Zorxana
Şəhidin dostları
İbrahim doqquzuncu sinifdə oxuyanda zorxana idmanı
ilə tanış oldu. O, axşamlar Hacı Həsənin zorxanasına
gedirdi.
Nəccar ləqəbli Hacı Həsən Təvəkkül çox mənəviyyatlı
insan idi, Əbu Reyhan liseyinin yaxınlığında bir zorxanası
vardı. Onun fiziki və mənəvi mərkəzinin idmançılarından
biri də İbrahim idi.
Hacı Həsən idmana başlamazdan öncə bir və ya bir neçə
Quran ayəsi oxuyur, sonra da bir hədis deyib tərcümə
edirdi. O, çox vaxt İbrahimi meydançaya göndərirdi.
İbrahim idman hərəkətləri ilə bir Quran surəsi, "Təvəssül"
duası və ya Əhli-beyt haqda şeir oxuyur və mürşidə
kömək edirdi.
İdmanın ortasında şam azanı verilirdi. Uşaqlar idmanı
saxlayıb zorxana meydançasının içində Hacı Həsənin
imamlığı ilə camaat namazı qılırdılar.
Hacı Həsən bununla inqilabdan öncə idmanla yanaşı
gənclərə iman və əxlaq dərsi də öyrədirdi.
Yadımdadır, bir dəfə uşaqlar paltarlarını geyinir və bir-
biri ilə sağollaşırdılar. Birdən bir kişi qucağında uşaq
tələsik içəri girdi. Rəngi qaçmışdı və səsi titrəyirdi.
- Hacı Həsən, mənə kömək elə. Uşağım xəstədir.
Həkimlər heç bir şey edə bilmədilər. Uşaq əldən gedir.
Sizin nəfəsiniz pakdır. Siz Allah, dua edin, siz Allah...
Bunları deyib ağlamağa başladı.
İbrahim ayağa qalxıb dedi: “Paltarlarınızı geyinin və
meydançaya girin”.
Özü də meydançaya keçdi. Orada uşaqlarla birgə bir
idman dövrəsi edib Təvəssül duasını zümzümə elədi, sonra
15
da uşaq üçün ürəkdən dua etdi. Həmin kişi də uşağı ilə bir
tərəfdə oturub ağlayırdı.
İki həftədən sonra Hacı Həsən idmandan sonra dedi:
"Uşaqlar, cümə günü nahara dəvətlisiniz". Təəccüblə
soruşduq ki, haraya?
– Xəstə uşağın atası hamınızı dəvət edib. Allaha şükür,
uşağın problemi aradan qalxıb. Həkim deyib ki, uşağın
sağalıb.
Dönüb İbrahimə baxdım. Heç nə eşitməmiş kimi
getməyə hazırlaşırdı. Mən əmin idim ki, İbrahimin
ürəkdən oxuduğu Təvəssül duası bəhrəsini vermişdi.
***
İbrahimin görkəmcə dindar olmayan və dini məsələlərlə
maraqlanmayan uşaqlarla yoldaşlıq etdiyini dəfələrlə
görmüşdüm. Onları idmana cəlb edir, tədricən məscidə və
heyətə aparırdı.
Belə uşaqların biri digərlərindən çox pis idi, həmişə
araq içməyindən və pis işlərindən danışırdı. Din barədə
heç nə bilmirdi, namaza, oruca – heç nəyə əhəmiyyət
vermirdi. Hətta deyirdi ki, indiyə qədər heç bir dini
məclisə getməmişəm. Bir dəfə dedim ki, ağa İbrahim,
bunlar kimdir özünlə gətirirsən?! Təəccüblə soruşdu: "Nə
olub ki?!"
- Dünən axşam bu oğlan sənin arxanca məclisə girdi və
mənim yanımda oturdu. Hacı ağa İmam Hüseynin (ə)
məzlumluğundan, Yezidin zülmündən danışanda hirslə
qulaq asırdı. İşıqlar söndürüləndə isə ağlamaq əvəzinə
Yezidə pis söyüşlər verməyə başladı.
İbrahim təəccüblə qulaq asırdı. Birdən gülməyə başladı.
- Eybi yoxdur, bu oğlan indiyə qədər əzadarlıqda
olmayıb, ağlamayıb. Əmin ol ki, İmam Hüseynlə (ə)
16
dostlaşandan sonra dəyişəcək. Biz bu uşaqları dinə
gətirsək, böyük iş görmüş olarıq.
İbrahimin həmin oğlanla dostluğu elə bir həddə çatdı ki,
o, bütün yanlış işlərini kənara qoyub yaxşı idmançılardan
birinə çevrildi. Bir neçə aydan sonra idmandan çıxanda bir
qutu şirniyyat paylayıb dedi: "Dostlar, mən sizin hamınıza
borcluyam. Mən ağa İbrahimə borcluyam. Allahdan çox
razıyam. Sizinlə tanış olmasaydım, Allah bilir, indi
haradaydım..."
Biz təəccüblə ona baxırdıq. Uşaqlarla bayıra çıxdıq və
yolda İbrahimin işləri haqda danışdıq.
O, çox gözəl şəkildə uşaqları bir-bir idmana cəlb edir,
sonra məscidə və əzadarlığa aparıb, özü demiş, İmam
Hüseynə (ə) təhvil verirdi.
Peyğəmbərin (s) həzrət Əliyə buyurduğu bir hədis
yadıma düşür: "Ey Əli, əgər bir nəfərin hidayətinə vasitəçi
olsan, sənin üçün günəşin saçdığı hər şeydən üstündür".
1
***
Zorxana idmanının adətlərindən biri budur ki, uşaqlar
kollektiv şəkildə digər zorxanalara gedib idman edirlər.
Ramazan ayında bir axşam biz də Kərəcdəki bir zorxanaya
getdik.
O axşam yadımdan çıxmaz. İbrahim şeir və dua oxuyur,
idman edirdi. Uzun müddət idi meydançada zorxana
hərəkətləri edirdi. Meydançadakı uşaqlar bir neçə dəfə
dəyişildilər, İbrahimsə hələ idman edir və heç kimə fikir
vermirdi.
Yuxarıda bir kişi oturub uşaqların idmanına baxırdı. O,
mənə yaxınlaşdı, İbrahimi göstərib narahat halda dedi:
"Ağa, bu cavan kimdir?"
1
"Bihar əl-ənvar", c. 5, s. 28.
17
– Necə məgər?
– Mən bura gələndə idman edirdi. Təsbehlə onun
idmanını saydım. İndiyə qədər 700 dəfə dövrə vurub. Sən
Allah, onu yuxarı qaldır, indi özündən gedəcək.
İdman qurtaranda İbrahim əsla yorğun görünmürdü,
sanki dörd saat idman etməmişdi.
İbrahim bu işləri güclənmək üçün görür və həmişə
deyirdi: "Allaha və Onun bəndələrinə xidmət etmək üçün
bədənimiz güclü olmalıdır”. O, daim dua edirdi ki, İlahi,
Sənə xidmət etmək üçün bədənimi gücləndir.
1
İbrahim həmin günlərdə özünə bir cüt mil və çox ağır
bir səng daşı aldı. Çox dillərə düşmüş və məşhurlaşmışdı.
Bir müddətdən sonra isə daha uşaqların yanında belə işlər
görmədi. O deyirdi: "Bu işlər insanın lovğalanmasına
səbəb olur. Camaat kimin daha güclü olduğuna baxır. Mən
digərlərinin önündə ağır idmanlar etsəm, dostlarımın zəif
görünməsinə və özümü göstərməmə səbəb olar ki, bu da
düzgün deyil".
Ondan sonra miyandar olanda birinin yorulduğunu hiss
edən kimi idmanı dəyişdirirdi.
İbrahimin güclü bədəni bir dəfə özünü göstərdi - güləş
üzrə dünya çempionu Seyid Hüseyn Təhami zorxanaya
gəlib uşaqlarla idman edəndə.
1
Dua Kumeyl duasındandır.
|