ayrı- ayrı lokal şəbəkələri birləşdirmək üçün WiMAX texnologiyasından
«maqistral kanal» kimi istifadə etmək olur. Bunun nəticəsində şəhər daxilində
byük əraziləri əhatə edən şəbəkə yaradılması mümkün olur.
Hal- hazırda WiMAX texnologiyasının 4 standartı mövcuddur: 802.16a,
802.16d, 802.16e və 802.16f.
WiMAX şəbəkəsi iki əsas hissədən ibarətdir (şək.1.3.18):
1. baza stansiyası- hündür obektlərin üzərində (bina, qüllə və s) yerləşdirilə
bilər;
2. istifadəçi WiMAX transiveri- qəbuledici/verici və antenna.
Baza stansiyası və istifadəçi transiveri arasında rabitə 2-11 GHs tezlik
diapazonunda qurulur. Belə rabitə ideal halda verilənlərin 20 Mbit/san
sürətlə
ötürülməsini təmin edir və nöqtələr arasında birbaşa görünüş tələb etmir. Baza
stansiyaları arasında rabitə isə 10-66 GHs tezlik diapazonunda təşkil olunur. Bu
zaman verilənlərin ötürülmə sürəti (baza stansiyaları arasında) 120 Mbit/san qədər
artırılır. Baza stansiyalarından heç olmazsa biri provayder şəbəkəsi ilə enlizolaqlı
yüksəksürətli kanal vasitəsi ilə birləşmiş olur. Faktiki olaraq, provayder şəbəkəsinə
nə qədər çox baza stansiyası qoşularsa, bir o qədər rabitənin sürəti və keyfiyyəti də
yüksək olar. Lakin provayder şəbəkəsinə qoşulmuş baza stansiyalarının sayının
çox az olduğu halda belə, hücrəvari topologiya sayəsində sistemdə yüklənmə
bərabər paylanılır. Hücrəvari quruluş həmçinin optimal rabitə kanallarının
təşkil
olunmasına da zəmin yaradır. Belə ki, böyük obyektlərin (dağ massivlərinin,
binaların və s.) rabitəyə mane olduğu hallarda, bir neçə ardıcıl baza stansiyası
verilənləri estafet prinsipi üzrə ötürərək bu maneəni aradan qaldıra bilər.
Шяк.1.3.18
WiMAX şəbəkələri öz strukturuna görə klassik
mobil rabitəsi sistemlərinə
bənzəyir. Hər iki halda təsir radiusu təqribən 50 km olan baza stansiyalarından
istifadə olunur. Belə baza stansiyalarını quraşdıran zaman düzünə görünüşün
olması əsas şərtlərdən biridir. Verilənlər baza stansiyasından abonent terminalına
ötürüldükdən sonra, adi Ethernet kabel vasitəsi ilə kompüterə və ya Wi-Fi
standartlı daxilolma nöqtəsinə ötürülə bilər. Belə quruluş
rayon və ya ofis lokal
şəbəkələrinin infrastrukturunun naqilli rabitədən WiMAX rabitəyə keçdikdə
pozulmamasını təmin edir.
WiMAX şəbəkənin təsir radiusu bir çox faktorlardan asılıdır:
1. Verilənlərin ötürülmə sürəti. Yəni, verilənlərin ötürülmə sürətinin artması
ilə, təsir dairəsinin radiusu azalır;
2. Relyefin quruluşu. Məsələn, binaların radioşəffaflıq dərəcəsi;
3. Antennaların yerləşmə şəraiti.
Hal- hazırda WiMAX texnologiyası aşağıdakı iş rejimlərini təklif edir:
1. Fixed WiMAX – fiksə olunmuş rabitə;
2. Nomadic WiMAX – seans rabitəsi;
3. Portable WiMAX – hərəkət rejimində rabitə;
4. Mobile WiMAX – mobil rabitə.
Bu rejimlərlə daha ətraflı tanış olaq:
Dostları ilə paylaş: