ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə27/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

UŞAQ VƏ MƏSCİD


Uşağı namaz qılmağa təşviq edən bir mühitə aparmaq lazımdır. Təcrübədə sübut olunmuşdur ki, əgər uşaq məscidə getməzsə, camaat arasında olmazsa, camaat namazının necə olduğunu görməzsə onda bu kimi işlərə təşviq olunmaz. Çünki, ümumiyyətlə cəmiyyət içərisində olmaq insanı bir növ təşviq edir. Böyük adam da özünü ibadət əhlinin arasında görəndə ibadətə daha çox həvəslənir, daha çox ruh tapır. Uşaq isə bu məsələdən daha çox təsirlənir. Çox təəssüflə, bizim məscidlərə, məbədlərə, dini məclislərə çox az getməyimiz, eləcə də uşaqların dini mərasimlərdə çox az iştirak etmələri nəticəsində onlar ilk əvvəldən ibadətə rəğbət göstərmirlər. Habuki, bu məsələ sizin üçün dini bir vəzifədir.

İslam “öz övladını namaz qılmağa vadar et” dedikdə, heç vaxt demir ki, ağa kimi fərman ver, tənə vur, dava elə. Xeyr! Onun ibadətə, namaz qılmağa təşviq olunmasında mümkün olan ən yaxşı yollardan istifadə etməlisiniz. Bizim öz övladlarımızla yanaşı məscidə getmək proqramımız olmalıdır ki, uşaqlar məscid və məbədlərlə tanış olsunlar. Biz özümüz uşaqlıqdan məscidlə, məbədlə tanış idik. Bu günkü mövcud vəziyyətdə məscidə nə qədər gedirik ki, uşaqlarımız da yeddi yaşa çatıb məktəbə gedəndə, orta məktəbi qurtaranda və ondan sonra ali məktəbə gedəndə əsla məscidə getmədikləri halda indi məscidə gəlsinlər?! Təbiidir ki, onlar məsciddən həmişə uzaq gəzəcəklər. İndi deyə bilərsiniz ki, məscidlərin vəziyyəti çox pisdir, çirklidir və yaxud, misal üçün, bir rövzəxan gəlir bəzi-bəzi sözlər deyir, bizim də vəzifəmiz onları islah edib düzəltməkdir ki, bu vəzifələr də heç vaxt tamam olası deyildir. Öz məscidlərimizin vəziyyətini də islah etməliyik. Bunu da unutmayaq ki, bizim vəzifəmiz həm namaz qılmaq, həm də öz ailə üzvlərimizi elə formada namaz qılan etməliyik ki, namaza rəğbətli olub təşviq olunsunlar. Namaz qılmağın müsbət xüsusiyyətlərini və faydalarını uşaqlarımıza deməli, namazın fəlsəfə və səbəblərini uşaqlara bacardığımız qədər xatırlatmalıyıq.1

Bunun üçün əvvəla, evimizdə özümüz üçün bir namaz yeri – müsəlla qərar verməliyik (bu, həm də müstəhəb əməldir). Yəni, evdə müəyyən bir yeri ayırıb onu namaz yeri qərar verməliyik. Özünüz üçün mehraba oxşar bir yer düzəldin və əgər imkanınız olsa bir otağı müsəlla – namazxana kimi seçin. Belə ki, Peyğəmbər (s.ə.v.v)-in evində bir müsəllası var idi və orada namaz qılırdı. Əgər otağınız çox deyilsə, öz otağınızda müəyyən bir yeri namaz qılmaq üçün ayırın. Namaz qıldığınız yeri pak-pakizə saxlayın, namaza dayandığınız yerdə pak-pakizə bir canamaz qoyun, diş fırçanız və zikr demək üçün təsbehiniz də olsun.2

NAMAZI YÜNGÜL SAYMAMAQ


Biz tam mənada etiraf edirik ki, islam ictimai bir dindir və onun göstərişləri də özünün ictimai olmasını bəyan edir. Lakin bunlar bizim Allah ilə olan rabitəmizi, dua və ibadətlərimizi həqir, yüngül saymağımıza, onlara ciddi əhəmiyyət verməməyimizə əsla səbəb ola bilməz. Heç vaxt namazı yüngül saymamalıyıq.

Mən bu mətləbi sizin üçün deyirəm: Böyük günahlardan biri də namazı yüngül saymaqdır. Namaz qılmamaq bir böyük günahdır, namazı qılıb onu yüngül saymaq, əhəmiyyətsiz cilvələndirmək də öz növbəsində digər bir günahdır. İmam Sadiq (ə)-ın vəfatı zamanı baş verən bir hadisəni qxatırladıram. Əbu Bəsir gəlib Ümmü Həmidəyə başsağlığı verəndə Ümmü Həmidə ağladı. Əbu Bəsir kor idi, o da ağladıqdan sonra Ümmü Həmidə ona dedi: – Əba Bəsir! Burada olmadın ki, İmam (ə)-ın ömrünün axır anlarını görəsən. Çox qəribə bir hadisə baş verdi.

Əbu Bəsir soruşdu: – Necə bəyəm?!

Buyurdu: – İmam (ə) bir hala düşdü, təqribən qəşş halında idi. Sonra gözlərini açıb buyurdu: Mənim bütün qohum-əqrəbamı çağırın, yanıma gəlsinlər.

Biz İmam (ə)-ın əmrinə itaət edib hamını çağırdıq. Hamı yığılandan sonra İmam ömrünün axır anlarını yaşadığı bu halda bir dəfə gözlərini açıb hamıya nəzər saldı və bu cümləni buyurdu: Bizim şəfaətimiz namazı yüngül sayanlara heç vaxt çatmayacaqdır!” Bunu deyəndən sonra canını Allaha tapşırdı.

İmam (ə) “bizim şəfaətimiz namaz qılmayanlara çatmayacaq” - deyə buyurmadı, çünki namaz qılmayanın vəziyyəti tamamilə aydındır. Amma İmam (ə) namazı yüngül sayanlara şəfaət edilməyəcəyini buyurdu. Namazı yüngül saymaq nədir? – Vaxtı vardır, namazı çox yaxşı və aramlıqla qıla bilər, amma belə etmir. Zöhr və əsr namazlarını günbatan vaxtlara qədər təxirə salır, gün batmağa başlayanda təcili olaraq dəstəmaz alır, əlüstü namaz qılır və dərhal namazı qurtarıb möhürü bir tərəfə qoyur. Əvvəli və sonu məlum bilinməyən, aramlığı, hüzuri-qəlbi olmayan belə bir namaz əhəmiyyət verilməyən bir namazdır. O, elə əməl edir ki... soruşanda da deyir ki, “bu qədər işim var, namazlarımı da qılmalıyıq.” Bu, namazı yüngül saymaqdır. Belə qılınan namazın insanın tam aramlıqla qıldığı namazdan çox fərqi vardır. Belə ki, zöhrün əvvəli olan kimi tam aramlıqla dəstəmaz alır, dəstəmazın adabına riayət edir, sonra öz müsəllasına gəlib azan, iqamə deyir, tam rahatlıqla, xatircəmliklə namaz qılır, namazı qurtaranda “əssəlamu əleyk” deyən kimi dərhal getmir, namazdan sonra qəlbinin aram oluduğu halda bir müddət təqibatla məşğul olur, zikr deyir. Bu da onu göstərir ki, bu evin içində namazın xüsusi ehtiramı vardır. Namazı yüngül sayan bəzi şəxslər sübh namazlarını gün çıxana yaxın, əsr, zöhr namazlarını gün batana yaxın, məğrib və işa namazlarını isə gecədən dörd saat keçəndən sonra çox sürətlə, əlüstü qılırlar. Təcrübə göstərmişdir ki, belə şəxslərin uşaqları əsla namaz qılmırlar. Siz özünüzün və övladınızın həqiqi mənada namaz qılmasını istəyirsinizsə namaza ehtiramla yanaşın, onu möhtərəm sayın.1

Namazı yüngül saymaq olmaz, insan namazda yalnız vacibatla kifayətlənməyə çalışmamalıdır. Deyə bilərsiniz ki, çox yaxşı, gedək görək mərcəyi-təqlidimizin nəzəri nədir?! Onlar təsbihati-ərbəəni, yəni “subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər”i üç dəfə, yoxsa bir dəfə kifayət bilirlər? Çox yaxşı. Müctəhid fətvasında deyir ki, bir dəfə demək də kifayət edər, ehtiyat müstəhəb budur ki, üç dəfə təkrar olunsun. İndi biz deməməliyik ki, bir dəfə demək kifayətdirsə, biz də daha artıq oxumayaq. Bu, namazdan qaçmaqdır. Biz elə olmalıyıq ki, müctəhid bizə “bir dəfəsi vacib, iki dəfəsi isə müstəhəbbdir” deyəndə, biz deməliyik ki, biz fürsəti qənimət sayır və iki dəfə artıq olanını da deyirik.

Oruca da yüngül yanaşmaq olmaz. Bəziləri elə tutur ki, nəuzu billah, (əlbəttə bu bir növ zarafatdır), əgər mən Allahın yerinə olsaydım onların oruclarını əsla qəbul etməzdim! Necə məgər?! Mən elə şəxsləri tanıyıram ki, onlar Ramazan ayında gecədən sübhə qədər ibadət etmək üçün yox, sadəcə olaraq yuxularının vaxtı dolmasın deyə yatmırlar, sübhə qədər çay içir, meyvə yeyir, siqaret çəkirlər. Sübhün əvvəli olan kimi namazlarını qılıb dərhal yatırlar. Mən bəzilərini görmüşəm ki, gün batana qədər yatırlar, elə vaxt ayılırlar ki, zöhr və əsr namazlarını qılmaq qədərində vaxt qalmış olur, təcili olaraq zöhr və əsr namazlarını qılıb iftar süfrəsinin kənarında otururlar. Bu da oldu oruc?! İnsan gecədən sübhə qədər yalnız buna görə yatmasın ki, oruc tutduğu zaman hökmən yuxu halında olsun və oruc tutmağın əziyyətini hiss etməsin. Bu, orucu yüngül saymaq və ona qarşı etinasızlıq deyilmi?! Mənim əqidəmcə bu, orucu təhqir etməkdir. O, demək istəyir ki, ey oruc, mən sənə o qədər nifrət edirəm ki, üzünü görmək belə istəmirəm. Bu düzgün deyildir.

Biz həccə gedirik, lakin onu yüngül sayırıq. Oruc tutub ona etinasız yanaşırıq, namaz qılıb onu yüngül sayırıq. Azan deyib ona etinasız yanaşırıq. Görəsən, azana necə yüngül yanaşırıq? Bizim çoxumuz azan deyə, həm də çox yaxşı deyə bilərik. Müstəhəbdir ki, müəzzin (azançı) gözəl səsli olsun. Quranı təcvidlə qiraət etmək sünnədir (yəni hərflərin yaxşı tələffüz olunması, gözəl səslə Quran oxumaq; belə ki, bunların insanın ruhuna gözəl təsiri vardır). Azanda da müstəhəbdir ki, müəzzinin gözəl səsli olsun, azanı elə bir hal ilə desin ki, camaatı hala gətirsin, Allahı yad etsinlər. Çoxlarının gözəl səsi var və yaxşı azan deyə bilərlər, amma onlara “get mikrofondan azan ver” desən, bu işə heç vaxt razı olmazlar. Niyə? Çünki elə fikirləşir ki, bu iş onun şənini, məqamını azaldar, öz-özünə fikirləşər ki, mən o qədər alçağam ki, azan deyəm?! Xeyr, ey cənab! Sən müəzzin olmağınla iftixar etməlisən. Əliyyibni Əbi Talib (ə) xəlifə olmaqla yanaşı, həm də gözəl müəzzin idi. Azan verməyi özünə ar bilənlər, yaxud müəzzin olmağı bəzi şəxslərin şəninə yaraşdığını deyən, özlərini isə əyan-əşrafdan hesab edənlər azanı yüngül sayırlar. Bəziləri fikirləşir ki, mən ki, böyük şəxsiyyətlərdənəm, nə üçün azançı olmalıyam?! Bunların hamısı azana yüngül, laqeyd yanaşmaqdır.

Biz öz ibadətlərimizə heç vaxt yüngül yanaşmamalıyıq. Biz kamil və hərtərəfli müsəlman olmalıyıq. İslamın dəyəri onun hərtərəfli olması ilədir. Nə sırf şəkildə ibadətdən yapışıb ondan başqa hər bir şeyi boşlamalı, nə də son zamanlarda islamı yalnız onun ictimai təlimləri ilə əlaqələndirən və ibadətə yüngül yanaşaraq onu təhqir edənlər kimi olmalıyıq. Bütün bunladan keçdikdə əgər biz ibadətə həqarətlə yanaşsaq, sair ibadət və vəzifələrdən də qalarıq. Halbuki, ibadət bütün islami göstərişlərin icrasını zəmanət verən və onun icraçısıdır.1



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin