ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ


MƏSUMLARIN İBADƏTLƏRİNDƏNN NÜMUNƏLƏR



Yüklə 3,64 Mb.
səhifə20/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

MƏSUMLARIN İBADƏTLƏRİNDƏNN NÜMUNƏLƏR


Rəsuli Əkrəm (s.ə.v.v)-in ibadəti:

Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-in həzrət Xədicə ilə izdivacından sonra o həzrətin təhənnüf və ibadət dövrləri başlanır. Onun tənhalıq və yalqızlıq haləti, yəni öz qövmündən mənəvi və ruhi uzaqlığı günbəgün artmağa başlayır. Məkkə şəhərinə hakim olan mürtəce fəza və bu şəhərin cəmiyyəti sanki onun ruhunu sıxır, narahat edir, Məkkənin ətrafındakı dağlara sığınır, dərin təfəkkür və düşüncəyə qərq olur. Onun hansı aləmdə olduğunu, necə incə duyğular keçirdiyini yalnız Allah bilir, biz bunu dərk edə bilmərik. Məhz belə bir vaxtda uşaqlıq çağını yaşayan həzrət Əlidən başqa bir kəs onunla yoldaş deyildi.

Ramazan ayı gəlib çatdıqda Məkkənin ətraf dağlarının birində (şəhərin şimal-şərqində yerləşən sıra dağlardan ayrılan, düz xətt fomasında olan bir yerdə) və sonralar “Cəbəlun-nur” (“Nur” dağı) adlanan “Həra” mağarasında xəlvət bir məkana çəkilərək ibadətə məşğul olur. Bəlkə də sizin çoxunuz Həccə gedərkən Həra dağındakı Həra mağarasına gedə bilmisiniz. İki dəfə bu tovfiq mənə nəsib olmuşdur. Arzularımdan biri də budur ki, bu tovfiq həmişə mənə nəsib olsun. Normal insan üçün heç olmazsa bir saat vaxt lazımdır ki, bu dağın ətəyindən zirvəsinə çatsın, aşağı enməsi də təqribən 45 dəqiqə çəkir.

Ramazan ayı olanda Peyğəmbər (s.ə.v.v) Məkkəni büsbütün tərk edir, hətta Xədicədən də uzaq gəzirdi. Özü ilə azacıq miqdarda azuqə – bir qədər su və çörək aparırdı. Zahirən hər neçə gündən bir Xədicə bir nəfəri göndərirdi ki, ona bir qədər su və çörək aparsın. Bu ayı bütünlüklə xəlvət məkanda Allahla raz-niyaz edər, ibadətlə məşğul olardı. Əlbəttə, yalnız Əli (ə) bəzən orada olurdu (bəlkə də həmişəlik orada olurdu, amma mən indi bunu bilmirəm). Şübhəsiz, Əli (ə) bəzi vaxtlar orada olurdu, çünki özü belə buyurur:Vəhy nazil olan saatda (ya anda) mən orda idim.”

Həmin dövrdə Peyğəmbər (s.ə.v.v) o dağdan aşağı enmir və daim Allaha ibadət edirdir. Onun necə dərin təfəkkürdə olması, Allahla necə aşiqanə raz-niyaz etməsi və orada hansı aləmləri qət etməsi bizim üçün əsla təsəvvür olunası deyildir.1

Besətdən sonra da gecənin bir qismini, bəzən yarısını, bəzən üçdə birini, bəzən də üçdə ikisini ibadətlə məşğul olurdu. Halbuki onun, xüsusilə Mədində olduğu müddətdə gününün hamısı işgüzarlıqla, fiziki fəaliyyətlərlə keçirdi, amma bu, onun ibadətini əsla azaltmırdı. O, özünün tam aramlığını və ruhi asudəliyini Allahla raz-niyazda və ibadətdə tapırdı. Onun ibadəti behiştə tamahlı olduğundan, yaxud cəhənnəmdən qorxduğundan deyildi; əksinə tam mənada aşiqanə və nemət sahibinə şükr etmək məqsədi daşıyırdı. Bir gün zövcələrindən biri dedi: “Axı sən nə üçün bu qədər ibadət edirsən? Sən ki, bağışlanmısan!” Peyğəmbər (s.ə.v.v) cavab verdi: Allahın şükr edən bəndəsi olmayımmı?!”

Peyğəmbər (s.ə.v.v) çox oruc tutardı. Ramazan ayı və Şəban ayının bir qismindən əlavə, il boyu bir gündən bir oruc tutardı. Ramazan ayının axırıncı on günlüyünü öz yorğan-döşəyini tamamilə yığışdırır, məsciddə etikaf bağlayır və bütün vaxtını ibadətə sərf edirdi. Lakin başqalarına deyirdi: Hər ayda üç gün oruc tutmağınız kifayətdir.” Yenə buyururdu:Taqətiniz ( imkanınız) qədər ibadət edin, öz tutumunuzdan başqa özünüzə artıq şey yükləməyin, yoxsa əks nəticə verər.” O həzrət röhbaniyyət və guşəneşinlik (aspekt tərzi), eləcə də əhli-əyalını tərk etməklə müxalif idi. Belə qərara alan bəzi səhabələrini danlayır və onların işlərini inkar edərək buyururdu: Sizin bədəninizin, arvad-uşaqlarınızın dostlarınızın hamısının sizin üzərinizdə hüquqları vardır, onlara riayət etməlisiniz.”

Təklikdə olanda ibadətini uzadır, bəzən saatlarla təhəccüdə, ibadətə məşğul olurdu. Amma camaat namazı qılarkən ixtisarla əməl edir, məmumların ən zəifinin halına riayət etməyi lazım bilir və bu işi tövsiyə edirdi.1


HƏZRƏT ƏLİ (Ə)-IN İBADƏTİ


Əli (ə)-ın şəhadətindən uzun illər keçəndən sonra Ədi ibni Hatəm Müaviyənin yanına gəldi. Müaviyə Ədinin Əli (ə)-ın qədim dostlarından olduğunu bilirdi. Müaviyə elə bir iş görmək istəyirdi ki, onun qədimi dostu heç olmazsa həzrət Əli (ə)-ın əleyhinə bir kəlmə olsa belə söz desin. Bu məqsədlə dedi: Ədi! Oğlanların necə oldu? (Ədinin üç oğlu var idi: Tərif, Tərfə, Tarif. Onların hamısı cavanlıq vaxtlarında Siffeyn müharibəsində Əli (ə)-ın tərəfində iştirak edirdilər və Müaviyə ilə döyüşərkən şəhid olmuşdular. Müaviyə Ədini narahat etmək istəyirdi ki, bəlkə Əli (ə)-dan narazı olduğunu izhar etsin.) Ədi dedi: – Onlar öz Mövlalarının qoşununda idilər, sən küfr bayrağı altında olduğun zaman səninlə vuruşub şəhadətə yetdilər.

Müaviyə dedi: – Ədi! Əli sənin barəndə insafla rəftar etmədi!

Ədi dedi: – Necə bəyəm?!

Müaviyə dedi: – Öz oğlanlarını qoruyub saxladı, sənin oğlanlarını isə ölümə verdi.

Ədi dedi: – Müaviyə! Mən Əlinin barəsində insafla riayət etmədim! Əli indi torpaqlar altında olmamalıydı, mən isə sağ qalmamalı idim! Kaş mən öləydim, amma Əli sağ qalaydı!

Müaviyə gördü ki, atdığı ox daşa dəydi, odur ki, dedi: – Ədi! Artıq bu sözlərin vaxtı keçmişdir, ürəyim istəyir ki, sən Əli ilə bir yerdə çox olduğuna görə onun işlərindən, nə etdiyindən mənim üçün deyəsən.

Ədi dedi: – Müaviyə! Bu istəkdən keç və məni üzürlü hesab et.

Dedi: – Yox! Hökmən bunu deməlisən!

Ədi Əli (ə)-ın barəsində söhbət etməyə başladı dedi: Müaviyə! Mən öz gözlərimlə müşahidə etdiyim bir mənzərəni sənə demək istəyirəm. Gecələrin birində Əlini ibdət mehrabında gördüm. Öz Allahının məhəbbətində qərq olmuşdu, mübarək əli ilə saqqalını tutub deyirdi: Ah, ah, ah! Bu dünya onun atəşlərindən! (Deyirdi:) Ey dünya, məndən başqasını aldat, məni aldada bilməzsən!”

Ədi Əli (ə)-ı elə vəsf etdi ki, Müaviyənin daş kimi bərkimiş ürəyi təsirləndi, köynəyinin qolu ilə üzündəki göz yaşlarını sildi. Sonra dedi: – Dünya Əli kimi bir övladı yetirməkdə acizdir.



Tərif və fəzilətlərə düşmən də şahiddir

Fəzilət odur ki, düşmən şəhadət versin

Əli (ə) elə bir insandır ki, düşmənləri onun fəziləti barəsində şahədət verirlər.1



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin