Сащибкарлыьа вя Базар Игтисадиййатынын


V qrup - aylıq patentin dəyəri 75 min manat



Yüklə 51,18 Kb.
səhifə9/11
tarix05.01.2022
ölçüsü51,18 Kb.
#111897
1   2   3   4   5   6   7   8   9   10   11
V qrup - aylıq patentin dəyəri 75 min manat:
• avtobusların və yük avtomobillərinin sahibləri tərəfindən əhaliyə nəqliyyat xidməti;

• şəxsi avtomobillərə və digər nəqliyyat vasitələrinə texniki xidmət və onların tə’miri;

• səyyar qaydada malların pərakəndə satışı;

• ictimai iaşə sahəsində səyyar qaydada xidmətlər göstərilməsi;

• xanəndələr tərəfindən əhaliyə musiqi xidmətləri göstərilməsi;

• həkimlik və diş protezləri qoyulması;

• vasitəçilik fəaliyyəti;

• vətəndaşların sifarişi ilə fotoşəkil çəkilməsi və digər foto işləri.


Qanuna əsasən patentin dəyəri Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə müəyyən edilmişdir. Respublika tabeli digər şəhərlərdə patent alınan zaman yuxarıda göstərilən dəyərin 75 faizi, qalan ərazilərdə isə 50 faizi tətbiq edilir.

Patentin dəyərini müəyyən edərkən yerli vergi orqanlarının 2-ci və 3-cü gəlirlilik qrupuna aid sahibkarlıq fəaliyyətini müvafiq olaraq 1-ci və 2-ci qrupa aid etməyə ixtiyarı var.

Minimum əmək haqqının 5 misli məbləğində güzəşti olan şəxslər üçün patentin dəyəri 40 faiz, 4 misli məbləğində güzəşti olan şəxslər üçün 30 faiz, 3 misli məbləğində güzəşti olan şəxslər üçün 25 faiz azaldılır.

Təqvim ili üçün patent əldə edərkən əldəetmə tarixindəki orta aylıq əmək haqqı məbləği əsas götürülür və il ərzində dəyişilməsindən asılı olmayaraq ondan əlavə vergi tutulmur.




Vergi tutulan illik gəlirin məbləği

Verginin məbləği

720.00 manata qədər

vergi tutulmur

720.001 - 1.200.000 manat

480.000 manatdan yuxarı məbləğdən 12%

1.200.001 - 2.400.000 manat

57.600 manat + 1.200.000 manatdan yuxarı məbləğdən 15%

2.400.001 - 4.200.000 manat

237.600 manat + 2.400.000 manatdan yuxarı məbləğdən 20%

4.200.001 - 7.200.000 manat

597.600 manat + 4.200.000 manatdan yuxarı məbləğdən 30%

7.200.000 manat və yuxarı

1.497.600 manat + 7.200.000 manatdan yuxarı məbləğdən 40%

Vergi, sahibkarın təqdim etdiyi bəyannamə, habelə vergi orqanlarının yoxlama materialları əsasında, şəxsin il ərzində əldə etdiyi məcmu illik gəlirdən tutulur. Faktiki illik gəlirdən vergilərin hesablanması vergiödəyənin daimi yaşayış yeri üzrə vergi orqanları tərəfindən aparılır.

Sahibkarlıqla məşğul olan şəxslərə müəssisə, idarə və təşkilatlar tərəfindən ödənilən məbləğdən tutulmalı olan vergi bilavasitə ödənc yerində tutulur. Müəssisə, idarə və təşkilatlar hər il fevral ayının 1-dən gec olmayaraq, vətəndaşlara ödədikləri məbləğlər və hesablanan vergilər haqqında vergi orqanlarına məlumat verməyə borcludurlar. Belə mə’lumatı alan vergi orqanı gəlir əldə etmiş şəxsin yaşayış yeri üzrə vergi orqanını xəbərdar edir.

Bilavasitə ödənc yerində vergi tutmaq mümkün olmadıqda isə sahibkardan gəlir vergisi vergi orqanlarının göstərdiyi məbləğdə avans ödənişləri şəklində il ərzində - mayın 15-inədək, avqustun 15-inədək, noyabrın 15-inədək tutulur.

Sahibkar il ərzində büdcəyə keçirdiyi avans ödənişlərini ötən illərin təcrübəsinə əsasən, ondan tutulan vergilər həcmində ödəyir. İlk dəfə vergitutmaya cəlb olunan şəxslər isə avans ödənişlərini vergi orqanlarının müəyyən etdiyi həcmdə, ehtimal olunan gəlir üzrə ödəyirlər.

İl başa çatdıqdan sonra məcmu illik gəlir üzrə vergi ödəməli olan sahibkarlar fevralın 1-indən gec olmayaraq qanunla müəyyən olunmuş formada vergi orqanına bəyannamə təqdim edirlər (əlavə №4).

Bəyannamədə il ərzində əldə edilmiş bütün gəlirlərin məbləği, onun əldə edildiyi mənbə, bu gəlirin əldə edilməsi ilə bağlı olan və sənədlə təsdiqlənmiş xərclərin məbləği, ödənilmiş vergilərin məbləği, o cümlədən avans ödənişləri göstərilir.

Gəlir vergisinin qəti məbləğini vergi orqanları bəyannaməni aldıqdan sonra 2 ay ərzində müəyyən edirlər. Fiziki şəxslər əskik ödədikləri vergi məbləğlərini bildiriş aldıqları gündən 3 ay ərzində ödəyir, vergi orqanları artıq tutduqları məbləğləri bəyannaməni aldıqdan sonra 2 ay ərzində qaytarırlar.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar iş birliyi əsasında birgə fəaliyyət göstərə bilərlər. Bu halda vergitutmanın xüsusiyyəti ondan ibarətdir ki, sahibkarlar kollektivi üzrə vergi tutulmalı olan ümumi məbləğ müəyyən edilərək hesablanır və yerdə qalan təmiz gəlir kollektiv üzvlərinin razılığına əsasən öz aralarında bölünür. Sahibkarlar kollektivi gəlirləri haqda vergi orqanlarına müəyyən olunmuş formada bəyannamə təqdim edirlər. Vergi orqanı isə kollektivin hər bir üzvünə vergi ödədiyi haqda bildiriş verir.

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan sahibkarlar kollektivi ilə vətəndaşlar arasında əmək müqaviləsi bağlandığı halda, sahibkarlar tərəfindən vətəndaşa ödənilən əmək haqqından qanunla müəyyən olunmuş qaydada vergi tutulur və avans ödənişləri zamanı büdcəyə keçirilir.




NÜMUNƏ: Vətəndaş il ərzində sahibkarlıqla məşğul olmuşdur. Onun illik gəliri 4.600.000. manat təşkil etmişdir. Qanuna əsasən, onun ödəməli olduğu gəlir vergisi - 717.600 manat təşkil edəcəkdir.

(4.600.000 - 4.200.000 = 400.000 х 30% = 120.000 + 597.600 = 717.600)


Vergi tutulan gəlirlərə bunlar aiddir:

• vətəndaşların kommersiya fəaliyyətindən əldə etdiyi gəlirlər;

• vətəndaşların qiymətli kağızlar üzrə apardığı əməliyyatlardan əldə etdikləri gəlirlər;

• əhaliyə məişət xidməti, sosial-mədəni sahədə pullu xidmət göstərilməsindən əldə etdikləri gəlirlər;

• mənzilin, əmlakın icarəyə və ya kirayəyə verilməsindən əldə edilən gəlirlər;

• vətəndaşların digər gəlirləri.


Vergi tutulan gəlir - ümumi gəlirlə (natura və pul formasında) onun əldə edilməsinə çəkilmiş xərc arasındakı fərq hesab olunur.
Gəlir əldə etmək üçün çəkilən xərclərin tərkibinə:

• maddi məsrəflər;

• əsas istehsal fondlarının bərpa olunmasına amortizasiya ayırmaları [«Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən bə’zi xərclərin tənzimlənməsi haqqında» AR Nazirlər Kabinetinin qərarı ilə nizamalanır];

icarə xərci;

• əmək haqqı üzrə xərclər;

• dövlət sosial sığortasına və məşğulluq fonduna ödənişlər (əmək haqqı fondunun 1%-i qədər təqaüd fonduna, 2%-i qədər əhalinin məşğulluq fonduna və 35%-i qədər məcburi sosial sığorta ayrılır);

• əmlakın məcburi sığortası üzrə ödənişlər;

• bankın qısamüddətli kreditləri üzrə faiz ödənişləri;

• əsas istehsal fondlarının təmiri ilə bağlı xərclər daxil edilir.


Yüklə 51,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin