ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə26/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

SÜLH VƏ DİNCLİK İSTƏMƏK


Digər bir məsələ sair insanlarla sülh-səfada, qarşılıqlı anlaşmada yaşamaqdır ki, bu da namaz təlimlərinin mətnində qeyd olunmuşdur. Namazda oxunması vacib olan “Həmd” surəsində Allaha həmd-səna etdikdən sonra Ona xitabən deyirik: İyyakə nəbudu iyyakə nəstəin, ihdinəs-siratəl-mustəqim, siratəl-ləzinə ənəmtə ələyhim ğəyril-məğzubi ələyhim vələzzallin”. “Pərvərdigara! Biz yalnız Səndən kömək istəyirik.” Söhbət “mən”dən deyil, “biz”dən söhbət gedir. İbadətin ruhu baxımından Allahdan başqa heç nəyin insanın zehninə gəlməməsi daha yaxşıdır. Lakin islam daha mühüm olan məsləhətlər xatirinə bir müsəlmanın ruhunun ictimai olması üçün onu ibadət çaşnısı ilə yeməsi üçün insanlara göstəriş verir ki, “mən” deyil, “biz” deyə dua etsinlər. Yəni Pərvərdigara! Biz yalnız Sənə ibadət edir yalnız Səndən kömək istəyirik. Pərvərdigara, bizim hamımızı düzgün yola hidayət et.” Burada qarşılıqlı həmkarlıq, həmrəylik və eyni əqidədə olmağa çağırış əlamətləri aydın şəkildə sezilir.2

Yəni, bunu demək istəyirik ki, “Pərvərdigara! Mən tənha deyiləm. Mən bütün sair müsəlmanlarla birgəyəm”. Həmçinin insan bu kəlmələrlə ibadət və bəndəçilik halında islam cəmiyyətinə olan bağlılığını elan edir və deyir: Pərvərdigara! Mən tək bir fərd deyiləm. Mən külli olan cəmiyyətin bir üzvüyəm. Bir vahid bədənin bir üzvüyəm, “mən” yox, “biz”əm.

İslam dünyasında “mən”ə yer yoxdur, yalnız “biz”ə yer var. Ona görə də namazda Biz yalnız Sənə ibadət edir yalnız Səndən kömək istəyirikdeyilir.3

Bundan da artıq qarşılıqlı sülh və anlaşma məsələsidir ki, islam bunu namazda irəli çəkir.4

Namaz Allaha diqqət yetirməkdir, Ondan başqasına diqqət yetirmək şirkdir, lakin eyni zamanda bizə göstəriş verilir ki, namazdaəssəlamu ələyna əla ibadillahis-salihin “Salam olsun bizə və Allahın bütün layiqli, saleh bəndələrinə” - deyək. Bununla da Allahın bütün saleh bəndələri ilə səfa, səmimiyyət, sülh və qarşılıqlı anlaşma elan edirik. Bu günkü insanların istilahı ilə desək, bütün layiqli fərdlərlə qarşılıqlı anlaşma şəraitində yaşamağı elan edirik. Namaz halında deyirsən ki, mən Allahın layiqli və saleh bəndələrinin heç biri ilə müharibədə deyiləm. Çünki, əgər onlarla döyüşsəm onda özüm layiqli deyiləm.1

Bu da bir növ qarşılıqlı anlaşma və sülh məsələsidir. Lakin bu, bütün insanlar üçün deyildir, bəşəriyyətin sağlam qalması üçün kökündən kəsilməli olan fərdlərə qarşı deyil, əksinə onların layiqli və saleh bəndələrinə qarşıdır, yəni Pərvərdigara! Mən Sənin heç layiqli bəndənlə müharibə etmək döyüşmək fikrində deyiləm.”2


GÜNAHLARDAN TƏMİZLƏMƏK


İslam təlimləri nəzərindən hər bir günah insan qəlbində və ruhunda qaranlıq, küdurət yaradan bir əsər qoyur, nəticədə Allah bəyənən yaxşı əməllərə rəğbət və meyl azalır, sair günahlara olan rəğbət isə atrır. Bunun da müqabilində Allaha ibadət və bəndəçilik etmək, Onu daim yad etmək kimi işlər insanın dini vicdanını çiçəkləndirir, yaxşı işlərə olan rəğbətini artırır, fəsad və pis işlərə olan meylini azaldır, başqa sözlə, günahdan yaranan ruhi aludəlikləri aradan aparır, yaxşı, xeyir işlərə meyl onun yerini tutur.

“Nəhcul-Bəlağə”də namaz qılmaq, zəkat vermək, əmanəti sahibinə qaytarmaq barəsində bir xütbə vardır. Namaz barəsində çoxlu tövsiyə və təkidlərdən sonra buyurur:3

Namaz günahları, ağac yarpağı kimi tökür, boyunları günah boyunduruğundan azad edir. İslam Peyğəmbəri (s.ə.v.v) namazı insanın qapısının ağzından axan insanın orada gündə beş dəfə yuyunduğu isti su çeşməsinə bənzədir. Məgər belə yuyunma ilə bədəndə hər hansı bir aludəlik, çirk qalarmı?!”4

NAMAZ VƏ AİLƏ


Çox yaxşı olardı ki, biz dinin sütunu olan namazın əhəmiyyətini dərk edək. Bilirsinizmi ki, biz öz ailəmizin, yəni, övladlarımızın, həyat yoldaşımızın namaz qılmasının məsuliyyətini daşıyırıq?! Bizim hər birimiz həm öz namazımızın məsuluyuq, həm də əhli-əyalımızın (arvad-uşağımızın) namazının məsuluyuq. Quranda Peyğəmbər (s.ə.v.v)-ə xitab olunaraq buyurulur: Ey Peyğəmbər! Öz ailəni namaza əmr et, özün namaz barəsində səbirli ol.”

Bu hökm təkcə Peyğəmbər (s.ə.v.v)-ə məxsus deyil, bizim hamımız bu işə vəzifəliyik.


UŞAQLARIN NAMAZLA TANIŞ OLMA YOLLARI


Uşaqlarla nə etməliyik? Onlar məhz uşaqlıq çağlarından namazı məşq etməlidirlər. Bizə göstəriş verilmişdir ki, uşaqlara yeddi yaşından etibarən namaz qılmağı məşq etdirək. Əlbəttə, yeddi yaşında olan uşaq namazı düzgün şəkildə qıla bilməz, lakin namazın zahiri formasını qıla bilər. Uşaq – istər qız olsun, istərsə də oğlan, yeddi yaşından etibarən namaza adət edə bilər. Uşağın məktəbə getdiyi ilk çağlarda həm məktəbdə, həm də ailədə də ona namaz təlim verilməlidir. Lakin bunu nəzərə almaq lazımdır ki, namazı uşağa zorla vərdiş etdirmək və öyrətməyin heç bir müsbət nəticəsi yoxdur. Siz çalışın, uşaqlarınız elə əvvəldən namaz qılmağa rəğbət göstərsinlər və bu işə təşviq olunsunlar. Mümkün olan hər bir yolla uşaqlarınızı namaz qılmağa təşviq edin, bu iş üçün müəyyən vasitələr tapın ki, namazı şövq ilə qılsınlar. Onlara çox “bərəkallah!” deyin. Hədiyyə verin, məhəbbət göstərin ki, o, namaz qıldıqda sizin ona qarşı məhəbbətinizin artmasını dərk etsin.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin