ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə33/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

HƏMD” SURƏSİNİN TƏFSİRİ


1. “Bağışlayan və mehriban Allahın adı ilə.”

2. “Həmd (və tərif) bütün aləmlərin Pərvərdigarı olan Allaha məxsusdur.”

3. “O Allah ki, bağışlayan və mehribandır.”

4. “Pərvərdigara, yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”

5. “Bizi doğru yola hidayət elə.”

6. “O kəslərin yoluna hidayət et ki, Öz nemətini onlara şamil etmisən.”



7. “Və o kəslərin yoluna yox ki, yollarını azmışlar, o kəslərin də yoluna yox ki, Sənin qəzəbinə düçar olmuşlar.”

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM


Kitabət şəklində olan Quranlarda, bu əziz kitabın yazı şəklinə gətirildiyi ilk vaxtlardan etibarən hər surə – “Bəraət” (“Tövbə”) surəsi istisna olmaqla – “Bismillah” ilə başlanır. Lakin lap qədim zamanlardan bəri şiələrlə sünnülər arasında “Bismillah”ın Quran ayəsi olub-olmaması haqqında dərin ixtilaf yaranmışdır. Sünnülərdən bəziləri onu heç bir surənin tərkib hissəsi bilmir və hər bir surənin “Bismillah” ilə başlanmasını sair işlərin də “Bismillah” ilə başlanması kimi hesab edir və deyirlər ki, “Bismillah” həmin işin hissəsi deyildir. Hətta əməldə bəzi surələri “Bismillah”sız başlayırlar. Namazda Həmdi, yaxud ondan sonra bəzi vaxtlarda oxunan surəni “Bismillah”sız oxuyurlar.

Şiələr isə Peyğəmbər (s.ə.v.v) nəslindən olan pak İmamlara (ə) tabe olaraq onların bu işi ilə müxalifət edirlər. İş o yerə çatıb ki, pak İmamlar (ə) buyurmuşlar ki, Quranın ən böyük ayəsini Qurandan ixtisara salanları Allah öldürsün!” Əgər “Bismillah”ı surələrin əvvəlindən götürsək artıq “Nəml” surəsi istisna olmaqla Quranın heç bir yerində bu ayə ilə rastlaşmarıq. Orada, Səba mələkəsinin dilindən nəql edilən yerdə deyilir ki, o, həzrət Süleyman (ə)-ın məktubunu qiraət edərkən dedi: “Bu məktub Süleymandandır və “Bismillahir-rəhmanir-rəhim”lə başlanır.”

Hər bir halda, şiələr onu Quranın ayrılmaz bir hissəsi hesab edirlər, heç vaxt onu Qurandan ayrı bilmirlər. Bu, eynilə ona oxşayır ki, hər bir işin əvvəlində “Bismillah”ı artırırlar, Quran qiraətində də bu ayəni xaricdən ona əlavə etmirlər.1

İŞLƏRİN ALLAHIN ADLARI İLƏ BAŞLANMASI


Diqqət yetirməlisiniz ki, barəsində söhbət gedən ayə bir “carr və məcrur”-dan (“Allahın adı ilə” ifadəsindən) ibarətdir və tam bir cümlə deyildir. Bu caar və məcrurun bağlandığı (mənasının tamamlandığı) yer (mütəlliq) ixtisara salınmışdır. Onun mütəlliqinin nə olması barəsində müfəssirlər müxtəlif nəzərlər söyləmişlər. O cümlədən “əstəinu” (kömək istəyirəm), “əbtədiu” (başlayıram), “əsimu” (əlamət və nişanə qoyuram), sonuncu ehtimal daha güclü nəzrə çarpır.

Ad qoymada hədəf və məqsədlər müxtəlifdir. Bəzən bir şəxs bir müəssisəni müəyyən bir fərdin adına qoyur və özü də maddi bir hədəf izləyir ki, bu adın sayəsində həmin məqsədinə çatsın. Yaxud adət üzrə yeni doğulan uşağa əvvəllərdə çox sevilən bir şəxsin adını qoyur və bu adı qoymaqla nəzərdə tutduqları şəxsin yeni həyata qayıtmasını və bu adın əbədi qalaraq həmişə yaşamasını istəyirlər.

Amma görsən insanlara öz işlərini Allahın adı ilə başlamasının göstəriş verilməsi hansı məqsəd daşıyır? Buna görədir ki, insanın işləri müqəddəslik və ibadət yönünə malik olsun, Onun adı ilə xeyir-bərəkət tapsın. İnsan fitrətən Allahı hiss edir və Onu, müqəddəs, həm də bütün xeyirlərin mənbəyi olan bir varlıq kimi tanıyır, öz işlərini məhz buna görə Onun adı ilə adlandırır ki, Onun kəramət, şərafət və müqəddəsliyi sayəsində bu əməl də müqəddəs olsun.

Bir işin hər hansı bir şəxsin adı ilə başlanmasının mənası budur ki, işi başlayan həmin şəxsi bütün nöqsanlardan pak və müqəddəs bir varlıq bilir, bütün kamalların mənşəyi hesab edir və əməlini ona mənsub etməklə xeyir-bərəkət əldə etmək istəyir. Buna görə də işləri məxluqlardan heç kəsin, hətta Peyğəmbər (s.ə.v.v)-in adı ilə belə, başlamaq olmaz. Allahın adını təsbih etməyin (hər növ eyb və nöqsanlardan pak bilməyin) mənası da məhz, “Əla” surəsinin əvvəlində qeyd olunanlardır.

“Yusəbbihu lillah”, “səbbəhə lillah”, yaxud “Subhanəllah” Allah üçün təsbih deməkdir (hər növ eyb və nöqsanlardan pak bilməkdir). Allahın Özünün təsbih olunması Quranda təkrar gəlmişdir. Lakin Onun adının təsbih olunması ilə yalnız “Əla” surəsinin əvvəlində rastlaşırıq. Orada buyurulur:Əla olan Rəbbinin adını təsbih et.”

Belə nəzərə çarpır ki, bu məsələ barəsində ən gözəl nəzəriyyə “Əl-Mizan” təfsirində qeyd olunan nəzəriyyədir, orada belə buyurulur: Allahın adının təsbih edilməsinin mənası budur ki, təqdis təkrim məqamı olan yerdə məxluqun adı Allahın adı ilə yanaşı qərar tutmasın, yaxud Allahın adı çəkilməli olan yerdə başqa bir varlığın adı deyilməsin. Yəni Allahın adı ilə başqa bir adı, Allahın adının yerinə başqa bir adı çəkmək olmaz, bunların hər ikisi şirkdir.”

Son zamanlar “şirklə mübarizə”dən dəm vuran bir qrupun arasında bir əməl yayılmışdır ki, özü də şirkin bariz nümunəsidir. İşləri Allahın adı ilə başlamaq əvəzinə “be nami xəlq!” (məxluqun adı ilə!) deyirlər. Halbuki əgər Peyğəmbər (s.ə.v.v)-in adını Allahın adının yanında çəkmək şirkdirsə onda məxluqun adı ilə başlamaq da Allah üçün canişin düzəltməkdir. Quran da göstəriş verir ki, Allahın adı həmişə təsbih edilsin və bəşərin işləri, başqasının adı ilə yox, yalnız Onun adı ilə adlansın ki, əməllər özünə müqəddəslik tapsın və onun sayəsində bərəkətlənsin.

* * *


Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin