlik verilən gün
7
gün İbn Babuyə məzarlığına Şeyx Hüseyn Zahidin qəbri
üstə getdim. Üzünü görəndən sonra yuxumun doğruluğuna
tam əmin oldum.
Artıq şübhəm qalmadı ki, arifləri dağlarda və
xanəgahlarda axtarmaq lazım deyil, onlar bizim
yanımızda, bizim aramızdadırlar.
Həmin gün Şəhid Hadinin yoldaşlarından birini görüb
yaxın dostlarının ünvanlarını və telefon nömrələrini aldım.
İbrahimi daha yaxından tanımaq qərarına gəlmişdim.
Allahdan da yardım istəyirdim.
Bəlkə bu, Həzrət Haqqın Öz ixlaslı bəndələrini tanıtmaq
üçün üzərimizə qoyduğu vəzifə idi.
8
Həyatı
İbrahim 21.04.1957 tarixində Tehranın Xorasan
meydanının yaxınlığındakı Şəhid Ayətullah Səidi
məhəlləsində dünyaya göz açıb.
Ailənin dördüncü övladı olsa da, atası onu çox sevirdi.
Məşədi Məhəmmədhüseyn kiçik ərzaq dükanı işlədib
övladlarını ən yaxşı şəkildə tərbiyə edə bilmişdi.
İbrahim yetim qalanda isə hələ yeniyetmə idi. Və o
zamandan böyük kişilər kimi həyatına davam etdi.
İbtidai siniflərini Taliqani məktəbində oxudu, sonra isə
Əbu Reyhan və Kərim xan Zənd məktəblərində təhsilini
davam etdirdi.
O, 1976-cı ildə orta təhsilini bitirdi və elə o zamandan
əlavə mütaliələrə başladı.
İslam
birliyi
heyətində
iştirakı
və
Əllamə
Məhəmmədtəqi Cəfəri kimi bir müəlliminin olması onun
şəxsiyyətinin formalaşmasında çox böyük rol oynadı.
O, inqilabın qələbəsi üçün böyük rəşadətlər göstərmişdi.
İbrahim təhsillə yanaşı Tehran bazarında da çalışırdı.
İnqilabdan sonra Bədən Tərbiyəsi Komitəsində, daha
sonra isə məktəbdə işləməyə başladı. O, fədakar bir
müəllim kimi vətən övladlarını yetişdirirdi.
O, idmançı idi, klassik idman növü olan pəhləvanlıqla
məşğul olurdu. Voleybolda da misli yox idi.
Ümumiyyətlə, heç bir sahədə geri çəkilmir, mərdliklə çıxış
edirdi.
Onun mərdliyini Bazideraz və Gilanqərbin hündür
təpələrindən tutmuş cənubun yandırıcı səhralarına qədər
hər yerdə müşahidə etmək mümkündür.
Onun qəhrəmanlıqları qədim cəbhə dostlarının yadından
çıxmır.
9
Vəlfəcr-hazırlıq əməliyyatında Kumeyl və Hənzələ
batalyonlarının uşaqları ilə birgə beş gün Fəkkə
kanallarında müqavimət göstərdi, amma təslim olmadı.
Nəhayət, 1983-cü ilin 11 fevralında bütün uşaqları geri
yollayandan sonra Allahla tək-tənha qaldı və daha heç kim
onu görmədi. O, həmişə Allahdan tanınmaz qalmasını
istəyirdi. Çünki tanınmazlıq Allahın sevimli dostlarının
xüsusiyyətidir.
Allah da onun duasını qəbul etdi. İbrahim illərdir
tanınmaz və qərib halda Fəkkədə qalıb cəbhə bölgələrinin
ziyarətçilərinə günəş kimi işıq saçır.
|