Dastandan parça: “Min yerdə ipək xalça döşənmişdi. İç Oğuzun, Dış Oğuzun bəyləri Bayandır xanın söhbətinə toplaşmışdı.Bayandır xanın qarşısında Qarabudaq, sağ yanında Uruz durmuşdu. Sol yanında isə Yeynək bəy durmuşdu. Baybörə bəy bunları gördükdə ah çəkdi.
Bunu görən Qalın Oğuzun arxası, Bayandır xanın kürəkəni Salur Qazan Baybörə bəyin üzünə qıyqacı baxaraq dedi:
-Baybörə bəy, niyə belə qəmginsən?
-Qazan xan, necə qəmgin olmayım, zarımayım? Nə oğlum var dayağım olsun, nə də qardaşım. Allah-taala məni qarğayıbdır… Bəylər, taxtım-tacım üçün fikir edirəm. Bir gün ölsəm, yerimdə-yurdumda kimsə qalmayacaq.
Qazan dedi:-Arzun elə budurmu, Baybörə bəy?
-Bəli, budur. Mən də istəyirəm, oğlum olsun, Bayandır xanın xidmətində durub, qulluq etsin, mən də baxıb fərəhlənim.
Belə dedikdə Qalın Oğuz bəyləri göyə üz tutdular. Əl qaldırıb dua etdilər. “Allah-taala sənə bir oğul versin” dedilər.”
“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”
Dördüncü boy süjetinə, ideyasına görə ikinci boyla səsləşir. Hər ikisində də ata, ana məhəbbəti, ağır günündə oğlunun köməyinə çatmaq motivləri vardır. Bu boyda əsas mövzu övlad tərbiyəsi ilə əlaqdardır. Qazan oğlu Uruzla ova çıxır. Onun əsas məqsədi də oğluna qəhrəmanlıq, yurdsevərlik, oğuz elinə məhəbbət aşılamaqdır. Qazan düşmənə qalib gəldiyi yerləri oğluna göstərir. Gözlənilmədən yadlar hücum edib gərgin döyüşdən sonra Uruzu əsir alırlar. Nəhayət, Uruz ata və anası tərəfindən əsirlikdən qurtarılır.
Dostları ilə paylaş: |