Səbail rayon Mərkəzləşdirilmş Kitabxana Sistemi Mərkəzi Kitabxana Mədəni irsimiz-milli sərvətimiz


Amanova, S.B. Talış corabı // S.B.Amanova. Xurcun / red. Ç.O.Qacar; tərc.ed. S. Nuruqızı. - Bakı: Təhsil, 2010, s.6-7



Yüklə 2,95 Mb.
səhifə3/14
tarix10.01.2022
ölçüsü2,95 Mb.
#107945
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14
Amanova, S.B. Talış corabı // S.B.Amanova. Xurcun / red. Ç.O.Qacar; tərc.ed. S. Nuruqızı. - Bakı: Təhsil, 2010, s.6-7.

Talış corabı

Qışda kəndə yolum düşəndə mən mütləq özümlə isti yun corablarımı da götürürəm. Əfsuslar olsun ki, uşaqlıqda atamın dostunun mənə bağışladığı isti corabları mən nə unuda bilirəm, nə də haradasa görüb ala bilirəm. Hər dəfə bu corabları xatırlayanda atamın dostu və onun bizim evə gəlişi gözlərimin önündə canlanır...


Qış aylarında ayaq geyimləri içərisində yundan toxunma corablar əsas yer tuturdu. Adətən, onu saya (rezinli) və bəzəkli (rezinsiz) toxuturdular. Saya corabların boğaz hissəsində 7-8 sm enində rezin toxunurdu. Azərbaycan qadınları coraba bəzək vurmaq işində mahir idilər. Əhali arasında “taxtamüjə”, “ərsin”, “alamuncuq”, “qarğaağzı”, “qoçbuynuzu”, “güllüxəmsə”, “dəhrəburnu, “cəhrəpəri”, “gəldirgə”, “zəncir”, “göl”, “quyrum” və s. kimi həndəsi, bitki və xalça ornamentləri olan corablar daha geniş yayılmışdı. Üzərində xalça ornamentləri salınmış bəzəkli corablar Qarabağda “gəbə corab”, Astara bölgəsində isə “şal corab” adlanırdı. Qış corabları bəzən dizə qədər, əksər hallarda isə dizdən bir qarış aşağıyadək toxunurdu. Azərbaycanın Qərb bölgəsi, Gəncəbasar, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran, Naxçıvan və b. bölgələrində corab toxuculuğu xarakterik olmuşdur.

Hekayə talış xalqının da madd mədəniyyət nümunəsi olan bəzəkli yun corablardan, onların ömrünü uzatmaq üçün el arasında görülən tədbirlərdən söhbət açılr.


Yüklə 2,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin