ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ


İBADƏT İNSANA ƏMR OLUNAN MƏSƏLƏDİR



Yüklə 3,64 Mb.
səhifə3/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   2   3   4   5   6   7   8   9   ...   39

İBADƏT İNSANA ƏMR OLUNAN MƏSƏLƏDİR


-------

Peyğəmbər, Quran və onun ayələri (bu ayədə buyurulan) ilahi bəyyinədir. Bu ilahi bəyyinə görəsən camaatdan nə istəyir? Bəzi vaxtlar ilahi bəyyinə dözülməz bir təklifi vacib edərək camaatdan elə bir şey istəyir ki, onların həyatını tamamilə dözülməz hala salır. O zaman camaat iki işdən birini seçməlidir: ya öz həyatlarını tamamilə puça çıxartmaqla hər bir şeyi buraxıb, məsələn, peyğəmbərin sözünə qulaq asmalıdır, (ya da öz işlərinə məşğul olmalıdırlar) . Birinci halda camaata bir qədər haqq vermək olar ki, bu çox da asan bir iş deyildir. Çünki bu halda Peyğəmbər bizə deyir ki, sən öz əhl-əyalını, həyatını, məişətini, işini, övladını, qohum-əqrəbanı burax birlikdə gedib, misal üçün, filan dağın ətəyində ölənə qədər tək-tənha olaq. Xeyr, Peyğəmbər gəlib onlardan elə bir şey istəmişdir ki, nəinki onlar üçün çətin deyil, üstəlik onların məişətləri ilə tamamilə münasibdir. Məgər Peyğəmbər onlardan nə istəyirdi? Əvvəla pərəstiş barəsində buyurulur ki, Allahdan başqa heç bir varlığa pərəstiş etməyin. Məgər bu pisdirmi?-----Buyurulur ki, “yalnız Allaha pərəstiş edin, Allahdan qeyri heç bir varlığın qarşısında əyilməyin, Onun dininə itaət etməyi, yoluna tabe olmağı və Onun qarşısında xüzu-xüşu etməyi yalnız Onun xatirinə yerinə yetirin. Bu necə bir istəkdir?

-------

“Hənif” yəni, haq axtaran. Bu kəlmənin, onunla eyni vəzndə (quruluşda) olan cəniflə fərqi bundan ibarətdir ki, haqdan batilə olan yönəlməyə “cənafət”, batildən haqqa yönəlməyə isə “hənafət” deyilir. Başqa təbirlə desək, mötədil, təfrit və iftardan uzaq olan bir yola yönəlməyə-----Bu hənafət deyilir ki, haqqa yönəlmə də onun mənasında gizlənibdir. İfrat və ya təfritə yönəlməyə isə “cənafət” deyilir.



Görəsən bu bəyyinə camaatdan nə istəyir? Əvvəla bunu istəyir ki, Allahdan başqa heç bir varlığa sitayiş etməsinlər, yalnız və yalnız Onun qarşısında xüzu etsinlər, hünəfa, yəni haqq axtaran və mötəqil olsunlar. İkincisi isə bəndələr ilə Allah arasında rabitə olan namazı bərqərar etsinlər. Təkrarən qeyd etmişik ki, “namazın bərqərar edilməsi” “namaz qılmaq”dan tamamilə fərqlənir. “Namazın bərqərar edilməsi” dedikdə, məqsəd budur ki, namazı elə şəkildə yerinə yetirək ki, onun haqqı əda olunmuş olsun. Yəni qəlbin hüzuru, xüzu, xüşu və təfəkkürlə yanaşı olan namaza namazın bərqərar edilməsi deyilir.1

İBADƏT – İMANIN NİŞANƏSİDİR


Bir gün Peyğəmbəri-əkrəm (s.ə.v.v) sübh namazından sonra Süffə səhabələrinin yanına getdi (Peyğəmbər (s.ə.v.v) onların vəziyyətini yoxlamaq üçün Süffəyə tez-tez gedirdi.) Bu zaman gözü qeyri-adi bir halda olan bir cavana sataşdı. Onun gözləri çuxura düşmüşdü, rəngi adi rəngdə deyildi. Peyğəmbər (s.ə.v.v) irəli gəlib buyurdu: Gecədən necə sübhə çıxdın?

Cavan dedi: Yəqin əhli olan halda sübhə çıxdım, ey Rəsuləllah. Yəni sənin dilinlə dediyin və bizim qulaqlarımızla eşitdiyimiz şeyləri hal-hazırda (bəsirət gözü ilə) görürəm.

Peyğəmbər (s.ə.v.v) ondan bir qədər artıq məlumat almaq istədi və buyurdu: Hər şeyin əlaməti vardır. Sən yəqin əhli olduğunu deyirsənsə de görüm onun əlaməti nədir?

Dedi: Mənim yəqinimin əlaməti budur ki, yəqinim gündüzlər məni susuz, gecələr yuxusuz saxlayır. Yəni, bu günlərdə və gecələrdə oyaq qalmaq mənim yəqinimin əlamətidir. Mənim yəqinim gecə başımı rahat yatağa qoymağa icazə vermir. Mənim yəqinim hətta bir gün olsun belə, oruc olmamağa icazə vermir.

Peyğəmbər (s.ə.v.v) buyurdu: Bu kafi deyildir, bundan artıq xəbər ver. Səndən daha çox əlamətlər istəyirəm.

Cavan dedi: Ya Rəsuləllah! Bu dünyada olduğum indiki zamanda sanki o dünyanı görür, səslərini eşidirəm, behişt əhlinin səsini behiştdən, cəhənnəm əhlinin səsini cəhənnəmdən eşidirəm. Ya Rəsuləllah! Əgər icazə versən elə indinin özü səhabələrdən hansının behişt əhli, hansının isə cəhənnəm əhli olduğunu xəbər verərəm.

Peyğəmbər (s.ə.v.v) buyurdu: Sus! Artıq heç nə demə.1

Peyğəmbər (s.ə.v.v) ona buyurdu: Ey cavan! Sənin arzun nədir?

Dedi: Ya Rəsuləllah, Allah yolunda şəhid olmaq istəyirəm.

Belə bir cavanan ibadətləri də, arzuları da göz qabağındadır. Gündüzlərini və gecələrini ibadətlə keçirir, həqiqi mömin və islamın kamil insanı olur. Hər iki dərdə sahib olduğu ilə yanaşı, ikinci dərdinin mənşəyi birinci dərdidir. O da Allah eşqinə qovuşmaq məsələsidir. Bu, ikinci dərdi də onda icad etmişdir.2


İBADƏT – İSLAM TƏLİMLƏRİNİN BAŞIDIR, SƏRLÖVHƏSİDİR


İbadətlə əlaqədar söhbət etdiyim zaman dedim ki, heç vaxt “islam təkcə ictimai bir dindir, yaxud “təkcə bir əxlaq dinidir”-deməyin. Əksinə islam bunların hamısını əhatə edən bir dindir. İslam dini ictimai təlimlər barəsində ən yüksək nəzəri bəyan edərək buyurur:

-----


Bütün peyğəmbərləri buna görə göndərdik ki, camaat arasında ictimai ədalət bərqərar olunsun.”1

İslam yaxşı əxlaq üçün ən yüksək nəzərləri verərək buyurmuşdur:

-----

Allah o kəsdir ki, savadsız insanlar arasında onların özlərindən olan bir rəsul göndərdi ki, onlara Allahın ayələrini oxusun, (onları ruhi aludəliklərdən, mənəvi çirkinliklərdən) təmizləsin, onlara kitabı hikməti öyrətsin.”2



Belə bir sual yarana bilər ki, görəsən ictimai təlimlərin dəyərini bu qədər yüksəldən islam dini bununla yanaşı ibadətin dəyərini azaltmışdırmı? Əsla yox! İbadətin dəyərini bir zərrə olsun belə azaltmamış, əksinə onun məqamını bunların hamısının fövqündə qoruyub saxlamışdır.

İslam nəzərindən təlimlərin sərlövhəsi və başı ibadətdir. Əgər ibadət düzgün şəkildə yerinə yetirilsə, yerdə qalan iki məsələ də düzgün olacaqdır. Əgər ibadət olmasa o ikisi də həqiqi mənasını tapmayacaqdır. Dünyada əxlaqi və ictimai məsələlərdə yaxşı müsəlman olan, lakin ibadətlə əlaqədar məsələlərdə yaxşı müsəlman olmayan bir şəxsin tapılmasına inanmayın. Biz namaz qılmayan bir şəxsin müsəlmanlıqla əlaqədar bir şeyə malik olmasına inanmırıq. Əmirəl-möminin Əli (ə) buyurur: Allaha iman gətirdikdən sonra heç bir şey namaz həddində deyildir.” Peyğəmbəri-əkrəm (s.ə.v.v) buyurmuşdur: Namaz insanın evində olan isti su bulağına bənzəyər insan gün ərzində beş dəfə isti su ilə bədənini yuyar.”

-----

Hökmən namaza yetişin, namaz barəsində muğayət olun!”



Allah-taala Peyğəmbərə (s.ə.v.v) buyurur:

-----


Öz ailənə əmr et ki, namaz qılsınlar, özün də namaza səbr et (yəni çoxlu namaz qıl və ona döz) “

------

Allah bilir ki, sən və səninlə olan şəxslər gecələr qalxıb ibadət edir və Allaha pərəstiş edirsiniz.”



------

Ey Peyğəmbər! Gecənin bir qismini təhəccüdlə (Allaha ibadət yalvarışla) məşğul ol. (Bu Peyğəmbərə vacib idi) . Bəlkə Allah bu hal ilə səni bəyənilmiş məqama (məqami məhmuda) çatdıra.”1



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin