Qadınlara seçki hüququ isə 1893-cü ildə ilk dəfə Yeni Zellandiyada verilib. Daha sonra Şimali Avropa dövlətləri qadınlara bu hüququ tanıyıb Dünyada gedən qloballaşma və inteqrasiya prosesləri, kommunikativ
texnologiyaların inkişafı nəticəsində seçki mexanizmlərinin də
universallaşması baş verir və seçkilərin beynəlxalq standartları
yaranır.
Son onilliklərdə beynəlxalq seçki standartlarını müəyyən edən bir
sıra mühüm beynəlxalq sənədlər qəbul olunub.
Hazırda demokratik hüquqi cəmiyyətlərdə seçki qanunvericilikləri bu
sənədlərlə müəyyən edilmiş təməl norma və prinsiplərə əsaslanır.
Bu gün beynəlxalq seçki norma və standartları, əsasən, İnsan hüquqları haqqında Ümumi Bəyannamə, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası və onun 1 saylı Protokolu, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt kimi sənədlərdə öz əksini tapıb. İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə əsasən (21-ci
maddə), hər bir şəxs dövlətin idarə olunmasında bilavasitə və ya azad
şəkildə seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək hüququna
malikdir.
Xalqın iradəsi iqtidar hakimiyyətinin əsası olmalıdır:
bu iradə öz ifadəsini gizli səsvermə yolu ilə, ümumi və bərabər seçki hüququ və ya səsvermənin azadlığını təmin edən digər eyni cür formalar əsasında keçirilən mütəmadi və saxtalaşdırılmamış seçkilərdə tapmalıdır. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta əsasən (25-ci
maddə) hər bir insan heç bir ayrı-seçkilik və əsassız məhdudiyyət
qoyulmadan aşağıdakı hüquq və imkanlara malik olmalıdır:
7
a) dövlət işlərinin aparılmasında istər bilavasitə, istərsə də azad şəraitdə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək;