ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə29/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

NAMAZI TƏRK ETMƏK


Quranda bir ayə vardır ki, Cəhənnəm əhlindən bəzilərinə əzab verilən zaman onların bu əzablarının səbəbini soruşduqda verdikləri cavabları göstərir. Onlardan ma sələkəkum fi səqər?” Sizi nə (hansı bir iş) cəhənnəmə gətirdi?” - deyə soruşduqda, biz namaz qılanlardan fəqirlərə kömək edənlərdən olmamışdıq- deyə cavab verərlər. Həmçinin deyərlər: kunna nəxuzu məəl-xaizin.” Hər vaxt dinin əleyhinə danışılanda gedib qulaq asırdıq ya da özümüz (belə sözlər) deyirdik, nəticəsi də bu oldu.”2

Buradan nə üçün islamda namazın bu qədər mühüm əhəmiyyət kəsb etməsi aydın olur, eləcə də Peyğəmbər (s.ə.v.v)-in nə üçünNamaz din xeyməsinin sütunudur - deyə buyurmasının səbəbi aydın olur. Çünki əgər namaz qılınsa və düzgün şəkildə icra olunsa bütün çətinliklər həll olunacaq.3


MƏSCİD


İslamın əvvəllərində Mədinə məscidi təkcə namaz fərizəsinin bərqərar olunması üçün deyildi; müsəlmanların bütün dini-ictimai fəaliyyətlərinin və hərəkatlarının mərkəzi məhz həmin məscid idi. Hər vaxt camaatın ictimai şəkildə toplanması lazım olsaydı onları məscidə çağırırdılar, camaat orada hər bir mühüm xəbərdən agah olurdu. Hər təzə qərar çıxanda elə məsciddə camaata elan olunurdu.

Müsəlmanlar Məkkədə olduqları dövrdə hər növ azadlıq və ictimai fəaliyyətdən məhrum idilər, nə dini fərizə və əməlləri lazımınca yerinə yetirə, nə dini təlimləri azad şəkildə öyrənə bilirdilər. Bu vəziyyət islamın Ərəbistanın Yəsrib adlı başqa bir nöqtəsində zühur etdiyi vaxta qədər bu minvalla davam etdi. Bu şəhər sonralar “Mədinətun-Nəbiyy” “Peyğəmbər şəhəri” adı ilə məşhurlaşdı. Peyğəmbəri Əkrəm (s.ə.v.v) camaatın irəli sürdüyü təklifə əsasən və onlarla bağladığı əhd-peymana uyğun olaraq bu şəhərə köçdü. Sair müsəlmanlar da tədrici olaraq köçüb bu şəhərə gəldilər. Müsəlmanların dini fəaliyyət azadlıqları da elə bu vaxtdan başlandı. Bu şəhərə hicrət etdikdən sonra Peyğəmbərin gördüyü ilk iş bu oldu ki, bir qədər torpaq sahəsini nəzərə alıb öz səhabə və köməkçilərinin vasitəsi ilə orada məscid tikdi.1


MƏSCİDUL-HƏRAM


Və ma ləhum əlla yuəzzibəhumullahu və hum yəsuddunə ənil-Məscidil-Hərami və ma kanu ovliyaəhu, in ovliyauhu illəl-muttəqun.”

Bu ayədə qüreyşlilərə işarə olunur və onlardan sonrakı dövrlərə də şamil olur. Buyurur ki, Qüreyş camaatı ilahi əzaba layiqdirlər, çünki camaatın Məscidul-Hərama getməsinə mane olur və özlərini Məscidul-Həramın mütəvəlliləri (ixtiyar sahibləri) hesab edirdilər. Qüreyş qəbiləsi özlərini Kəbənin, xüsusilə də Məscidul-Həramın mütəvəllisi hesab edərək “Kəbə bizimdir!” - deyə iddia edirdilər, istədiklərini oraya buraxır, istəmədiklərini isə buraxmırdılar. Onlar Məkkədə sakin olduqlarına görə evləri və torpaq sahələrini özlərininki hesab edirdilər. Quran bu yanlış fikirlə mübarizə aparır və buyurur ki, Qiyamətə qədər heç kəsin Məscidul-Həramın və Kəbənin ixtiyar sahibi olduğunu iddia etməyə haqqı yoxdur və bunların hər ikisi təqvalı müsəlmanlara aiddir. “Həcc“ surəsinin bir ayəsində buyurulur:

-----

Orada (Məkkədə) yaşayanlar xaricdən ora gələnlər bərabərdirlər.”2



Məkkədəki evlərin çətin məsələlərindən biri evi icarəyə verməkdir, özü də ağır məbləğlə icarə haqqı ilə. Biz belə fikirləşirik ki, onların icarəyə verməyə haqqı var, hətta sünnülərin fiqhində də bu qaydada deyildir. “Nəhcül-Bəlağə”də (Əli (ə)-ın) İbni Abbasa yazdığı məktubdadır (İbni Abbas o Həzrətin tərəfindən Məkkənin valisi olduğu zaman) Həzrət buyurur: Məkkə əhlinin oraya gələnlərdən icarə pulu almağa haqqı yoxdur. Çünki o, vəqf hökmündədir. Başqalarının da oraya daxil olmalarına maneçilik törətməyə haqları yoxdur, hətta Peyğəmbər (s.ə.v.v) göstəriş vermişdi ki, iki tağlı qapılar qoysunlar. Buna görə Məkkə şəhəri bütün dünya müsəlmanlarına aiddir heç kəsin (bu şəhərə gələnlərə) etiraz etməyə haqqı yoxdur.”

Yuxarıda qeyd olunan ayədə buyurulur ki, onlar camaatın Məscidul-Hərama gəlməsinin qarşısını alır və özlərini oranın mütəvəllisi hesab edirdilər. Halbuki onlar Kəbə üçün ixtiyar sahibi deyillər (onun ixtiyar sahibi yalnız müttəqilərdir). Onların əksəriyyəti bu məsələnin sirrini bilmirlər.

İslamın əvvəllərində Məscidul-Həram hazırda olduğu kimi böyük deyildi. Həqiqətdə Kəbə ilə Məscidul-Həramın arasında on beş metrdən artıq məsafə olmamışdır. Məscidul-Həramın sahəsi 32x32 metr (1024 kv.m) idi. Kəbənin eni dörd metr, uzunluğu isə ondan bir azacıq artıq idi. İslamın əvvəllərində ətrafdakı evləri aldılar və Məscidul-Həramı genişləndirdilər. Xəlifələrin birinin zamanında onu bir daha genişləndirməyi qərara aldılar. Xəlifələr onu genişləndirərkən çalışırdılar ki, camaatın evlərini zorla almasınlar, çünki bəziləri bu işləri qəsb hesab edirdilər. Xəlifə Məscidul-Həramı genişləndirmək istəyirdi, camaatdan bəziləri deyirdi ki, biz evlərimizi satmırıq. Bəzi sünnü alimləri demişlər ki, onların öz evləridir: istəsələr satarlar, istəməsələr satmazlar. Bəziləri isə deyirdilər ki, bu ərazilər Məscidul-Həramındır, onu zorla almaq olar.

Adətən, çətinlik qarşıya çıxanda məsum İmamlara (ə) müraciət edirdilər. İmam Baqir (ə) çox qəribə şəkildə dəlil gətirib sübut edirdi ki, əgər Məscidul-Həramın məsləhəti bunu (genişləndirilməyi) tələb edərsə onda ev sahiblərinin razılığı şərt deyildir. Həzrət buyururdu: Deyin görək, əvvəlcə Kəbə burada idi və camaat Kəbəyə görə buraya gəlmişdilər, yoxsa əvvəlcə camaat bura gəlmişdilər, sonra Kəbə tikilmişdir? Məsələn, bəzi adamlar gəlib xəritə çəkir, müəyyən evlər tikir və sonra deyirdilər ki, bir qədər torpaq sahəsini Məscidə vəqf edək. Onlar əvvəlcə torpaq sahələrini öz ixtiyarlarına keçirib sonra onun bir hissəsini Məscidə vəqf edirdilər. Deməli, Məscid camaata varid olubdur. Bütün dünya məscidləri, hətta Peyğəmbər (s.ə.v.v) məscidi də belə olmuşdur.

Bütün dünyada yalnız bir nöqtə vardır ki, orada əvvəlcə məscid tikilib, sonra isə ətrafındakı ərazilər abadlaşdırılmışdır. O da Məkkə diyarıdır. Çünki Məkkə əkinçiliyə yararlı olmayan bir yer idi, heç bir maliki də yox idi. İbrahim (ə) ilk dəfə gəlib orada camaatın ibadəti üçün Kəbə evini tikdi və ibadət üçün qərar verdi ki, Qiyamətə qədər gəlib həcc əməllərini yerinə yetirsinlər. Deməli, əvvəlcə İbrahim (ə) gəlib oranı düzəltdi, sonra isə camaat oraya gəldi. Kəbənin və Məscidul-Həramın haqqı toxunulmazdır. Camaat Kəbəyə və Məscidul-Hərama mane olmayana qədər torpaq sahələrini öz ixtiyarına keçirtməkdə azaddırlar. İmam Baqir (ə) bu dəlili gətirdikdə hamını onu qəbul etdi.

Məkkə diyarı xüsusi vəziyyətə malikdir. Quran da məhz həmin məntiq əsasında buyurur ki, onlar (Məscidul-Həramı öz ixtiyarlarına keçirib camaatın oraya gəlişinə mane olanlar) ilahi əzaba layiqdirlər. Çünki Məscidul-Həramın həqiqi mütəvəlliləri aləmdə olan müttəqilərdir. Məscidul-Həram bütün dünyadakı müsəlman və müttəqilərə məxsus olan bir hərəmdir.1



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin