ŞİRK (ALLAHA ŞƏRİK QOŞMAQ)
Burada qeyd olunması lazım olan məsələlərdən biri də budur ki, tövhid şirkin antonimidir. Şirk kəlməsi müşarikət (şərikli olmaq) mənasınadır. Qurani-kərimdə Musa (ə)-ın Allah-taaladan istədiyi şeylərdən biri kimi belə qeyd olunur.
“Və əşrikhu fi əmri” – yəni risalətin təbliğ olunmasında onu (Harunu) mənimlə şərik et.4
İndi görək şirkin mənası insanın vacib olaraq Allahdan qeyrisini Allaha şərik qoşmasıdırmı, yəni eyni zamanda iki məbuda malik olmasıdırmı? Əgər insan ümumiyyətlə Allaha pərəstiş etməsə və Allahdan başqa bir varlığa pərəstiş etsə onda bu əməl şirk sayılmırmı?
Məsələn, Qurani-məciddə Səba qövmü barəsində qeyd olunur ki, hüdhüd quşu Süleymana dedi: “Sənin üçün yəqin gətirən bir xəbər gətirmişəm. Bir camaatı gördüm ki, bir qadın onlara padşahlıq edirdi. Onun böyük bir taxtı var idi. O qadınla o qövm Günəşə pərəstiş edirdilər.”5
Görəsən Günəşə pərəstiş edən və ondan başqa bir şeyə pərəstiş etməyən bu qövm, vahid məbudu olduğuna görə müşrik deyillərmi?
Quran istilahında şirkin mənası etiqadda ikiliyə inanmaq deyil, Allahın əvəzinə başqasını məbud qərar verməkdir. Çünki Quran məntiqində bütün varlıqlar Allaha pərəstiş edirlər. Deməli əgər bir kəs Allahdan başqasını Allahın yerinə məbud seçsə, onun özü həmin batil məbuddan başqa bir şeyə pərəstiş etməsə belə, bəndəçilik məqamında Allah üçün şərik qoşmuş olur. Buna əsasən Günəşə pərəstiş edən şəxslərin hamısı müşrik sayılırlar.1
PƏRƏSTİŞDƏ ŞİRK
Bəzi xalqlar pərəstiş mərhələsində taxta parçasına, daşa, filizə, heyvana, ulduza, Günəşə, ağaca, dəryaya və s.yə pərəstiş edirlər. Bu şirk nümunələri tarix boyu xeyli mövcud olmuşdur, hal-hazırda da dünyanın müxtəlif yerlərində buna rast gəlmək olar. Bu, pərəstişdə olan şirkdir, onun əksi isə ibadətdə olan tövhiddir.
Şirkin sair mərtəbələri nəzəri şirk və yalançı mərifət növündən olan şirkdir. Amma şirkin bu növü əməli şirk və yalandan olan “olmaq” mənasınadır.
Əlbəttə, əməli şirk də öz növbəsində müxtəlif növlərə bölünür: Onun ən yüksək mərhələsi və islam dairəsindən çıxmağa səbəb olan mərhələsi cəliyy (aşkar) şirkdir. Onun gizli növləri də vardır ki, islam dini əməli tövhid proqramları ilə onlarla ciddi mübarizə aparır. Şirkin bəzi növləri o qədər zərif və incədir ki, ən güclü zərrəbinlərlə belə çətinliklə görünə bilər. Rəsuli-Əkrəmdən (s.ə.v.v) nəql olunan hədisdə buyurulur:
“Şirk (şirkin insan etiqadına nüfuz etməsi) qarışqanın qaranlıq gecədə saf daşın üstündə yol getməsindən də gizlidir. Şirkin ən kiçik mərhələsi budur ki, insan zülmün ən az bir qismini sevsin və ona razı olsun, yaxud ədalətin bir qisminə düşmən kəsilsin. Məgər din Allah xatirinə sevməkdən və Allah xatirinə düşmənçilik etməkdən başqa bir şeydirmi? Allah buyurub: “De: Əgər Allahı sevirsinizsə mənə cAllah tərəfindən olduğum üçün mənim göstərişləriməç itaət edin ki, Allah da sizi sevsin.”2
İslam dini hər növ həvayi-nəfsə pərəstişi, məqam və şöhrətpərəstliyi, pulpərəstliyi, şəxsiyyətpərəstliyi və s.-ni şirk hesab edir. Qurani-kərimdə, Musa ilə Fironun qarşılaşmasını nəql edilərkən, Fironun Bəni-israilə zalımcasına fərman verməsi təbid (qul etmək) ifadəsi ilə bəyan olunur. Fironun cavabında Musa belə deyir: “Sən Bəni-israili özünə qul etmisən və bu zaman mənə minnətlə deyirsən ki, sənin evində olduğum zaman filan işləri gördüm.”3
Aydındır ki, Bəni-israil qövmü Firona pərəstiş etmirdi, onun qulları da deyildilər. Onlar sadəcə olaraq Fironun zalım və tağut əsasında qurulan hökmranlığına tabe idilər. Başqa bir ayədə Fironun dili ilə zalımcasına olan bu hakimiyyət və qələbə belə bəyan edilir: “Onlar bizim əlimizin altında idilər, biz də onların üzərində onlara hakim kəsilmişik.”1
Başqa bir yerdə isə Fironun dilincə belə nəql edilir: “Musanın və Harunun qohum-əqrəbası (yəni Bəni-israil) bizim qullarımızdır.”2
Bu ayədəki “ləna” (yəni bizim üçün) kəlməsi məqsədin (ibadətdə) pərəstiş olmamasına dair ən gözəl sübutdur. Çünki əgər Bəni-israil qövmü pərəstişə məcbur edilsəydi, bütün fironçulara deyil, yalnız Fironun özünə pərəstiş edərdilər. Fironun, eləcə də bütün fironçuların tərəfindən (Quran istilahı ilə mələi-Firon) Bəni-israilə qəbul etdirilən şeylər məhz zalımcasına olan itaət idi.
Əli (ə) “Qasiə” xütbəsində Bəni-israilin Fironun caynağındakı işgəncələri onun zalımcasına olan hökmranlığını şərh edərkən “qul götürmək” kimi təbir edərək buyurur: “Fironçular onları öz qulları etmişdilər.”3
Dostları ilə paylaş: |