ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə30/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

AZAN


Mötəzidin dövranında qoca bir tacirin ordu başçılarının birində çoxlu miqdarda alacağı var idi, amma onu heç cür ala bilmirdi. Axırda qərara aldı ki, xəlifənin özünü vasitə salsın. Nə qədər saraya gəlirdisə xəlifə ilə görüşə bilmirdi, çünki saray işçiləri onun saraya daxil olmasına yol vermirdilər.

Bədbəxt tacirin əli hər yerdən üzülür və heç bir çıxış yolu görmür. Nəhayət bir nəfər onu “Seşənbə bazarı”nda olan bir dərzinin yanına göndərib deyir ki, bu dərzi sənin müşkülünü həll edə bilər. Qoca tacir dərzinin yanına gedir. Dərzi də ordu başçısına göstəriş verir ki, bu kişinin borcunu qaytarsın, o da dərhal borcunu qaytarır.

Bu əhvalat qoca taciri çox heyrətləndirdi. İsrarla dərzidən soruşdu: Necə oldu ki, heç kəsə tabe olmayan bu şəxslər sənə dərhal itaət etdilər?

Dərzi dedi: Mənim başıma bir əhvalat gəlib ki, sənin üçün nəql edirəm. Bir gün küçədən keçirdim, gözəl bir qadında küçədə gəzirdi. Türk zabitlərindən biri məst halda evindən çıxaraq, evin qarşısında dayanmışdı və camaata baxırdı. Gözü o qadına sataşanda camaatın gözü qarşısında dəlicəsinə onu tutub qucaqladı və öz evinə çəkdi. Yazıq qadının kömək istəmək fəryadı ucaldı. O, deyirdi: “Ay camaat, mənə kömək edin, mən belə işlərin yolçusu deyiləm, abırım, heysiyyətim var. Ərim and içib ki, əgər bir gecə evdən kənara çıxsam mənə təlaq verəcək. Evim xarab olar.”

Amma heç kəs qorxusundan irəli çıxmağa cürət etmirdi. Mən irəli çıxıb çox aramlıqla iltimas edərək o zabitdən xahiş etdim ki, qadını buraxsın. Amma o, əlindəki çomaqla başıma vurdu və başım yarıldı. Sonra qadını evinə apardı. Mən gedib bir dəstə adam topladım, birlikdə o zabitin evinə getdik. Qadının azad edilməsini tələb etdik. Birdən onun özü xidmətçi və nökərlərlə evdən çıxıb bizi döydülər. Biz qaçıb dağılışdıq və mən də öz evimə getdim. Amma bir an belə, o zavallı qadının fikrini başımdan çıxara bilmirdim. Öz-özümə deyirdim ki, əgər bu qadın sübhə qədər bu kişinin yanında qalsa ölənə kimi həyatı puç olacaq və bir daha öz yurd-yuvasına qayıda bilməyəcək. Gecə yarısına qədər oturub fikirləşdim, birdən zehnimə bir çarə yolu düşdü. Fikirləşdim ki, o, bu gecə sərxoşdur və indi nə vaxt olduğunu bilmir. Əgər bu zaman azan səsini eşitsə sübh açıldığını fikirləşəcək və qadını buraxacaq. Qadın da sübh açılmamış öz evinə qayıda bilər. Dərhal məscidə gedib minarədən azan deməyə başladım, küçə-xiyabana da baxırdım ki, qadının azad olub-olmamasını görüm. Birdən gördüm ki, süvari və piyadalardan olan izdiham küçələrə töküldü. Hamı soruşur ki, kimdir, bu gecə vaxtı azan deyir? Mən qorxu hissi keçirməyimə baxmayaraq özümü tanıtdırdım və dedim ki, azan deyən mən idim. Dedilər ki, tez aşağı gəl, xəlifənin səninlə işi var. Məni xəlifənin yanın apardılar, gördüm ki, xəlifə oturub məni gözləyir. Məndən soruşdu ki, nə üçün gecə vaxtı azan deyirsən? Hadisəni əvvəldən axıradək nəql etdim. Həmin yerdə göstəriş verdi ki, o zabiti qadınla birlikdə gətirsinlər. Onları gətirdikdən sonra azacıq araşdırma apardılar və elə o gecə həmin zabitin qətl hökmünü verdi, qadını isə öz ərinin evinə göndərdi və təkid etdi ki, əri onu cəzalandırmasın, onu yaxşı şəkildə saxlasın. Çünki qadının heç bir günahı olmadığı xəlifəyə sübut olundu.

Sonra Mötəzid mənə göstəriş verdi ki, hər vaxt belə zülmlərlə qarşılaşsan kəşf etdiyin bu tədbiri icra et. Mən onu həll edərəm. Bu xəbər camaat arasında yayıldı, ondan sonra onlar mənim üzərimdə tam hesab aparırlar. Buna görə də mən borclu olan bu zabitə göstəriş verən kimi dərhal itaət etdi.1


GÖZƏL SƏSLƏ AZAN


Məclislərin birində gördüm ki, qoca bir kişi salavat şüarı verir, bilmirəm o iflic olmuşdu, yoxsa dili yox idi. Bir kəlmə demək, məsələn salavat çevirmək istəyən zaman gülünc doğuran, məsxərəli bir şəkildə bədəni də atdanıb-düşürdü. Öz-özümə fikirləşdim ki, “Sübhanəllah! Bundan başqa salamat bir adam tapılmır ki, salavat şüarını versin? Görəsən biz bu barədə ən pis səsi olan bir şəxsi seçməliyikmi?”

Sədi bir hadisəni nəql edərək deyir:

Filan şəhərdə xoşagəlməz səslə azan deyən bir kişi var idi. Elə xoşagəlməz səslə azan dediyi bir vaxt gördü ki, bir yəhudi onun üçün hədiyyə gətirmişdir. Yəhudi dedi: “Bu kiçik hədiyyəni bizdən qəbul edərsinizmi?!”

Müəzzin dedi: “Nə üçün?”

Yəhudi dedi: “Çünki mənə böyük bir xidmət etmisiniz.”

Müəzzin dedi: “Nə xidmət? Mən ki, sizə bir xidmət etməmişəm?!”

Yəhudi dedi: “Mənim bir qızım var, bir müddətdir ki, islama meyl göstərirdi. Sən azan deməyə başladığından, səndən “Allahu Əkbər”i eşitdiyi üçün artıq islamdan bezarlıq edir. İndi bu hədiyyəni mənə etdiyin xidmət müqabilində gətirmişəm. Çünki mənim qızımın müsəlman olmasına qoymamısan .”

Bu özü də bir mühüm məsələdir.1

İslam fiqhində qeyd olunur ki, müstəhəbdir ki, azan deyən gözəl səsli olsun. Çünki insanın təbiəti elədir ki, azanı gözəl səsli olan adamdan eşidərkən onun cümlələri şəxsin qəlbinə tam başqa cür təsir qoyur. Quran oxumaq, təbliğ etmək və s. bunların hamısı eyni qaydadadır ki, gözəl avazla deyilərsə dinləyicilərə çox tez təsir göstərər.2


DƏSTƏMAZ


Dəstəmaz alarkən çox da tələsməməliyik. Biz “Əli şiəsiyik” - deyə iddia edirik. Əli şiəsi olmaq təkcə adda olmamalıdır. Bizə Əliyyibin Əbi Talib (ə)-ın necə dəstəmaz almasını belə şərh etmişlər: Əllərini suya apardığı zaman (əlləri suya vuran zaman müstəhəb olan dua məqamıdır) belə deyirmiş: Bismillahi billah. Allahumməcəlni minəttəvvabinə vəcəlni minəl-mutətəhhirin. Sənin adın Sənin köməkliyin ilə. Pərvərdigara! Məni tövbə edənlərdən, pak-pakizələrdən qərar ver!”

Tövbə, yəni insanın özünü hər növ aludəliklərdən paklaması. Su paklıq rəmzi olduğuna görə Əli (ə) suya tərəf gedəndə tövbə etmək fikrinə düşür. Əllərini su ilə təmizlədiyi zaman öz ruhunu da paklamaq fikrinə düşür. Bizə deyir: Bu su ilə – Allahın paklıq vasitəsi olaraq yaratdığı bu maddə ilə qarşılaşanda, bunun ardınca gedəndə, gözün ona sataşanda, əlini onunla yuduğun və pakladığın zaman başa düş ki, başqa bir pakizəlik də vardır, ruhunun pakizəliyi olan başqa bir su da vardır ki, o da tövbə suyudur. Ravi deyir ki, Əli (ə) əllərini yuyanda, üzünə su tökəndə belə dedi: Pərvərdigara, üzlərin qaraldığı gün mənim üzümü et üzlərin ağardığı gün mənim üzümü qaraltma!”

Üzünü yuyan zaman zahirdə də nurani olur, çox yaxşı! Üzünü su ilə yuduğun zaman parıldayır, lakin Əli (ə) bununla qənaətlənmir. İslam da bununla qənaətlənmir. Bu, çox yaxşıdır, belə də olmalıdır, amma bununla yanaşı başqa bir paklığa, nuraniyyətə, üzün ağlığına da diqqət yetirmək lazımdır: Əli (ə) dedi: Pərvərdigara! Üzlərin qaraldığı zamanda (yəni qiyamət günündə) mənim üzümü ağart! Pərvərdigara, üzlərin ağardığı gündə mənim üzümü qara etmə, mənim üzümü et! İnsanların bəzilərinin üzü qara bəzilərinin üzü olduqları zaman məni üzü qara etmə”.

Sonra sağ əlinə su tökdükdə dedi: Pərvərdigara! Qiyamətdə mənim əməl dəftərimi sağ əlimə ver! (çünki xoşbəxtiliyə çatanların nicat tapanların əməl dəftəri sağ əlinə verilər.) Pərvərdigara! Orada məndən yüngül hesab çək.” Bununla da axirət hesabının fikrinə düşür. Daha sonra sol əlinə su tökərək dedi: Pərvərdigara! Mənim əməl dəftərimi sol əlimə vermə kürəyimin arxasından da vermə. (Bir qurup insanların əməl dəftərləri onların qabaq tərəfdən deyil, arxasından verilir ki, bunun da bir səbəbi vardır.) Pərvərdigara! Əllərimi boynumdan asılı vəziyyətə salma! Pərvərdigara! Cəhənnəm atəşinin qətələrindən Sənə pənah aparıram!”

O şəxs deyir: Başına məsh çəkdikdən sonra dedi: Pərvərdigara! Məni Öz rəhmət bərəkətinə qərq et!” Ayağına məsh çəkəndə dedi: Pərvərdigara! Mənim bu iki qədəmimi Sirat körpüsündə sabit et qədəmlər titrəyən gündə onu titrətmə! Pərvərdigara! Mənim əməl səyimi, aydın hərəkətimi Sənin razı olduğun işlərdə qərar ver!”

İnsanın Allah dərgahında bu qədər diqqət, istək və xahişi ilə olan bir dəstəmaz bir cür qəbul olur, bizim aldığımız dəstəmazlar isə tam başqa cür.1



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin