ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ


QEYRİ-MÜSƏLMANIN MƏHRUMİYYƏTİ



Yüklə 3,64 Mb.
səhifə8/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

QEYRİ-MÜSƏLMANIN MƏHRUMİYYƏTİ


İslam proqramlarında bəzi göstərişlər vardır ki, onlara riayət olunması ruhi və mənəvi təkamülün ilkin şərtidir. Aydındır ki, qeyri-müsəlman bir şəxs nə qədər təəssübsüz və inadsız olsa belə, insaniyyətin kamil proqramlarından istifadə etməkdən məhrum olduğuna görə bu kimi məziyyətlərdən də məhrum olacaqdır.

Belə bir şəxs təbii olaraq gündəlik beş namaz, Ramazan ayının orucu, Allah evinin həcc ziyarəti kimi böyük ibadətlərdən də məhrum qalır. Onun məsəli əkinçilik qayda-qanunlarına əməl etmədən toxum səpən kəsin məsəlinə bənzəyir. Belə bir şəxsin əldə etdiyi məhsul heç vaxt əkinçiliyin düzgün proqramlarına əməl edərək torpağı vaxtlı-vaxtında əkib şumlayan, münasib vaxtda toxum səpən, lazım olan zamanda məhsul götürən şəxsin əldə etdiyi məhsul qədər olmayacaqdır. Bir sözlə, belə bir şəxsin əldə etdiyi məhsul əkinçilik üçün lazım olan elmi-texniki tədbirlərə əməl edən şəxsin məhsulu qədər olmayacaqdır.1

Axirətə və Allaha imanı olan, Allah dərgahına yaxınlaşmaq məqsədilə xeyir əməllər görən qeyri-müsəlmanlar islam nemətindən məhrum olduqlarına görə, təbiidir ki, bu ilahi proqramlardan istifadə etmə məziyyətlərindən də məhrum qalacaqlar. Onların xeyir əməlləri, o cümlədən müxtəlif növ ehsanlar, Allah bəndələrinə xidmət etmək və s. islam proqramları ilə uyğun olduğu qədər qəbul olunar. Amma heç bir əsası olmayan ibadətlərə gəldikdə isə təbiidir ki, heç vaxt məqbul sayılmır və kamil proqramları əldə etməməklərindən irəli gələn bir sıra məhrumiyyətlər onlara da aid olacaqdır.2

FİQHİ KİTABLARDA İBADƏT


Mərhum Mühəqqiq on ünvanlı ibadət kitabını aşağıdakı ardıcıllıqla bəyan edir:

1. Təharət kitabı: Təharət iki qismdir: Zahiri, cismi və arizi aludəliklərdən (murdarlıqlardan) paklanma (buna təharət əz xəbəs deyilir) , digəri isə mənəvi və insan təbiətinə aid olan aludəçiliklərdən paklanmaq (buna təharət əz hədəs deyilir) . Xəbəsdən paklanmaq bundan ibarətdir ki, bədən yuyulsun, yaxud bədən, paltar və yaxud başqa bir şey şəriət istilahında “nəcasət” adlanan on şeydən paklansın. On şey bovl, qait, qan, məni, ölmüş heyvan və sairdən ibarətdir. Hədəsdən paklanmaq isə dəstəmaz, qüsl, təyəmmümdən ibarətdir. Bu, namaz, təvaf və s. kimi ibadətlərin əsas şərtidir və bəzi təbii əməllər, o cümlədən, yatmaq, bövl etmək, cənabət və s. kimi şeylərlə pozulub aradan gedir və yenidən edilməlidir.

2. Namaz kitabı; Bu kitabda vacib namazlar, o cümlədən, gündəlik, bayram namazı, meyyit namazı, ayət namazı, təvaf namazı, həmçinin müstəhəb namazlar (gündəlik namazların nafilələri və s. kimi) habelə namazın şərtləri, hökmləri, müqəddimələri, maneələri, namazı pozan və ona xələl gətirən şeylər, eləcə də namazın növləri, səfərə gedən və səfərə getməyən şəxslərin namazları, namazı camaatla və ya təklikdə, əda və ya qəza qılmağın hökmləri müfəssəl şəkildə bəyan olunur.

3. Zəkat kitabı; Zəkat bir növ malın hazırkı dövrdə maliyyata oxşayan ödənişidir. Doqquz şeyə zəkat düşür: qızıl, gümüş, arpa, buğda, xurma, məviz, inək, qoyun, dəvə. Fiqh elmində bu kimi şeylərə zəkatın nə vaxt düşməsi, miqdarı və hansı yerdə xərclənməsi ilə əlaqədar bəhs olunur. Qurani-kərimdə zəkat əksər hallarda namazla yanaşı zikr olunmuşdur. Quranda zəkatın məsələlərindən yalnız harada xərclənməsi barəsində qeyd olunaraq buyurulur:

Sədəqələr cvacibi zəkatç ehtiyaclılar, yoxsullar, zəkatın toplanmasına məmur olanlar, qəlbləri ələ alınmalı olan şəxslər, qulların azad olunması, borcluların borcunun ödənməsi, Allahın razılığı ilə nəticələnən xeyir işlərdə yolda pulları qurtarıb evə çata bilməyən müsafirlərə xərclənməlidir.”1



4. Xums kitabı; Xums da zəkat kimi mal ödənişidir və maliyyat vergilərinə bənzəyir. Xumsun “beşdən bir” deməkdir. Snnülərin nəzərində yalnız müharibədən əldə edilən şeylərə xums düşür. Belə ki, onun beşdən biri xums kimi ayrılaraq beytul-mala qatılır və ümumxalq mənfətinə malik olan işlərə xərclənir. Amma şiələrin nəzərində müahirbə qənimətləri xumsu verilməli olan şeylərdən yalnız biridir. Ondan əlavə mədən, xəzinələr, haram mala qarışan halal mal (belə ki, onların ayrılıb malikinə verilməsi mümkün olmasa) , zimmi kafirin müsəlmandan aldığı torpaq sahəsi, dənizin dibindən üzgüçülüklə əldə edilən qiymətli şeylər, illik xərclərdən artıq qalanların xumsu ayrılıb verilməlidir. Şiə məzhəbində xums böyük bir büdcədən ibarətdir ki, hər hansı bir ölkənin büdcəsinin mühüm bir hissəsini təmin edə bilər.

5. Oruc kitabı; Ərəbcə “sovm” yəni oruc deməkdir. Bildiyiniz kimi, oruc tutan şəxs yeyib-içməkdən, cinsi yaxınlıqdan, başını suyun altına batırmaqdan, qatı tozu boğazına çatdırmaqdan və bəzi digər işlərdən çəkinməlidir. Qəməri il ilə mübarək Ramazan ayı üzürlü səbəbi olmayan, həddi-büluğa çatmış mükəlləf şəxsə oruc tutmaq vacibdir. Oruc ümumiyyətlə Ramazan ayından başqa aylarda müstəhəb, ilin iki günündə isə (Fitr bayramı və Qurban bayramı günlərində) haramdır. Bəzi günlərdə oruc tutmaq (Aşura günü kimi) məkruhdur.

6. Etikaf kitabı; Etikaf – lüğət mənası baxımından müəyyən bir məkanda iqamət seçməkdən ibarətdir. Amma fiqhi istilahda xüsusi bir növ ibadətdən ibarətdir. Belə ki, insan üç gün ya daha artıq məsciddə qalıb oradan çölə çıxmır və oruc tutur. Bu işin müəyyən şərtləri və hökmləri də vardır ki, fiqhdə geniş şəkildə bəyan edilmişdir. Etikaf öz-özlüyündə vacib deyil, müstəhəbdir, lakin əgər insan onu başlayarsa iki günü keçdikdən sonra üçücü günü vacib olur. Etikaf ya Məscidul-həramda, ya Məscidun-Nəbidə, ya Kufə məscidində, ya da Bəsrə məscidində yerinə yetirilməlidir. Ən azı bgərək bir şəhərin came məscidində olsun. Kiçik məscidlərdə də etikaf etmək caizdir. Peyğəmbəri-əkrəm (s.ə.v.v) Ramazan ayının son on günlərini etikafla keçirərdi.

7. Həcc kitabı; Həcc hacıların Məkkədə və Kəbənin ətrafında yerinə yetirdikləri məşhur əməldir ki, adətən ömrə ilə yanaşı olur. Həcc əməlləri Məkkədə ehram bağlamaq, Ərəfat diyarında vüquf etmək, Məşərdzə gecə qalmaq, cəməreyi-əqəbəni daşlamaq, qurban kəsmək, başı qırxdırmaq (yaxud qısaltmaq) , təvaf etmək, təvafın namazını qılmaq, Səfa ilə Mərvə arasında səy etmək, nisa təvafı, nisa təvafının namazı, rəmyi-cəmərat, Minada gecələməkdən ibarətdir.

8. Ömrə kitabı; Ömrə də bir növ kiçik həccdən ibarətdir. Lakin adətən hacılara əvvəlcə ömrəni, sonra həcci yerinə yetirmək vacibdir. Ömrə əməlləri aşağıdakılardan ibarətdir:

Miqatların birində ehram bağlamaq, Kəbə evini təvaf etmək, təvaf namazı qılmaq, Səfa və Mərvə arasında səy edib təqsir əməlini yerinə yetirmək.1



9. Cihad kitabı; Bu kitabda islamda müharibə məsələsi irəli sürülür. İslam ictimai bir din, ictimai məsuliyyətlər dinidir. Buna görə də cihad islam göstərişlərinin içində qərar tutmuşdur. Cihad iki qismdir: İbtidai cihad və müdafiə cihadı. Şiə fiqhi nəzərindən ibtidai cihad yalnız Peyğəmbəri-əkrəm (s.ə.v.v)-in yaxud məsum imamın (ə) nəzarəti altında baş verə bilər. Bundan qeyri hallarda caiz deyildir. Bu cihad yalnız kişilərə vacibdir. Lakin müdafiə cihadı hər bir zamanda qadın və kişiliyindən asılı olmayaraq hər bir şəxsə vacibdir.

Həmçinin cihad ya daxilidir ya da xarici. Əgər camaatın bir qrupu itaəti müsəlmanlara vacib olan imamın əleyhinə qiyam etsələr (xəvaric, əshabi-cəməl, əshabi-süffeyn və s. kimi) onlarla da mübarizə aparmaq, cihad etmək vacibdir. Fiqhdə cihad və zimmə hökmü, yəni qeyri-müsəlman şəxsin islam dövlətinin tabeçiliyində yaşaması şərtləri, həmçinin islam dövləti ilə qeyri-islam dövləti arasında sülh məsələsi müfəssəl şəkildə bəyan olunmuşdur.



10. Əmr be məruf (yaxşı işlərə dəvət) nəhy əz münkər (pis işlərdən çəkindirmək) . İslam ictimai din olduğuna, ictimai məsuliyyətləri öhdəsinə aldığına görə, eləcə də özünün asimani və səadət bəxş edən proqramlarının icra olunmasının əsas şərti kimi, münasib bir şəraitinvarlığını şərt bildiyindən ümumcamaat üçün ümumi bir məsuliyyət də vücuda gətirmişdir. Bütün insanlar ki, yaxşılıqların, fəzilətlərin keşiyində durub, pisliklərin, əyrilikləri məhv etməyə vəzifəlidirlər. Yaxşı işlərin keşiyində durmar “əmr be məruf”, pis işlərin qarşısını almaq və onlarla mübarizə aparmaq isə “nəhy əz münkər” adlanır. İslam fiqhində əmr be məruf və nəhy əz münkərin müəyyən şərtləri, qayda-qanunları və özünəməxsus nizam-intizamı vardır ki, fiqhdə geniş bəyan olunmuşdur.2

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin