İKİNCİ BÖLMƏ İBADƏT
Hər bir cəhətdən yeganə olan Allaha ibadət və pərəstiş etmək Ondan başqa hər bir varlığa pərəstişi tərk etmək ilahi peyğəmbərlərin təlimlərinin əsas prinsiplərindən biridir. Peyğəmbərlərin heç birinin təlimləri ibadətsiz olmamışdır.
Bildiyimiz kimi, müqəddəs islam dinində də ibadət bütün təlimlərin sərlövhəsidir. İslam dinində ibadət həyatdan ayrı olan, tamamilə başqa dünyaya aid olan təlimlər silsiləsindən ibarət deyildir. Əksinə, islami ibadət həyat fəlsəfələri ilə yanaşı, ayrılmaz və həyatın bətnindədir.
İslami ibadətlərin bəziləri müştərəq şəkildə və insanların cəmliyində yerinə yetirilir. Bundan əlavə, islam dini fərdi ibadətləri də elə bir formaya salmışdır ki, həyatın vəzifələrindən bir qisminin yerinə yetirilməsini öhdəsinə alır. Məsələn, kamil bəndəçiliyin izhar edilməsinin nümunəsi olan namazın islamda özünə xas forması var, hətta xəlvət bir məkanda, təlikdə ibadət etmək istəyən bir şəxs də bəzi əxlaqi-ictimai məsələləri, o cümlədən paklıq, başqalarının hüququna ehtiram qoyulması, vaxtın və coğrafi cəhətin tanınması, hisslərin nəzarət altına alınması, Allahın bəyənilmiş və layiqli bəndələri ilə sülh və səfada olmaq və s. kimi vəzifələri yerinə yetirməyi özünə borc bilir.
İBADƏT – BƏŞƏR RUHUNUN EHTİYACIDIR
Zamanın heç vaxt təsir qoya bilmədiyi, dəyişiklik edilməyin və qüvvədən düşməyin mümkün olmadığı sabit xülqlərdən biri də pərəstiş və ibadətdir. Bəşərin ruhi ehtiyaclarından biri də pərəstişdir. Pərəstiş o halətə deyilir ki, onda insan öz batini nahiyyəsindən onu yaradana, bütün müqəddəratı onun qüdrət əlində olan bir həqiqətə tam mənada diqqət yetirir, özünü ona tam mənada möhtac bilir. Həqiqətdə bu, insanın məxluqdan Xaliqə doğru etdiyi seyrdən ibarətdir. Bu məsələnin özü malik olduğu hər hansı bir faydasını nəzərə almasaq belə, bəşərin ruhi ehtiyaclarından biridir, onun tərk edilməsi bəşərin ruhunda müvazinət halının pozulmasına gətirib çıxarır. Sadə bir misal qeyd edirəm: Yük heyvanlarının üstünə salınan xurcunların hər iki gözünə bir-birini tarazlayacaq qədər yük qoyulmalıdır. Bir tərəf dolu, o biri tərəf isə boş olsa tarazlıq yarana bilməz. İnsanın varlığında çoxlu təmin olunmamış boş yerlər vardır, onun qəlbində çox şeylərin yeri vardır. Hər hansı bir ehtiyac təmin olunmazsa, insanın ruhu o cəhətdən iztirablı və qeyri-mötədil, tarazlıq və müvazinəti pozulmuş olacaqdır. Əgər insan bütün ömrü boyu ibadətə məşğul olsa, amma özünün sair ehtiyaclarını təmin etməsə, təmin olunmayan ehtiyaclar onu narahat edəcəkdir. Bunun əksi də bu cürdür: İnsan həmişə maddiyyatın ardınca gedərsə, mənəviyyatı üçün heç bir vaxt qoymazsa və ona diqqət yetirməzsə yenə də onun ruhu həmişə narahat və iztirablı olacaqdır.
Nehru cavanlıq yaşlarında dinsiz bir insan idi. Amma ömrünün axırlarında onda mənəvi bir dəyişiklik baş vermişdi. Onun özü belə deyir: Mən həm öz ruhumda, həm də dünyada bir boşluq, sanki boş bir yer hiss edirdim ki, mənəviyyatdan başqa heç bir şey onu doldura bilməzdi. Dünyada meydana gələn bu iztirabın səbəbi onda mənəvi qüvvələrin zəiflədilməsi idi. Bu tarazlığın pozulmasının da səbəbi məhz bundan ibarətdir. Deyirlər ki, hal-hazırda sovetlər ölkəsində bu narahatçılıq özünün böhranlı həddindədir. Camaatın ac olduğu, eləcə də aclığın başqa şeylər barəsində fikirləşməyə icazə vermədiyi bir dövrdə hamının fikri-zikri və himməti güzəranın təmin edilməsi və yaşayış uğrunda mübarizə idi. Sonralar adi həyata qayıtdıqdan sonra (indi) onların arasında bir ruhi narahatlıq tapılmışdır. İşdən qurtarmaları ilə eyni zamanda müsibətlərin əvvəli başlanır ki, görəsən boş vaxtlarını nə ilə keçirsinlər? Sonra o deyir ki, mən bu boşluqlarını mənəvi işlərdən başqa bir şeylə doldura bilməsini güman etmirəm. Bu da elə məndə baş vermiş olan həmin boşluqdan ibarətdir.
Deməli, insanın doğrudan da ibadət və pərəstişə bir ehtiyacı vardır. Hal-hazırda psixi xəstəliklərin artmasının əsasa səbəbi də məhz camaatın ibadət və pərəstişdən uzaq düşmələridir. Biz bunu hesab etməmişdik, amma bilin ki, belə bir şey vardır.
Namaz bütün şeylərdən öncə evin təbibidir, belə ki, idmanın sağlamlıq üçün faydalı, təmiz suyun hər bir evə lazım olduğu kimi, pak havanın hər kəsə tənəffüs üçün zəruri olduğu kimi, sağlam gigieniya və iaşəçilik normalarına riayət olunaraq hazırlanan yeməklərin insana lazım olduğu kimi namaz da insanın mənəvi sağlamlığı üçün zəruridir. Siz bilmirisiniz ki, əgər insan gün ərzində müəyyən vaxtını Pərvərdigar ilə raz-niyaza, münacata ayırsa onun ruhu nə qədər pak olar! Onun ruhuna əziyyət verən amillər bir namazın vasitəsilə yox olub arada gedir.1
İBADƏT YARADILIŞIN SİRRİDİR
Allah-taala insanı məhz, Ona sitayiş etmək, Onun əmr və fərmanlarına itaət etmək üçün yaratmışdır. Deməli, insanın vəzifəsi Allaha itaət etməkdir: “Həqiqətən cinləri və insanları Mənə ibadət etmələrindən başqa bir iş üçün yaratmamışam.”1
İnsan öz Allahına pərəstiş etməklə və Onu yad etməkdən başqa bir yolla özünü tapmaz. Əgər öz Allahını, məbudunu unudarsa, özünü də unudar, kim olduğunu, nə üçün yarandığını, nə etməli olduğunu və hara gedəcəyini də bilməz: “O kəslərdən olmayın ki, Allahı unutdular, Allah da onların özlərini özlərinə unutdurdu.”2
İBADƏT İLAHİ ƏHD-PEYMANDIR
------
Bu ayədə bir ilahi əhd-peymandan söz açılaraq buyurulur: “Ey Adəm övladı! (Ayədə bir-iki nəfərə, yaxud bir-iki ümmətə deyil, bütün insan övladlarına xitab olunur:) Mən sizinlə əhdpeyman bağlamadımmı?”
Buyurulur ki, Mən sizinlə əvvəllər əhdpeyman bağlamışam ki, şeytana pərəstiş etməyəsiniz. Burada “şeytana pərəstiş etmək” dedikdə məqsəd heç də mehrabda hər hansı bir şeytan heykəli düzəldib ona sitayiş etmək deyil, şeytanın əmrlərinə tabe olmaqdır.
“ərə”
“Sizinlə əhd-peyman bağladım ki, şeytana pərəstiş etməyəsiniz, yalnız Mənə itaət edəsiniz. Bu düzgün və sizi səadətə çatdıran bir yoldur.3
Dostları ilə paylaş: |