Pəhləvan
Hüseyn Allahkərəm
Güləş üzrə dünya çempionu Seyid Hüseyn Təhami Hacı
Həsənin xətrini çox istəyirdi. Bir dəfə bizim zorxanaya
gəlib uşaqlarla idman elədi. O, bir müddət idi yarışlara
çıxmırdı, amma hələ çox güclü bədəni vardı. İdmandan
sonra üzünü Hacı Həsənə tutub dedi: "Hacı, mənimlə
güləşə bilən kimsə varmı?"
Hacı Həsən uşaqlara baxıb dedi: "İbrahim". Sonra da
işarə ilə onun meydançaya girməsini istədi.
Pəhləvan güləşində adətən, yerə yıxılan idmançı uduzur.
Güləş başladı. Hamımız tamaşa edirdik. Uzun müddət
güləşdilər, heç biri yerə yıxılmadı. Hər ikisi çox yoruldu,
amma heç biri qalib gələ bilmədi. Güləşdən sonra Seyid
Hüseyn ucadan deyirdi: "Bərəkallah! Bərəkallah! Necə
cəsarətli gəncdir! Maşallah, pəhləvan!”
***
İdman bitmiş, Hacı Həsən gözünü İbrahimin üzünə
dikib durmuşdu. İbrahim yaxınlaşıb təəccüblə dedi: "Bir
şey olub, hacı?"
Hacı Həsən bir neçə saniyəlik sükutdan sonra dedi:
"Qədimdə bu Tehranda Hacı Seyid Həsən Rəzzaz və Hacı
Sadiq Büllurfüruş adlı iki pəhləvan vardı. Onlar çox yaxın
dost idilər. Güləşdə heç kim onlarla bacarmırdı. Həm də
onlar Allahın saleh bəndələri idilər. İdmanı həmişə bir
neçə Quran ayəsi və qısa bir rövzə ilə, İmam Hüseyn (ə)
əzasında dolmuş gözlərlə başlayardılar. Hacı Məhəmməd
Sadiqin və Hacı Seyid Həsənin isti nəfəsləri xəstələrə şəfa
verirdi”.
19
Sonra sözünə davam etdi: "İbrahim, mən səni onlara
bənzədirəm". İbrahim də gülümsəyib dedi: "Yox, hacı, biz
hara, onlar hara?!"
Bəzi
uşaqlar
Hacı
Həsənin
İbrahimi
belə
tərifləməsindən narahat oldular.
Ertəsi gün Tehranın zorxanalarından birindən beş
pəhləvan gəldi. Qərara gəldik ki, idmandan sonra bizim
uşaqlarımızla güləşsinlər. Hacı Həsənin hakimliyini hamı
qəbul etdi. İdmandan sonra yarış başlandı.
Dörd güləş yarışı baş tutdu. İkisində bizim uşaqlarımız
qalib gəldilər, ikisində onlar. Lakin son güləşdə bir qədər
ara qarışdı.
Onlar Hacı Həsənin başına qışqırırdılar. Hacı Həsən də
çox narahat olmuşdu.
Növbəti güləş İbrahimlə qonaqların biri arasında
olacaqdı. Onlar İbrahimi yaxşı tanıdıqlarına görə
uduzacaqlarına əmin idilər. Buna görə aranı qarışdırırdılar
ki, uduzsalar, günahı hakimin boynuna atsınlar.
Hamı hirslənmişdi. Bir neçə saniyədən sonra İbrahim
meydançaya girdi. Təbəssümlə bütün qonaqlarla görüşdü.
Səmimiyyət yenidən ortaya hakim oldu. Sonra dedi ki,
mən güləşməyəcəyəm. Hamı təəccüblə bunun səbəbini
soruşdu. Bir qədər sükutdan sonra sakitcə dedi: "Bizim
dostluğumuzun dəyəri bu işlərdən olduqca böyükdür".
Sonra da Hacı Həsənin əlini öpdü və bir salavatla
yarışın bitdiyini elan etdi.
Həmin gün zahirən qalib və məğlub olmadı, lakin əsl
qalib İbrahim idi. Geyinib getmək istəyəndə Hacı Həsən
hamımızı çağırıb dedi: "Bildiniz ki, nə üçün İbrahimin
pəhləvan olduğunu deyirdim?!"
Hamımız susduq. Hacı Həsən sözünə davam etdi:
"Baxın, uşaqlar, pəhləvanlıq bu gün gördüyünüzdür.
20
İbrahim bu gün öz nəfsi ilə güləşdi və qalib gəldi. İbrahim
Allaha görə onlarla güləşdən imtina etdi və bununla kin-
küdurətin qarşısını aldı. Uşaqlar, pəhləvanlıq gözlərinizlə
gördüyünüz bu işdir”.
***
İbrahimin pəhləvanlıq dastanları davam edirdi. Nəhayət,
inqilabi proses başlandı. Uşaqların əksəri inqilaba qoşuldu
və klassik idmanda iştirakları çox azaldı.
Bir gün İbrahim təklif etdi ki, sübh namazını zorxanada
cəm halda qılaq, sonra da idman edək. Hamı qəbul etdi.
Ondan sonra hər gün sübh azanı vaxtı zorxanaya
toplaşırdıq. Sübh namazını cəm halda qılıb idmana
başlayırdıq, sonra da bir qədər səhər yeməyi yeyib
işlərimizin ardınca gedirdik.
İbrahim buna çox sevinirdi. Çünki həm uşaqların
idmanı tətil olmurdu, həm də sübh namazını cəm halda
qılırdılar.
O, əziz İslam Peyğəmbərinin bu hədisini həmişə
oxuyurdu: "Sübh namazını cəm halda qılmaq mənim üçün
səhərə qədər oyaq qalıb ibadət etməkdən üstündür".
Müharibə başlayanda zorxananın fəaliyyəti çox zəiflədi.
Uşaqların çoxu cəbhələrə yollandı.
İbrahim də Tehrana az gəlirdi. Bir dəfə gələndə öz
idman alətlərini apardı və cəbhədə zorxana idmanı təşkil
etdi.
Əsl pəhləvan yetişdirməkdə Hacı Həsən Təvəkkülün
zorxanası dillər əzbəri olmuşdu. Orada İbrahimdən başqa
da Allah dərgahında pəhləvanlıqları isbat olunmuş çoxlu
gənclər vardı. Onlar öz qanları ilə imanlarını qorudular.
Hacı Həsənin zorxanasının gözəl və mənəvi dövrü
müqəddəs müdafiənin ilk illərində zorxananın mürşidi
Şəhid Həsən Şahabinin, Əmmar briqadasının komandiri
21
Şəhid Əsğər Rəncbəranın, habelə Seyid Salehinin,
Məhəmməd Şahrudinin, Əli Xürrəmdilin, Həsən
Zahidinin, Seyid Məhəmməd Sübhaninin, Seyid Cavad
Məcdpurun, Rzapəndin, Həmdullah Muradinin, Rza
Huryarın, Məcid Fəridvəndin, Qasim Kaziminin,
İbrahimin və digərlərinin şəhadəti, Hacı Əli Nəsrullahın,
Mustafa Hərəndinin, Əli Müqəddəmin əlilliyi və Hacı
Həsən Təvəkkülün vəfatı ilə sona çatdı.
Bir müddətdən sonra isə zorxananın yerində yaşayış
binası tikildi və bizim klassik idman dövrümüz tarixə
qovuşdu.
|