1. SAHİBKARLIQ FƏALİYYƏTİNİN ANLAYIŞI
Sahibkarlıq (sahibkarlıq fəaliyyəti) vətəndaşların mənfəət və ya şəxsi gəlir əldə etmək məqsədi ilə müstəqil təşəbbüskarlıq fəaliyyətidir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının fəaliyyət qabiliyyətli hər bir vətəndaşı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. O, bu fəaliyyəti müəssisə yaratmaqla hüquqi şəxs formasında və ya hüquqi şəxs yaratmadan fiziki şəxs kimi həyata keçirə bilər.
Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan şəxs Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan edilməyən istənilən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün şəxs yerli vergi orqanlarında qeydiyyatdan keçərək şəhadətnamə və fəaliyyət göstərəcəyi sahə üzrə lisenziya almalı, bundan əlavə, əldə etdiyi gəlirin miqdarından asılı olaraq qanunla müəyyən olunmuş həcmdə vergi ödəməlidir.
Sahibkar öz fəaliyyətindən irəli gələn öhdəliklərə görə tam cavabdehdir və şəxsi əmlakı həcmində məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |