ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə7/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   2   3   4   5   6   7   8   9   10   ...   39

ZALIMLARA PƏRƏSTİŞ


Allah sizlərdən iman gətirib layiqli əməllər edənlərə müjdə vermişdir ki, onlardan əvvəlkilərə yer üzünün xilafətini əta etdiyi kimi, onları da yer üzünün xəlifələri etsin, Allahın onlar üçün bəyəndiyi dini yaysın, onların qorxularını əmin-amanlığa çevirsin. Onlar Mənə ibadət edər heç nəyi Mənə şərik qoşmazlar.”4

Bu ayənin son cümləsi göstərir ki, yer üzündə ilahi xilafət və haqq hökumət bərqərar olunan zaman iman əhli zalımların itaət zəncirlərindən azad olacaqlar. Bu məsələ “onlar yalnız Mənə ibadət edər və Mənim üçün heç bir şeyi şərik qoşmazlar”-deyə bəyan olunur. Buradan məlum olur ki, Quran nəzərindən hər bir itaət ibadət yönünə malik olan bir işdir: əgər Allah üçün olsa Allaha itaətdir, əgər Allahdan başqası üçün olsa Allaha şərik qoşmaqdır.

Bu cümlə doğrudan da çox maraqlıdır, Belə ki, əxlaqi nəzərdən heç bir vəchilə ibadət sayılmayan “zalımlara itaət” ictimai nəzərdən ibadət sayılmışdır.

Rəsuli-əkrəm (s.ə.v.v) buyurmuşdur:

Hərgah Üməyyə oğlu Asın övladları (Mərvan Həkəmin Əməvi xəlifələrin əksəriyyətinin babası) 30 nəfərə çatsa Allahın malını öz aralarında əlbəəl dolandırar, Allahın bəndələrini özlərinə qul edər Allahın dinini qarışdırarlar.”1

Bu hədis zalım Əməvi hakimlərinin törətdikləri zülm və istibdadlara işarədir. Aydındır ki, Əməvi xilafəti nə camaatı özlərinə sitayiş etməyə çağırırdılar, nə də onları özlərinə qul etmişdilər, əksinə onlar öz zalım əməllərini və istibdadlarını camaata zorla qəbul etdirmişdilər. Rəsuli-əkrəm (s.ə.v.v) özünün ilahi uzaqgörənliyi ilə bu yaranacaq bu vəziyyəti bir növ şirk və qul-quldarlıq rabitəsi hesab edib.2


XALİQİYYƏTDƏ (XƏLQ ETMƏKDƏ) VƏ İBADƏTDƏ ŞİRK


Bəziləri ibadətdəki şirki xaliqiyyətdəki şirklə qarışıq salır və belə güman edirlər ki, ibadətdə şirk pərəstiş olunan bir şeyin yaradılış aləmində xəlq etmək və yaratmaq baxımından müəyyən məqama malik olmasını tələb edir. Onların nəzərinə əsasən, zərdüştlər yaradılış aləmində od (atəş) üçün belə bir məqama inanmadıqlarından, müşrik olmamışlar. Əgər belədirsə deməli cahiliyyət dövrünün ərəbləri müşrik deyilmişlər, çünki onlar Allah üçün edilməli olan namaz və qurbanlıq kimi işləri bütlər üçün görür və bundan başqa bir iş görmürdülər. Onlar heç vaxt Hübəl və yaxud Üzza kimi bütləri müstəqil şəkildə rəbbün-növ hesab etmirdilər.

Digər yanlış fikir bundan ibarətdir ki, əgər bir şeyin varlığı çox faydalıdırsa bəşərin ona sitayiş etməsinin eybi yoxdur.

Atəşin müqəddəs sayılmasının namaz vaxtı Kəbə səmtinə üz tutmaqla müqayisə olunması çox səhv bir fikirdir. Hətta avam olsa belə, heç bir müsəlman namaz qılmaq üçün üzü qibləyə dayananda onun zehnindən bu əməli ilə Kəbəyə təzim, ikram və ya onu təqdis etmək fikri keçmir. İslamın Kəbəni namaz üçün qiblə qərar verməsinin mənası bu deyildir ki, camaat namaz vaxtı Kəbəni təqdis etsinlər. Buna görə də namaz vaxtı heç bir müsəlmanın zehnində Kəbəni təqdis etmək fikri keçmir. Bu, eynilə müsəlmanlara “namaz vaxtı hamınız cənub nöqtəsinə doğru dayanın”-deyilməsinə bənzəyir. Bunun məfhumu ibadət zamanı hamının eyni vəziyyətə malik olmasından başqa bir şey deyildir. İslam dinində heç bir zaman Allahın Kəbə və yaxud Məscidul-həramla xüsusi bir rabitəsi olmasına azacıq olsun belə işarə edilməmiş, əksinə bu məsələnin tam əksi təlim verilmişdir. Qurani-kərim aşkar şəkildə buyurur:

Hər tərəfə üz tutsanız Allahın vəchi oradadır.”1

Kəbəyə də beyt (ev) deyilməsinin səbəbi budur ki, hər bir məbəd (ibadətgah) beytullahdır (Allahın evidir) . Deməli, namazda üzü Kəbəyə doğru dayanmaq yalnız ictimai bir fəlsəfə və hikmətə əsaslanır. O hikmət də bundan ibarətdir ki, əvvəla, müsəlmanlar ibadət əməlini yerinə yetirərkən üzlərini tutduqları cəhət istiqamətində vahid olsunlar, aralarına təfriqə düşməsin. İkincisi, vəhdət üçün nəzərdə tutduqları, seçdikləri nöqtə elə bir yer olmalıdır ki, yeganə Allaha pərəstiş üçün tikilən ilk ev olsun. Bu da öz növbəsində yeganə olan Allaha bir növ ehtiram sayılır.2

İBADƏTDƏKİ TÖVHİDLƏ ŞİRKİN SƏRHƏDDİ


Əməli tövhiddə tövhidlə şirkin sərhəddi “Ona doğur olmaq”dır, yəni “İnna iləyhi raciun”. Hər bir mövcuda və varlığa diqqət yetirilməsi – istər zahiri olsun, istərsə də mənəvi – hər vaxt məqsəd deyil, sadəcə olaraq Haqqa doğru yol tapmaq üçün vasitə onda bu Allaha diqqət yetirməkdir. Hər bir hərəkət və yol, ona diqqət yetirilməsi sadəcə olaraq “yol” olduğuna görə, əlamətlərə və nişanələrə diqqət yetirilməsi də yoldan azmamaq üçün olsa, “məqsədə doğru olmaq”, “məqsədə doğru hərəkət etmək”dir.

İlahi peyğəmbərlər və övliyalar “Allah yolları”dırlar. Dualarda deyilir: Siz ən əzəmətli ən möhkəm yolsunuz.”3

Onlar Allaha doğru seyr etməkdə əlamət və nişanələrdən ibarətdir: bəndələr üçün yol göstərən əlamətlər, Allahın ölkəsində mənar (çıraq) və Allahın yoluna dəlalət edənlərdir.1

Onlar haqqa doğru yol göstərən və insanları hidayət edənlərdir: Həmçinin Allaha doğru çağıranlar və Allahın razılığına yol göstərənlərdir.2

Deməli, münaqişəli məsələ təvəssül, ziyarət, Allah övliyalarını çağırmaq, onlardan təbiətin fövqündə dayanan işlərin baş verməsini ummaq və s.-nin şirk olub-olmamasında deyil, tamamilə başqa bir şeydir. Əvvəla araşdırmalıyıq ki, görəsən peyğəmbərlər və övliyalar ilahi dərgaha yaxınlaşmaq mərtəbələrində elə yüksəkliklərə nail olmuşlarmı ki, Haqq-taalanın tərəfindən belə bir böyük nemətə layiq görülə bilsinlər, ya yox? Qurani-kərimdən məlum olur ki, Allah-taalaÖzünün seçilmiş bəndələrinin bir qisminə belə bir məqamlar və yüksək dərəcələri inayət etmişdir.3

Digər bir məsələ bundan ibarətdir ki, görəsən təvəssül edən və imamlardan hacət istəyən şəxslər tövhid nəzərindən düzgün fikrə malikdirmi? Görəsən doğrudan da “Allah dərgahına yol olmaq” nəzərindən onların ziyarətinə gedirlər, yoxsa Allahı unudaraq ziyarət olunan şəxsi əsas məqsəd kimi nəzərdə tuturlar? Şübhəsiz ki, camaatın əksəriyyəti belə bir qərizəvi diqqətlə ziyarət gedirlər. Çox az insanlar tapılsa bilər ki, hətta qərizə həddində olsa belə tövhidi dərk etməsinlər. Onlara ziyarətin şirk olduğunu deyil, tövhidi başa salmaq lazımdır.

Üçüncü məsələ bundan ibarətdir ki, Allaha təsbih, təkbir və həmdi-sənanı çatdıran fellər və sözlər, habelə mütləq şəkildə kamil və zatən qəni olan Allahın sitayiş edilməsini göstərən fellər və sözlər Allahdan başqasında şirkdir. Allah hər bir nöqsan və çatışmamazlıqdan mütləq şəkildə pak və mütləq şəkildə münəzzəh olan bir varlıqdır, mütləq böyük Odur. Bütün sitayişlərin hamısı sırf şəkildə Ona qayıdır. Allah o kəsdir ki, bütün hövl və qüvvələr Onun zatının vasitəsilə vücuda gəlir. Bu cür vəsflər istər sözlə olsun, istərsə də əməllə Allahdan başqası üçün şirk sayılır.4


Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin