“Ənfal” surəsi, ayə:35
---
Quran, özlərini ixtiyar sahibi hesab edən övliyaların əməlini, onların Kəbə ilə necə rəftar etdiklərini göstərir. İbrahim (ə) Allahın əmri ilə Allah evini təmir edib düzəltdi, Allah da bir ayədə buyurdu ki, “Mənim evimi, onu təvaf edənlər, yeganə Allaha ibadət edənlər və tövhid əhli üçün pak-pakizə saxlayın.” Bunun taleyini axırda hara çəkdilər?
Allah-taala göstəriş verdi ki, İbrahim (ə) məqamını Allaha pərəstiş yeri qərar verin.2 Orada yerinə yetirilməli olan əməllərdən biri də namaz idi. Onun əvvəlindən və axırından o qədər əskiltdilər, yaxud artırdılar ki, fit və əl çalmaq halətinə gəlib çıxdı. Halbuki, ibadətlər tovqifidir, yəni onlarda Allaha ibadət etməkdə keyfiyyət və kəmiyyət baxımından şəxsi zövqlərə uymaq olmaz, əksinə bizim üçün necə bəyan olunubdursa olduğu kimi və artırıb-azaltmadan yerinə yetirməliyik. Burada heç bir irad tutula bilməz. Bəziləri onu ərəbcə, bəziləri farsca, bəziləri türkcə, bir sözlə, hər kəs namazı öz milli dilində oxuya bilməz. (İbadətlər şəxsi zövqlərə uyğunlaşdırılmamalıdır.) Yaxud demək olmaz ki, qədimdə səfərlərdə namaz iki rəkət idi, lakin hal-hazırda təyyarə ilə səfər edildiyindən dörd rəkət qılınmalıdır, çünki bu səfərin heç bir məşəqqəti yoxdur. Əgər şəxsi zövqləri ibadətlərə daxil etsək, tədrici olaraq aşağıdakı şerin nümunəsinə çevrilər:
Bəs ki, bebəstənt bər u bərgu saz
Gər tu bebini nəşnasiyəş baz.
Ona o qədər qol-budaq bağladılar ki,
Yenidən görsən artıq tanımazsan.
Fit çalmaqla qılınan namaz ilk əvvəldən bu şəkildə olmamışdır. Əvvəlcə onun hər bir hissəsini tədriclə dəyişib bu ardıcıllıqla irəliləmişlər. Ardıcıl nəsillərdə dəyişilərək hazırkı şəklə düşmüşdür. Çünki hər bir nəslin qabaqkı nəsillərdən xəbəri yoxdur (və belə təsəvvür edirlər ki, əllərində olanlar məhz həmin şəkildə olmuşdur). Bir neçə nəsil keçdikdən sonra əsil forması ilə əsla uyğunluğu olmayan tamamilə başqa bir şəklə gəlib düşür.
Quranın və ya namazın, misal üçün, farsca oxunmasına gəldikdə isə, bunu qeyd etməliyik ki, xaricilərin müəyyən cümlələri ardıcıl olaraq bir dildən başqa dilə, həmin dildən də yenidən başqa bir dilə tərcümə edilməsi zamanı əldə edilən təcrübələr bu məsələ barəsində faydalı bir nümunədir. Əgər hər hansı bir söz, məsələn fars dilində olsa və onu bir kəs ərəb dilinə tərcümə etsə, daha sonra ərəb dilindən türk dilinə, türk dilindən ingilis, fransız, alman və s... tərcümə edilsə birinci cümlədən qırxıncı tərcümə olunan cümlədə zərrə qədər oxşarlıq qalmadığı məlum olmuşdur.
Bəziləri belə soruşa bilər: Nə üçün insan bəzi məsələlərdə başa düşdü-düşmədi təəbbüdə (səbəbini bilmədən sırf göstərişə) əməl etməlidir, zöhr namazının nə üçün alçaq səslə qılınması kimi. Əlbəttə, bunun fəlsəfəsi vardır, bir qədər düşünə bilərsən, amma heç vaxt belə fikirləşmə ki, məhz həmin fəlsəfəyə görə yerinə yetirilir, əksinə deməlisən ki, bunu yerinə yetirirəm ki, daha artıq başa düşəm. Həzrət İbrahim (ə)-ın qıldığı namaz əl çalmaq formasında deyildi, tədrici olaraq dəyişilə-dəyişilə bu bidət formasına gəlib çıxmışdır. Qurani-kərim buyurur ki, cahiliyyət dövründə Kəbəni idarə edənlərin namazı fit çalıb, əl çalmaqdan başqa bir şey deyildi. İlahi əzabı dadsınlar, haqq və həqiqət qarşısında inadkarlıq və küfr etdiklərinə görə.1
MATERİALİSTLƏRİN NƏZƏRİNDƏ NAMAZ
Materialistlər “və yuqimunəssəlatə” cümləsini belə təfsir etmişlər: “Onlar öz imanlarının gerçəkləşməsi üçün, məzhəb dilində “namaz” adlanan bağlılıqlarını bərqərar edirlər.”
Sonra belə demişlər: Bu da mütərcimlərin və müfəssirlərin dar dünyagörüşünün nişanəsidir, çünki, onlar bu qəbildən olan kəlmələri özlərinin ümumi mənalarından saxlayaraq onları daha məhdudlaşdırmışlar. Çünki lüğət nəzərindən “səlat” sözünün mənası namaz deyildir. Namaz həmrah inqilabi ünsürlərlə yaradılış aləminə hakim olan qanunlar və üstün nümudlar arasında bir bağlılıq və rabitədir... Quran bu kəlməni seçməklə bütün inqilabların – istər tövhidçi, istərsə də qeyri-tövhidçi – ümumi prinsiplərindən digər birinə diqqət yetirmişdir. Lakin tövhidçi inqilabda bu prinsip özünü daha qabarıq şəkildə göstərir, belə ki, inqilab qeyb ruzigarına gərək inqilabi ünsürlər arasında, istər fikri, istər ideoloji, istər əməli, istərsə də inqilabi bünövrələr və taktikaların icrası baxımından bağlılıq hakim kəsilməlidir... Tövhidçi partiyanın rəhbər kadrının açıq görüşü bundan artıq nəinki qeybə olan imanın bu rabitəni bərqərar etmək və mümkün qədər möhkəmləndirmək olmasını tələb edir, üstəlik istəyir ki, bu əlaqə bir-birinə qarşı mömin inqilabçı olan ünsürlər səviyyəsinə gəlib çıxsın və yaradılış səthində Allah və bütün mövcud qüvvələr arasında irəli çəkilərək namaz şəklində xarici aləmdə vücuda gəlsin.
CAVAB
Əvvəla, soruşuruq ki, hansı lüğətdə və tarixdə namaz (salat) bir partiyanın üzvləri arasında bağlılıq, yaxud mütləq şəkildə olan bağlılıq mənasına gəlmişdir? İkincisi, məgər Quran iman əhli (hizbullah) arasında olan bağlılığı aşkar şəkildə tövsiyə və təkid etməmişdirmi?
“Hamılıqla Allah ipindən yapışın və heç vaxt dağılışmayın.”1
İndi hər yerdə “salat” adı gəlirsə onu inqilabi ünsürlər arasındakı bağlılıq mənasına götürərək nəzərdə olan namazı bu bağlılığın xaricdəki konkret nümunəsi, varlığın külli ilə əlaqəsi hesab etməyin nə zərurəti vardır? Üçüncüsü, onların dediyi “inqilab qeybinin ruzgarı ilə inqilabi ünsürlər arasında bir növ bağlılıq yaranmalıdır...” ifadəsinin məfhumu bundan ibarətdir ki, inqilabın şəhadət günlərində “əqimussəlat” göstərişi bila mövzudur, mənasızdır, belə ki, bunun oxşarını “və mimma rəzəqnahum yunfiqun” ayəsində də demişlər. Yoxsa islamın əvvəllərində olan müsəlmanlar Mədinədə, başqa sözlə, inqilab şəhadəti dövründə olduqları zaman “əqimussəlat” “və mimma rəzəqnahum yunfiqun” göstərişlərini icra etmirdilər?!
Onlardan soruşuruq: Deyin görək, Quran nəzərindən mömin ünsürlərin bir-birinə bağlılığı insanın Allahla bağlılığına tabedir və onun nəticəsidir, yoxsa əksinə, insanın Allahla bağlılığı inqilabi mömin ünsürlərin bir-birinə bağlılığının nəticəsidir? Müsəlmanların nəzərində olan namazın xarici surəti möminlərin bağlılığıdır, yoxsa ictimai olan haldakı möminlərin bağlılığı ictimai olan haldakı hökmündə möminlərin Allahla olan bağlılığıdır?1
Dostları ilə paylaş: |