ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə16/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

İBADƏT VƏ ZİYALILIQ


Bəzi üzdəniraq ziyalılar deyirlər ki, namaz qılmaq nədir axı?! İbadət nədir?! Bunlar qoca qarıların işidir; insan ictimai bir məxluq olmalıdır. Bu kimi sözlər bir növ ziyalı fikridir, amma Əmr Asa və Ömərə mənsub olan bir ziyalılıq.

Eşitmisiniz, Ömər “Həyyə əla xeyril-əməl”i azandan çıxartdı. Səbəbini bilirsinizmi? Öz yanından icad etdiyi bir “ziyalı” fikrinə görə. Həqiqətdə isə böyük bir səhvə düçar olmuşdur. Onun xilafət dövrü islami fəthlərin ən yüksək mərhələsi, islami cihadın ən yaxşı dövrü idi, əsgərlər dəstə-dəstə düşmənlərlə müharibəyə gedir, az bir qüvvə ilə güclü düşməni dizə çökürdürdülər. Müsəlmanların sayı 50-60 min nəfərdən artıq deyildi. İki böyük imperatorluq – hər biri neçə yüz min nəfər orduya malik olan İran və Roma imperatorluğu – onlarla müharibəyə gəlib, vuruşurdular. Bunların 100 min nəfərdən az olmasına baxmayaraq hər iki cəbhədə düşmənləri məğlub etdilər. Cihad bir daha öz dəyərini sübuta yetirdi və aydın oldu ki, islamın mücahid yetişdirməsi nə deməkdir. Ömər deyib: Müəzzin azanı deyərkən ucadan Allahu Əkbər, sonra isə şəhadəteyni, həyyə ələssəlat, həyyə ələl-fəlah (yəni, namaza gəlin, nicat tapmağa, qurtuluşa üz gətirin) deməsinin eybi yoxdur. Amma həyyə əla xeyril-əməl (əməllərin ən yaxşısına üz gətirin) dedikdə (mənası budur ki, namaz əməllərin ən yaxşısıdır) bu söz mücahidlərin əhval-ruhiyyəsini xarab edir. Çünki mücahidlər öz-özlərində fikirləşirdilər ki, namaz əməllərin ən yaxşısıdırsa, onda nə üçün müharibə meydanına gedib cihad etmək əvəzinə Mədinə məscidində qalmayaq və Peyğəmbər (s.ə.v.v)-in qəbrinin kənarında ən yaxşı əməl olan namaz qılmayaq?! Başqaları gedib öldürülsünlər, şəhadətə çatsınlar, yaralansınlar, gözləri kor olsun, əlləri kəsilsin, ayaqları qırılsın, qarınları yırtılsın, lakin biz burada rahat öz əhli-əyalımızın yanında qalaq, dörd rəkət namaz qılaq və onlardan da üstün olaq.

Ömər dedi: Xeyr! Bu sizi çox pis öyrədər. Məsləhət budur ki, bu cümlələri azandan götürək və onun yerinə “Əssəlatu xeyrin minənnovm” qoyaq. Yaxşı şeydir, yəni namaz yuxudan yaxşıdır, yəni yatmaq əvəzinə gəlin məscidə, namaz qılın.

Amma bu kişi (Ömər) fikirləşmədi ki, bir neçə on min nəfərdən ibarət olan ordunun (şübhəsiz ki, onların sayı yüz minə çatmırdı) nə qədər qüdrəti vardır ki, neçə yüzminlik qoşunla və iki müxtəlif döyüş bölgəsində döyüşərək fateh olsun?! Bu fəth hansı fəthdir? Silah fəthidirmi? Yoxsa ərəb silahlarının İran və Roma silahlarına nisbətdə çox güclü olması idimi? Əsla belə deyildi. İran və Roma inkişaf etmiş və svilizasiyalı öləkə idilər, öz dövrlərinin ən yüksək döyüş texnikasına malik idilər, halbuki ərəblərin qılıncı iranlıların və romalıların qılıncının müqabilində qırılmış bir dəmir parçasına bənzəyirdi. Görəsən Ərəb irqi İran və yaxud Roma irqindən güclü ya daha pəhlivan idimi? Əsla belə deyildi. Məgər bilmirsinizmi islamdan qabaq Şapur Zul Əktaf ərəblərin başına nə oyunlar açmışdı?! Məgər o, minlərlə ərəbi əsir etməmişdimi? Məgər onların çiyinlərini qaraldıb deşməmiş və onları zəncirə çəkməmişdimi? Bəs həmin dövrlərdə ərəblərin gücünə nə gəlmişdi? Məgər yüz il sonra İran, ərəbləri məğlub etmədimi? Onda görəsən ərəblər hansı qüvvə ilə İran və Roma ilə mübarizə edir və onları məğlubiyyətə uğradırdı? Onun qüvvəsi iman qüvvəsidir, həmin qüvvədir ki, “Həyyə əla xəyril-əməl”dən nəşət tapır. Elə bir qüvvədir ki, namazdan alınır, öz Allahı ilə raz-niyazdan irəli gəlir. Quranın təbiri ilə desək islam əskəri gecə ikən Allah dərgahında raz-niyaz, münacat etdiyi zaman öz Allahından mənəvi qida və qüvvə alır. Məhz həmin qüvvə ona ruhiyyə verir. Görəsən iranlıları və romalıları məğlubiyyətə düçar edən ərəblərin ruhiyyəsi idimi?! Bu ruhiyyəni onlar öz imanlarından almışdılar.

Namaz nədir? İmanın yeniləşməsi. Bu ruhiyyəni “Allahu Əkbər”dən almışdır. Namazda bir neçə dəfə “Allahu Əkbər” deyəndə hamının cavabını verir, düşmən qüvvələrinin hamısı heç olur. Neçə yüz minlik əsgəri öz müqabilində görəndə deyir ki, “La hövlə la qüvvətə illa billahil-əliyyil-əzim”, Allahu Əkbər – Allah böyükdür, bütün qüvvələr və qüdrətlər Onun əlindədir. İnsan Allaha arxalanmalı, Ondan qüvvə almalıdır, Ondan qüdrət istəməlidir. Məhz, namaz ona qüvvə verir. Əgər bu namaz olmasaydı həmin əsgər mücahid sayılmazdı.1

Peyğəmbər (s.ə.v.v) buyurur: “Əssəlatu əmudud-din (Namaz dinin sütunudur) , yaxud: “Bu dində namazın məsəli qurulmuş bir xeyməyə bənzəyir. Xeymənin çadırı, ipi, mıxı və dirəyi vardır. Bu xeymənin dirəyi və sütunu namazdır.” Bu kimi hədislərin səbəbi də asdındır. Belə ki, Peyğəmbər (s.ə.v.v) namazın əsər və sirlərinə agah idi, bilirdi ki, namaz ayrı-ayırı şəxslərin ruhiyyələrində çox böyük təsir edən bir amildir. Əgər namaz olmasa, bunlardan heç biri olmayacaqdır. Sən əsgərlərin namazın cihaddan yaxşı olduğuna görə onu tərk edəcəklərini fikirləşsənsə, həqiqəti bəyan etməklə bu yanlış fikri əsgərlərin beyindən çıxart və de ki, namazla cihad bir-birinin tamamlayıcısıdır, heç biri digərinin yerini verməz. Nə namaz qılmaqla cihad hökmü qüvvədən düşər, nə də cihad etməklə namaz qüvvədən düşər. Namaz qılmalıyıq ki, qüvvəli olaq və daha yaxşı cihad edə bilək. “İstəinu bissəbri vəs-səlat – Namaz və səbr vasitəsi ilə Allahdan kömək istəyin. Ay Ömər, nə üçün cihadın əhəmiyyətinə görə namazı təhqir edir və onun dəyərini aşağı salırsan?! İşi o yerə çatdırırsan ki, namazın yuxudan daha yaxşı olduğunu deyirsən?! Əsgərlərə de ki, namaz qıl, sonra cihada da get. İslam sənə heç vaxt deməmişdir ki, namazla cihaddan birini seçəsən.2

Sən ona, öz səhvini başa sal. Məgər islam demir ki, bu göstərişlərin hamısı bir-birinə bağlıdır? Hər kəsə cihad vacibdirsə, o, cihad etməlidir və onun fəqət namaz qılmaq üçün Mədinə məscidində qalması haramdır. Namazın qəbul olunma şərti cihad, cihadın da qəbul olunma şərti namazdır. Cihadın şərtləri mövcud olan bir şəxsə vacibdir ki, cihad etsin. Ona başa sal ki, islamda, cihadsız olan namaz batildir. Çünki belə olmasa nəinki xeyril-əməl olmaz, üstəlik əməllərin ən şəridir və namaz deyildir. İslami namazı ona öyrət; o namaz ki, insan cihaddan qaçıb məscidi seçsə, onun qıldığı namaz islamdakı deyilən namaz deyildir. İslamın namazı əməllərin ən xeyirlisidir;, düzgün deyil ki, “həyyə əla xeyril-əməli” namazdan çıxardasan və fikirləşəsən ki, bu əsgərləri pis öyrədər; və müsəlmanlar cihad əvəzinə namaza gedirlər-deyə iddia edəsən! Xeyr, onun fikirlərini islah et. Səhv fikirləri beynindən çıxart. Nə üçün belə danışırsan.1

Bu iş bəzi sərvət sahiblərinin sözünə oxşayır Onlar deyirlər ki, bizim ki, pulumuz vardır, namaz qılmaq əvəzinə pul verək! Bu necə mümkün ola bilər?! İslam namazdan ayrı olan infaqı ümumiyyətlə qəbul etmir. Əgər bunun əksini desəniz, yəni pulpərəst və pulusevən, amma xidmət etməyə hazır olan bir şəxs desin ki, mən infaq etmək əvəzinə namaz qılıram. Bizdən 17 rəkət vacib namaz istəmişlər və onun məcmusu nafilələrlə 51 rəkətdir. Mən bunun yerinə 102 iki rəkət namaz qılaram. Hətta başqalarının qəza namazlarını da qılaram ki, təki məndən pul istəməsinlər. Deyin görüm bu qəbuldurmu? Xeyr! Deməli, camaatı anlatmaq və onlara demək lazımdır ki, islam təlimləri bir-birindən heç vaxt ayrılmazdır. Onlar bir bədəndə olan müxtəlif üzvlərə bənzəyir. Namaz öz yerində, həcc öz yerində, zəkat öz yerində, oruc öz yerində, xüms öz yerində, əmr be məruf və nəhy əz münkər öz yerində, ümumiyyətlə bunların hər biri gərək öz yerində tanınsın.



Namaz barəsində həyyə əla xeyril əməli............ bu zamanda sənsən ki, sənin əsgərlərin dünya ilə qarşılaşmışlar. Yenə də namazı xeyril əməl sifəti ilə zikr edəcək.

Biz şəriət hökmlərindəki bu cür təsəvvürü və zamanın tələbinə riayət etməyi ifratçılıq adlandırırıq. Başqa sözlə, onun adını cəhalət qoyuruq, çünki bunun mənşəyi hesab etməməkdən ibarətdir.2



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin